Alabama Qrafliqlarinin Siyahisi - Wikipedia
Alabama qraflıqlarının siyahısı — ABŞ-nin Alabama ştatının 67 qraflığı.[1] Hər bir qraflıq öz sərhədləri daxilində yerli səviyyədə idarəetməni icra edir. İndiki ştat sərhədləri ilə əhatə olunmuş ərazi tədricən Amerika Birləşmiş Ştatlarına birləşdirildi. ABŞ İstiqlal müharibəsindən sonra, Qərbi Florida müqavilə ilə İspaniyaya verildi, qalan hissəsi isə ilk növbədə Missisipi Ərazisi və daha sonra Alabama Ərazisi olaraq təşkil edildi.[2] Ərazi məclisi, 4 iyun 1800-cü ildə yaradılan Vaşinqton qraflığının ən qədim qraflıq formalaşması da daxil olmaqla, bu günə qədər mövcüd qalan ən qədim qraflıq vahidlərini qurdu.[3] 1814-cü ildə Fort Cekson Müqaviləsi ərazini Amerika mühacirləri üçün açdı, bu da öz növbəsində daha sürətlə qraflıqların yaradılmasına səbəb oldu. Alabama 1819-cu ildə 22-ci ştat olaraq İttifaqa qəbul edildi.[4] Alabama ştatının qanunverici orqanı, Hindilərin Köçürülməsi Aktı qüvvəyə mindiyi və köçkünlərin Alabamanın müxtəlif ərazilərində məskunlaşdığı üçün keçmiş yerlilərin torpaqlarından əlavə qraflıqlar yaratdı.[5] 1820-ci ildə Alabamanın 29 qraflığı var idi. 1830-cu ilə qədər 36 qraflıq var idi və yerli amerikalılar hələ də Alabamanın şimal-şərqində və uzaq qərbində geniş əraziləri işğal edirdilər. 1840-cı ilə qədər 49, 1850-ci ilə qədər 52, 1870-ci ilə qədər 65, və 1903-cü ilə qədər indiki 67 qraflıq yaradılmışdı.[6] 9 fevral 1903-cü ildə yaradılmış Hyuston qraflığı ştatdakı son yaradılan qraflıq idi.[3]
Alabama qraflıqları | |
---|---|
Yerləşməsi | Alabama |
Nömrəsi | 67 |
Əhalisi | Ən çox: 667.820 (Cefferson) Ən az: 7.629 (Qrin) Ortalama: 74,989 (2021) |
Ərazisi | Ən böyük: 1,590 kv. mil (4,100 km2) (Bolduin) Ən kiçik: 535 kv. mil (1,390 km2) (Etova) Ortalama: 782 kv. mil (2,030 km2) |
İdarə orqanı | |
Alt qurumu |
|
2021-ci il ABŞ əhalisinin siyahıyaalınması məlumatlarına görə, Alabamanın 67 qraflığının ortalama əhalisi 75.222 nəfərdir, ən sıx məskunlaşan Cefferson qraflığı (667.820) və ən az olan Qrin qraflığıdır (7.629).[7] Ortalama torpaq sahəsi 756 kv. mil (1,960 km2)-dir. Ən böyük qraflıq Bolduin (1,590 kv. mil (4,100 km2)), ən kiçik isə Etovadır (535 kv. mil (1,390 km2)).[8] Alabama Konstitusiyası tələb edir ki, Alabamada hər hansı yeni qraflıq ən azı 600 kv. mil (1,600 km2) ərazini əhatə etsin və bu, ştatda yeni qraflıqların yaradılmasını effektiv şəkildə məhdudlaşdırır.[9]
Alabama Gəlir Departamenti Motorlu Nəqliyyat Bölməsi avtomobilin qeydiyyatda olduğu qraflığı müəyyən edən bir və ya iki rəqəmli nömrə daşıyan standart nəqliyyat vasitəsi qeydiyyat nişanları verir. Bu nömrə aşağıdakı cədvəlin dördüncü sütununda verilmişdir. İlk üç prefiks ştatın tarixən ən sıx məskunlaşan qraflıqları üçün saxlanılır və bundan sonra əlifba sırası ilə davam edir. Fərdi nömrə nişanları hər bir lisenziyalaşdırma idarəsində ardıcıl olaraq verilir. Prefiksin bir və ya iki rəqəm olmasından asılı olaraq nömrələr XAA1111 və ya XXAA111 formatındadır. Normadan artıq qeydiyyatları qeydiyyat nömrələrindən biri üçün hərf əvəz edilməklə yerinə yetirilir ki, XXZ999Z-dən sonra XXA0A0A gəlir.[10]
Birləşmiş Ştatlar hökuməti tərəfindən qraflıqları unikal şəkildə müəyyən etmək üçün istifadə edilən Federal Məlumat Emal Standartları (FIPS) kodu hər bir girişlə təmin edilir. Cədvəldəki FIPS kodu küçidləri hər bir qraflıq üçün ABŞ Siyahıyaalma Bürosunun "tez faktlar" səhifələrinə yönləndirir. Alabamanın FIPS ştat kodu 01-dir.
Qraflıqlar
redaktəQraflıq |
FIPS kodu[11] | Qraflıq mərkəzi[3] | NVK [12] |
Qur.[3] | Mənşəyi[13] | Etimologiyası[6][14] | Sıxlıq |
Əhalisi (2021)[15] | Quru ərazisi[16] | Xəritəsi |
---|---|---|---|---|---|---|---|---|---|---|
Ballok qraflığı | 011 | Yunion-Sprinqs | 9 | 1866 | Barbur, Meykon, Montqomeri və Payk qraflıqları | Edvard Ballok (1822–1861), Konfederasiya Ordusunda polkovnik | 16,6 | 10.320 | ( 1.613 km2) |
622,80 sq mi|
Barbur qraflığı | 005 | Kleyton | 6 | 1832 | Payk qraflığı | Ceyms Barbur (1775–1842), Virciniya qubernatoru və ABŞ senatoru | 28,2 | 24.964 | ( 2.292 km2) |
884,88 sq mi|
Batler qraflığı | 013 | Qrinvill | 10 | 1819 | Koneka və Monro qraflıqları | Vilyam Batler (1759–1818), Krik müharibəsində kapitan | 24,3 | 18.884 | ( 2.012 km2) |
776,83 sq mi|
Bibb qraflığı | 007 | Sentrvill | 7 | 1818 | Montqomeri qraflığı (Kahaba qraflığı kimi) | Vilyam Vayt Bibb (1781–1820), 1-ci Alabama qubernatoru | 36,1 | 22.477 | ( 1.612 km2) |
622,58 sq mi|
Blaunt qraflığı | 009 | Oneonta | 8 | 1818 | Montqomeri qraflığı və krik əraziləri | Vilyam Blaunt (1768–1835), Tennessi qubernatoru | 91,6 | 59.041 | ( 1.670 km2) |
644,78 sq mi|
Bolduin qraflığı | 003 | Bey-Minett | 5 | 1809 | Vaşinqton qraflığı və Qərbi Florida | Avraam Bolduin (1754–1807), Corciyadan ABŞ konqresmeni | 150,5 | 239.294 | ( 4.118 km2) |
1.589,78 sq mi|
Cekson qraflığı | 071 | Skottsboro | 39 | 1819 | Çeroki ərazisi | Endrü Cekson (1767–1845), 7-ci ABŞ prezidenti | 49,0 | 52.773 | ( 2.792 km2) |
1.077,87 sq mi|
Cefferson qraflığı | 073 | Birminqem | 1 | 1819 | Blaunt qraflığı | Tomas Cefferson (1743–1826), 3-cü ABŞ prezidenti | 600,9 | 667.820 | ( 2.878 km2) |
1.111,28 sq mi|
Çembers qraflığı | 017 | Lafayet | 12 | 1832 | Montqomeri qraflığı | Henri Çembers (1790–1826), ABŞ senatoru | 57,9 | 34.541 | ( 1.545 km2) |
596,53 sq mi|
Çeroki qraflığı | 019 | Sentr | 13 | 1836 | Çeroki ərazisi | Şimal-şərqi Alabamada yaşayan Çeroki xalqı | 45,1 | 24.996 | ( 1.434 km2) |
553,70 sq mi|
Çilton qraflığı | 021 | Klenton | 14 | 1868 | Bibb, Otoqa, Perri və Şelbi qraflıqları (Beyker qraflığı kimi) | Vilyam Pariş Çilton (1810–1871), Alabama Ali Məhkəməsinin hakimi və Konfederasiya konqresmeni | 65,3 | 45.274 | ( 1.794 km2) |
692,85 sq mi|
Çokto qraflığı | 023 | Batler | 15 | 1847 | Samter və Vaşinqton qraflıqları | Alabamada yaşayan Çokto xalqı | 13,7 | 12.533 | ( 2.366 km2) |
913,50 sq mi|
Dallas qraflığı | 047 | Selma | 27 | 1818 | Monro və Montqomeri qraflıqları | Aleksandr Ceyms Dallas (1759–1817), ABŞ-nin xəzinədarlıq katibi | 38,4 | 37.619 | ( 2.535 km2) |
978,69 sq mi|
DeKalb qraflığı | 049 | Fort-Peyn | 28 | 1836 | Çeroki ərazisi | İohan DeKalb (1721–1780), ABŞ İstiqlal müharibəsində general-mayor | 92,4 | 71.813 | ( 2.013 km2) |
777,09 sq mi|
Deyl qraflığı | 045 | Ozark | 26 | 1824 | Henri və Kovinqton qraflıqları | Samuel Deyl (1772–1841), Briqada generalı və ştat konqresmeni | 87,9 | 49.342 | ( 1.453 km2) |
561,15 sq mi|
Elmor qraflığı | 051 | Vetampka | 29 | 1866 | Kusa, Montqomeri, Otoqa və Tallapusa qraflıqları | Con Arçer Elmor (1762–1834), İstiqlal müharibəsi veteranı | 144,4 | 89.304 | ( 1.602 km2) |
618,48 sq mi|
Eskambiya qraflığı | 053 | Bryuton | 30 | 1868 | Bolduin və Koneka qraflıqları | Koneka çayının bir qolu olan Eskambiya çayı | 38,8 | 36.699 | ( 2.448 km2) |
945,08 sq mi|
Etova qraflığı | 055 | Qadsden | 31 | 1866 | Blaunt, Çeroki, DeKalb, Kalhaun, Marşall və Sent-Kler qraflıqları (Beyn qraflığı kimi) | Etova hindi kurqanları | 192,8 | 103.162 | ( 1.386 km2) |
534,99 sq mi|
Fayet qraflığı | 057 | Fayet | 32 | 1824 | Merion, Pikens, Taskalusa və Uoker qraflıqları | Jilber Lafayet (1757–1834), İstiqlal müharibəsi komandiri | 25,7 | 16.148 | ( 1.626 km2) |
627,66 sq mi|
Franklin qraflığı | 059 | Rassellvill | 33 | 1818 | Çeroki ərazisi | Bencamin Franklin (1706–1790), siyasətçi, diplomat, ixtiraçı və naşir | 50,5 | 32.013 | ( 1.642 km2) |
633,82 sq mi|
Henri qraflığı | 067 | Abbevill | 37 | 1819 | Koneka qraflığı | Patrik Henri (1736–1799), İstiqlal müharibəsi fədaisi və Virciniya qubernatoru | 31,1 | 17.459 | ( 1.455 km2) |
561,75 sq mi|
Heyl qraflığı | 065 | Qrinsboro | 36 | 1867 | Qrin, Marenqo, Perri, və Taskalusa qraflıqları | Stefen Heyl (1816–1862), Konfederasiya Ordusunda polkovnik-leytenant | 22,9 | 14.754 | ( 1.668 km2) |
643,94 sq mi|
Hyuston qraflığı | 069 | Dotan | 38 | 1903 | Deyl, Jeniva və Henri qraflıqları | Corc Hyuston (1811–1879), 24-cü Alabama qubernatoru və ABŞ konqresmeni | 185,3 | 107.458 | ( 1.502 km2) |
579,82 sq mi|
Jeniva qraflığı | 061 | Jeniva | 34 | 1868 | Deyl, Henri və Koffi qraflıqları | İlk məskunların mənşəyi olan Nyu-York ştatının Jeniva şəhərinin şərəfinə | 46,5 | 26.701 | ( 1.488 km2) |
574,41 sq mi|
Kalhaun qraflığı | 015 | Anniston | 11 | 1832 | Sent-Kler qraflığı (Benton qraflığı kimi) | Con Kalhaun (1782–1850), 7-ci ABŞ vitse-prezidenti | 191,4 | 115.972 | ( 1.569 km2) |
605,87 sq mi|
Kallmen qraflığı | 043 | Kallmen | 25 | 1877 | Blaunt, Morqan və Vinston qraflıqları | Polkovnik Con Kallmen (1823–1895), qraflıq mərkəzinin əsasını qoyan | 121,8 | 89.496 | ( 1.903 km2) |
734,84 sq mi|
Klark qraflığı | 025 | Qrov-Hill | 16 | 1812 | Vaşinqton qraflığı | Con Klark (1766–1832), Corciyalı general | 18,4 | 22.760 | ( 3.208 km2) |
1.238,46 sq mi|
Kley qraflığı | 027 | Eşlend | 17 | 1866 | Rendolf və Talladiqa qraflıqları | Henri Kley (1777–1852), Kentukkidən ABŞ konqresmeni | 23,5 | 14.190 | ( 1.564 km2) |
603,96 sq mi|
Klibern qraflığı | 029 | Heflin | 18 | 1866 | Kalhaun, Rendolf və Talladiqa qraflıqları | Patrik Klibern (1828–1864), Konfederasiya Ordusunda general-mayor | 27,0 | 15.103 | ( 1.451 km2) |
560,10 sq mi|
Koffi qraflığı | 031 | Elba və Enterprays[17] | 19 | 1841 | Deyl qraflığı | Con Koffi (1772–1833), 1812-ci il müharibəsi və Krik müharibəsində hərbi lider | 79,8 | 54.174 | ( 1.759 km2) |
678,97 sq mi|
Kolbert qraflığı | 033 | Taskambiya | 20 | 1867 | Franklin qraflığı | Corc Kolbert (1764–1839) və Levi Colbert (1759–1834), Çikasoların qəbilə başçıcıları | 97,0 | 57.474 | ( 1.535 km2) |
592,62 sq mi|
Koneka qraflığı | 035 | Everqrin | 21 | 1818 | Monro qraflığı | Qraflıq ərazisindən axan Koneka çayı | 13,3 | 11.328 | ( 2.202 km2) |
850,16 sq mi|
Kovinqton qraflığı | 039 | Andalusiya | 23 | 1821 | Henri qraflığı | Leonard Kovinqton (1768–1813), 1812-ci il müharibəsində briqada generalı və ABŞ konqresmeni | 36,4 | 37.524 | ( 2.669 km2) |
1.030,46 sq mi|
Krenşo qraflığı | 041 | Luvern | 24 | 1866 | Batler, Koffi, Kovinqton, Launds və Payk qraflıqları | Anderson Krenşo (1783–1847), Alabama Ali Məhkəməsi hakim və ilk məskunlardan biri | 21,5 | 13.083 | ( 1.577 km2) |
608,84 sq mi|
Kusa qraflığı | 037 | Rokford | 22 | 1832 | Montqomeri qraflığı | Qraflıq ərazisindən axan və yerli amerikalıların kəndinin adını daşıyan Kusa çayı | 16,1 | 10.450 | ( 1.686 km2) |
650,93 sq mi|
Qrin qraflığı | 063 | Yuto | 35 | 1819 | Marenqo və Taskalusa qraflıqları | Nataniel Qrin (1742–1786), İstiqlal müharibəsi generalı | 11,8 | 7.629 | ( 1.676 km2) |
647,11 sq mi|
Lamar qraflığı | 075 | Vernon | 40 | 1867 | Fayet və Merion qraflıqları (Cons qraflığı kimi) | Lyusius Lamar (1825–1893), ABŞ Ali Məhkəməsinin hakimi | 22,6 | 13.689 | ( 1.567 km2) |
604,85 sq mi|
Launds qraflığı | 085 | Heynevill | 45 | 1830 | Batler, Dallas və Montqomeri qraflıqları | Vilyam Launds (1782–1822), Cənubi Karolinadan ABŞ konqresmeni | 13,9 | 9.965 | ( 1.854 km2) |
715,91 sq mi|
Laymstoun qraflığı | 083 | Atens | 44 | 1818 | Elk və Maedison qraflıqları | Yerli geoloji yataqların şərəfinə adlandırılan Laymstoun çayı | 192,0 | 107.517 | ( 1.450 km2) |
559,94 sq mi|
Li qraflığı | 081 | Opelika | 43 | 1866 | Çembers, Meykon, Rassell və Tallapusa qraflıqları | Robert Li (1807–1870), Konfederasiya Ordusunda komandir | 291,7 | 177.218 | ( 1.574 km2) |
607,54 sq mi|
Loderdeyl qraflığı | 077 | Florens | 41 | 1818 | Çeroki və Çikaso əraziləri | Ceyms Loderdeyl (1780–1814), 1812-ci il müharibəsində polkovnik | 140,8 | 94.043 | ( 1.729 km2) |
667,70 sq mi|
Lourens qraflığı | 079 | Molton | 42 | 1818 | Çeroki ərazisi | Ceyms Lourens (1781–1813), 1812-ci il müharibəsində dəniz zabiti | 47,9 | 33.090 | ( 1.789 km2) |
690,68 sq mi|
Marenqo qraflığı | 091 | Linden | 48 | 1818 | Çokto ərazisi | Marenqo döyüşü | 19,4 | 18.996 | ( 2.530 km2) |
976,88 sq mi|
Marşall qraflığı | 095 | Qantersvill | 50 | 1836 | Blaunt və Cekson qraflıqları və Çeroki ərazisi | Con Marşall (1755–1835), ABŞ-nin baş hakimi 1801–1835 | 173,6 | 98.228 | ( 1.466 km2) |
565,84 sq mi|
Medison qraflığı | 089 | Hantsvill | 47 | 1808 | Çeroki və Çikaso əraziləri | Ceyms Medison (1751–1836), 4-cü ABŞ prezidenti | 493,0 | 395.211 | ( 2.076 km2) |
801,59 sq mi|
Merion qraflığı | 093 | Hamilton | 49 | 1818 | Taskalusa qraflığı | Frensis Merion (1732–1795), ABŞ İstiqlal müharibəsində hərbi lider | 39,4 | 29.246 | ( 1.923 km2) |
742,29 sq mi|
Meykon qraflığı | 087 | Taskiqi | 46 | 1832 | Montqomeri qraflığı | Nataniel Meykon (1758–1837), Şimali Karolinadan ABŞ konqresmeni | 31,0 | 18.895 | ( 1.577 km2) |
608,89 sq mi|
Mobil qraflığı | 097 | Mobil | 2 | 1812 | Missisipi ərazisinə daxil edildikdən sonra Qərbi Floridanın Mobil rayonu | Qraflığın yerləşdiyi və yerli amerikalı qəbiləsi olan Maubilanın şərəfinə adlandırılmış Mobil körfəzi | 336,0 | 413.073 | ( 3.184 km2) |
1.229,44 sq mi|
Monro qraflığı | 099 | Monrovill | 51 | 1815 | Krik ərazisi | Ceyms Monro (1758–1831), 5-ci ABŞ Prezidenti | 19,2 | 19.648 | ( 2.656 km2) |
1.025,67 sq mi|
Montqomeri qraflığı | 101 | Montqomeri | 3 | 1816 | Monro qraflığı | Lemyuel Montqomeri (1786–1814), Krik müharibəsində mayor | 290,0 | 227.434 | ( 2.031 km2) |
784,25 sq mi|
Morqan qraflığı | 103 | Dekeyter | 52 | 1818 | Çeroki ərazisi (Kotako qraflığı kimi) | Daniel Morqan (1736–1802), ABŞ konqresmeni | 213,5 | 123.668 | ( 1.500 km2) |
579,34 sq mi|
Otoqa qraflığı | 001 | Prattvill | 4 | 1818 | Montqomeri qraflığı | Alibamuların alt-qrupundan olan yerli amerikalı Otoqa və ya Ataqilər | 99,4 | 59.095 | ( 1.540 km2) |
594,44 sq mi|
Payk qraflığı | 109 | Troy | 55 | 1821 | Henri və Montqomeri qraflıqları | Zebulon Payk (1779–1813), səyyah və 1812-ci il müharibəsində zabit | 49,1 | 32.991 | ( 1.741 km2) |
672,09 sq mi|
Perri qraflığı | 105 | Merion | 53 | 1819 | Dallas, Kahaba, Marenqo və Taskalusa qraflıqları | Oliver Hazard Perri (1795–1819), 1812-ci il müharibəsində dəniz zabiti | 11,6 | 8.355 | ( 1.864 km2) |
719,66 sq mi|
Pikens qraflığı | 107 | Karrollton | 54 | 1820 | Taskalusa qraflığı | Endrü Pikens (1739–1817), İstiqlal müharibəsində general | 21,3 | 18.801 | ( 2.283 km2) |
881,41 sq mi|
Rassell qraflığı | 113 | Feniks-Siti | 57 | 1832 | Barbur, Bullok, Li və Meykon qraflıqları | Gilbert Rassel (1782–1861), Krik müharibəsində zabit | 91,6 | 58.722 | ( 1.661 km2) |
641,14 sq mi|
Rendolf qraflığı | 111 | Vedovi | 56 | 1832 | Sent-Kler və Şelbi qraflıqları | Con Rendolf (1773–1833), Virciniyadan ABŞ senatoru | 37,9 | 21.989 | ( 1.504 km2) |
580,55 sq mi|
Samter qraflığı | 119 | Livinqston | 60 | 1832 | Çokto ərazisi | Tomas Samter (1734–1832), Cənubi Karolinadan ABŞ konqresmeni | 13,5 | 12.164 | ( 2.341 km2) |
903,89 sq mi|
Sent-Kler qraflığı | 115 | Eşvill və Pell-Siti | 59 | 1818 | Şelbi qraflığı | Artur Sent-Kler (1736–1818), Kontinental Konqresin Prezidenti | 146,8 | 92.748 | ( 1.637 km2) |
631,90 sq mi|
Şelbi qraflığı | 117 | Kolumbiana | 58 | 1818 | Montqomeri qraflığı | İsaak Şelbi (1750–1826), Kentukki qubernatoru | 289,1 | 226.902 | ( 2.033 km2) |
784,93 sq mi|
Talladiqa qraflığı | 121 | Talladiqa | 61 | 1832 | Sent-Kler və Şelbi qraflıqları | Talatiqi, Krik hindilərinin qraflıq mərkəzinə verdikləri ad, mənası "sərhəd qəsəbəsi" | 110,6 | 81.524 | ( 1.908 km2) |
736,78 sq mi|
Tallapusa qraflığı | 123 | Deydvill | 62 | 1832 | Montqomeri və Şelbi qraflıqları | Tallapusa çayı | 57,3 | 41.023 | ( 1.856 km2) |
716,52 sq mi|
Taskalusa qraflığı | 125 | Taskalusa | 63 | 1818 | Montqomeri qraflığı və Çokto ərazisi | Blək Uorrior çayının irokez dilində adı | 171,7 | 227.007 | ( 3.423 km2) |
1.321,75 sq mi|
Uilkoks qraflığı | 131 | Kamden | 66 | 1819 | Dallas və Monro qraflıqları | Cozef Uilkoks (1790–1814), Krik müharibəsində leytenant | 11,8 | 10.446 | ( 2.301 km2) |
888,50 sq mi|
Uoker qraflığı | 127 | Jasper | 64 | 1823 | Blaunt, Cefferson və Taskalusa qraflıqları | Con Vilyams Uoker (1783–1823), Alabamadan ABŞ senatoru | 81,9 | 64.818 | ( 2.049 km2) |
791,19 sq mi|
Vaşinqton qraflığı | 129 | Çatom | 65 | 1800 | Missisipi ərazisinin Adams və Cefferson qraflıqları | Corc Vaşinqton (1732–1799), 1-ci ABŞ Prezidenti | 14,0 | 15.147 | ( 2.798 km2) |
1.080,21 sq mi|
Vinston qraflığı | 133 | Dabl-Sprinqs | 67 | 1850 | Uoker qraflığı (Henkok qraflığı kimi) | Con Vinston (1812–1871), 15-ci Alabama qubernatoru | 38,6 | 23.652 | ( 1.588 km2) |
612,98 sq mi
Keçmiş qraflıq adları
redaktəQraflıq[6] | Şərəfinə adlandırılıb[6] | Dəyişdirilib[3] |
---|---|---|
Beyn qraflığı | Devid Beyn, Vətəndaş müharibəsində polkovnik | 1868-ci ildə Etova qraflığına |
Beyker qraflığı | Alfred Beyker, yerli torpaq sahibi | 1874-cü ildə Çilton qraflığına |
Benton qraflığı | Tomas Hart Benton, Missuridən ABŞ senatoru | 1858-ci ildə Kalhaun qraflığına, Bentonun köləlikdən imtina etməsindən sonra Cənubi Karolinadan olan Bentonun rəqibi Con Kalhaunnun şərəfinə |
Kahaba qraflığı | Keçmiş ştat paytaxtı Kahaba | 1820-ci ildə Bibb qraflığına |
Kotako qraflığı | Tennessi çayının bir qolu olan Kotako çayı | 1821-ci ildə Morqan qraflığına |
Henkok qraflığı | Con Henkok, İstiqlal Bəyannaməsini imzalayan | 1858-ci ildə Vinston qraflığına |
Cons qraflığı | Cozayya Cons, yerli siyasi lider | 1868-ci ildə Cons bu şərəfdən imtina etdikdən sonra Kovinqton qraflığına (əvvəlki adına) |
Cons qraflığı | E.P. Cons, yerli torpaq sahibi | Sanford qraflığına, daha sonra 1877-ci ildə Lamar qraflığına çevrilmişdir |
Sanford qraflığı | H.C. Sanford, yerli torpaq sahibi | 1877-ci ildə Lamar qraflığına |
Keçmiş qraflıqlar
redaktəQraflıq | Qurulmuşdur | Ləğv edilmişdir | Şərəfinə adlandırılıb | Qeydlər |
---|---|---|---|---|
Dekeyter qraflığı | 7 dekabr 1821 | 28 dekabr 1825 | ABŞ Hərbi Donanmasının kommodoru Stiven Dekeyter. | 1822-ci ildə qraflıq mərkəzi Vudvill olmaqla yaradılmışdı. Bir neçə il sonra ləğv edilərək Cekson qraflığı və Medison qraflığı arasında bölüşdürüldü. |
Elk qraflığı[18] | 9 may 1817 | 26 yanvar 1818 | Elk çayı | Missisipi-Alabama parçalanmasından əvvəl Missisipi Ərazisi tərəfindən qurulmuşdur; Alabamının ştat olmasından əvvəl ləğv edildi |
İstinadlar
redaktə- Xüsusi
- ↑ "List of Alabama Counties". Bama Politics (ingilis). 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 avqust 2020.
- ↑ "Alabama History Timeline, 1701–1800". Alabama Department of Archives and History. 23 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2009.
- ↑ 1 2 3 4 5 National Association of Counties. "NACo – Find a county". 9 mart 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2008.
- ↑ "Alabama History Timeline, 1801–1860". Alabama Department of Archives and History. 7 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2009.
- ↑ "Alabama Counties: Cherokee". Alabama Department of Archives and History. 2012-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2008.
- ↑ 1 2 3 4 Foscue, Virginia O. (1989) Place Names in Alabama. Tuscaloosa, Alabama: University of Alabama Press. ISBN 0-8173-0410-X
- ↑ "U.S. Census website". U.S. Census Bureau. 1996-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2022.
- ↑ "2010 Census U.S. Gazetteer Files". U.S. Census Bureau. 2011-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2011.
- ↑ Wikisource:Alabama State Constitution of 1901/Initial Constitution#Section 39
- ↑ Nicholson, David. "Alabama License Plates, 1969–present". License Plates of North America, 1969–present. 2012-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2007.
- ↑ "EPA County FIPS Code Listing". EPA.gov. 8 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 23 fevral 2008.
- ↑ Nicholson, David. "Alabama County Codes". License Plates of North America, 1969–present. 24 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2009.
- ↑ Owen, Thomas McAdory; Owen, Marie Bankhead. History of Alabama and Dictionary of Alabama Biography. Chicago: S.J. Clarke Publishing Company. 1921.
- ↑ "Alabama Counties". Alabama Department of Archives and History. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2009.
- ↑ U.S. Census Bureau. "QuickFacts: Alabama". 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 mart 2022.
- ↑ "Community Facts". U.S. Census Bureau. 1996-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 avqust 2017.
- ↑ Coffee County, Alabama. "History of Coffee County". 27 oktyabr 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2011.
- ↑ McDonald, William Lindsey. A Walk Through the Past: People and Places of Florence and Lauderdale County, Alabama. Killen, Alabama: Bluewater Publications. 2003 [1997]. 223–224. ISBN 9780971994560. 6 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2012.
- Ümumi
- "CountyState.info Alabama". Official County Websites. 2013-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2007.
Xarici keçidlər
redaktə- Map series qraflıq sərhədlərinin təkamülünü göstərir. Kartoqrafiya Tədqiqat Laboratoriyası. Alabama Universitetinin Coğrafiya Bölməsi. (Cartographic Research Laboratory. University of Alabama Department of Geography.)
- Alabama Counties Alabama qraflıqlarının xüsusiyyətləri. Rəqəmsal Alabama (Counties Features. Digital Alabama)