Alin Epilepsiyasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Alın epilepsiyası — bütün lokal mənşəli epilepsiyalar arasında rastgəlmə tezliyinə görə gicgah epilepsiyasından sonra ikinci yer tutur. Alın epilepsiyasının simptomatik, kriptogen və idiopatik formalarınıayırd edirlər.
Sadə parsial tutmalar somatosensor aura şəklinə malikdirlər(sancma, dartılma, təzyiq, elektrik cərəyanı və ya boşalmasınınkeçməsi hissləri). Görmə illüziyaları və hallüsinasiyalarınaqavramanın parlaqlığının dəyişməsi və ya görmənin yayğınlığı, ağdairələr, görmə obrazlarının görmə sahəsində uzun müddətsaxlanması daxildir. Vegetativ əlamətlər (tremor, təngnəfəslik, bradikardiya, hiperemiya, sianoz) müşahidə olunur. Xəstələrintəxminən ¼-də qorxu, dəhşət affekti, ekzaltasiya, eyforiya və yabeyindən çıxmayan fikirlər və hər hansı hərəkətə məcbur edilməhissi şəklində psixi pozulma meydana çıxır. Epileptik boşalmaya baş beynin üç şöbəsindən hansının cəlb edilməsindən asılı olaraq hərəkitutmaları təsnif etmək qəbul olunmuşdur. Bu kontekstdə beyinqabığının presentral şöbələrində baş verən boşalmalarlaəlaqələndirilən parsial (fokal) hərəki tutmalar ("Cekson tutmaları")ayırd edilir. Onlar birtərəfli klonik dartılmalar, başın kontrlateraldöndərilməsi və şüurun saxlanması ilə xarakterizə olunur. Əlavəsensomotor sahədə tutmalar birtərəfli və ya ikitərəfli gərginlik, qışqırıq və ya inilti, yaxud, əksinə nitqin dayanması ilə səciyyələnir. Daha çox gecə vaxtı seriya şəklində meydana çıxır. Mürəkkəbparsial tutmalar absanslara bənzər şəkildə gedişə malikdir – donmuşbaxış, bilateral tonik gərginlik, təkrarlanan əl hərəkətləri, şüurunitməsi fonunda başın adversiyası, bimanual və bipedal hərəkətlər. Bututmaların əmələ gəlməsini baş beynin orbital və mediofrontalşöbələrində boşalmalarla əlaqələndirirlər. Tutmadan sonra şüursürətlə bərpa olunur və praktik olaraq şüur dolaşıqlığı müşahidəedilmir.
Alın epilepsiyası olan xəstələrin təxminən ¼-də epileptikstatus rast gəlinir. Alın epilepsiyasının diaqnostikasında EEQ həlledici rol oynamır, çünki patoloji aktivlik boşalmaları bütün aparmalar üzrə yayıla, yaxud ümumiyyətlə qeyd olunmaya bilər. Boşalmaların generasiyasıyerinin yanlış müəyyən edilməsi mümkündür.
Tez-tez baş verən tutmalar, seriya ilə və statusla gedişə meyillilik olması səbəbindən proqnoz ümumilikdə yaxşı deyil.
Müalicə topiramat, valproatlar, karbamazepin, lamotricinvasitəsilə aparılır.[1]
İstinadlar
redaktə- ↑ "EPİLEPSİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL,Bakı-2009. səh.51-52" (PDF). 2016-11-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-09-28.