Al Khalid Tanki - Wikipedia
Al-Khalid tankı MBT 2000 ya da bilinən adı ilə Al-Khalid tankı Pakistan ordusunun istifadə etdiyi ən yeni əsas döyüş tankıdır. Çin Pakistana aid Heavy Industries və Ukraynadan KMDB və Malyshev Factory-nin ortaq şəkildə hazırladığı bir tankdır. Tank adını əfsanəvi İslam Orduları komandiri Xalid bin Vəlidin adına düzəldilibdir. Tank Çin istehsalı Type 90-IIM ana müharibə tankı əsasında hazırlanmışdır. Ukrayna istehsalı olan isti və soyuq hava şərtlərinə uyğun 1200 at gücü olan 6TD dizel mühərriki ilə təmin edilmişdir.
Al-Khalid MBT-2000 | |
---|---|
Tipi | Əsas döyüş tankı |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2001- davam edir |
İstismara başlanması | 2001 |
İstismar edənlər | İstifadəçilər |
İstehsal tarixçəsi | |
Konstruktor | Norinco |
İstehsalçı |
Heavy Industries Taxila (Al-Khalid) Norinco (Type 90-IIM) |
Xüsusiyyətləri | |
Ağırlığı | 48 ton |
Zireh | Kompozit zireh, yüksək keyfiyyətli polad, Patlayıcı təpkisəl zireh |
Şose sürəti |
72 km/saat geriyə 31 km/saat |
Güc nisbəti | 1500 a.g. |
Əsas silah | 125 mm yivsiz top, 39 rds |
Köməkçi silah |
7.62 mm coaxial MG, 3000 rds 12.7 mm external AA MG, 500 rds |
Uzunluğu | 10.07 mm |
Eni | 3750 mm |
Hündürlüyü | 2790 mm |
Ekipaj | 4 nəfər(komandir,sürücü,topçu,yükləyici) |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü ilə qədər təqribən 310 ədəd tank Pakistan ordusu üçün istehsal olunub.
Tankın gecə döyüşmə xüsusiyyəti yanında avtomatik hədəf təqib sistemi də var. Tank digər ana müharibə tanklarına görə daha kiçikdir. Bunun səbəbi avtomatik güllə yükləmə sistemi sayəsində yükləyiciyə ehtiyac olmamasıdır. Son on ildə bu tankın dizaynı və istehsalı üçün 20 milyon ABŞ dolları xərclənmişdir.
Pakistan bu tank üçün olan sifarişi tamamladıqdan sonra, yeni nəsil Al-Haydar tankının istehsalına başlayacaq.
2-ci nəsil Çin-Pakistan əsas döyüş tankı olan MVT-2000 (“Al-Khalid”). O, 1997-ci ildə Çin Xalq Azadlıq Ordusunun silahlanmasına qəbul edilən “Ture 96” tankının Çin versiyasının yaxşılaşdırılmış modifikasiyasıdır. “Əl-Xalid” tankları artıq Mərakeş, Banqladeş və Myanma ordularının (Pakistanın özünü nəzərə almasaq) silahlanmasında var.
Tank bir çox cəhətlərdən Fransa istehsalı olan “Leklerk” tankının müasir atəş idarəetməsi sisteminin analoqudur. “Əl-Xalid” tankları Fransa istehsalı olan istilik görməsi ilə təchiz edilib. Mühərrik 50 dərəcədən yüksək temperatur havada işləməyə uyğunlaşdırılıb. Tankın maksimal sürəti 65 kilimetr/saatdır. 450 kilometr məsafə qət edə bilər. Tankın çəkisi 48 ton təşkil edir. Ekipajı 3 nəfərdən ibarətdir. Tankda 125 milimetrlik elektron avtomat doldurmasına malik 2A46 topuna, 762 millimetr kalibrə malik “86 tipli” pulemyot, qüllədə 12,7 millimetr çaplı “W-85” pulemyotu və 12 ədəd tüstü qumbarasına malikdir. Tuşlama qurğuları lazer məsafəölçəni, istilik görüntüsü yaradan avadanlıqlarla təchiz edilib. Tankın gövdəsi və qülləsinə dinamik müdafiə quraşdırılıb. “Əl-Xalid”də həmçinin hərəkət hissəsini qapayan yeni gövdə ekranları da mövcuddur.
“Əl-Xalid” tankları Ukrayna istehsalı olan 6TD-2 mühərrikləri ilə təchiz edilmişdir. Həmçinin motor-transmissiya bölməsində T-80 UD və T-84 tanklarına bənzər şəkildə Sovet tank quruculuğu məktəbinin, xüsusən də T-72M-in xüsusiyyətləri hiss olunur.
Variantları
redaktə- Al-Khalid I
- Al-Khalid II
- VT-1A