Alikend Kelbecer - Wikipedia
Alıkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd.
Alıkənd | |
---|---|
40°06′55″ şm. e. 46°03′07″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Tarixi
redaktəKəlbəcər rayonunun Oktyabrkənd inzibati ərazi vahidində yerləşən kənd. Şahdağ silsiləsinin ətəyindədir. Keçmiş adı Alılıdır. Yerli əhalinin məlumatına görə, kəndi XIX əsrdə kəlbəcərli Alı Kərbəlayi Avaz oğlu özünə məxsus binə yerində salmış və yaşayış məntəqəsi də onun adı ilə adlandırılmışdır (Alılı kənd/Allıkənd/Alı kənd). Oykonim Alı (antr.) və kənd (yaşayış məntəqəsi termini) sözlərindən düzəlib, "Alıya məxsus kənd" deməkdir. 1933-cü ildə Göyçay r-nunun Ramal və Şəkər inzibati ərazi vahidlərində daha iki Alıkənd kəndi qeydə alınmışdır.[1][2]
Yaylaqlar
redaktəAlagöllər yaylağı, Bədirbəy yurdu, Yalyurd, Taxtadüz yurdu, Köhnəyurd, Heydərin yurdu, Qazıxanlı yurdu, Sandıq bulağın yurdu.
Bulaqlar
redaktəZeynal bulağı, Cahanın bulağı, Qiblə bulağı, Sarı bulaq, Qaynatma bulaq, Çeyil bulağı, Qoşa bulaq, Göl bulağı, Sandıq bulağı, Qazıxanlı bulağı, Sandıq biçənəyin bulağı.
Məşhur yerlər
redaktəDəlikdaş, Baladüz, Gözələ, Sandıq biçənəyi, Aralıq, Təpələr, Turşəngli çala, Ağuludöş, Böyük zəhman, Məşədi Xudonun biçənəyi, Təkağac, Alonun kahası, Aynanın kahası, Xaçındalı, Koma, Yastana, Aralığın güneyi, Barmaqlar, Avasın kahası, Heydərin yerləri, Həvşə, Dana güneyi, Böyükgüney, Yalındalı, Tala, Duzdaxlar, Komağac, Qamışlı dərə, Ardışlı, Yolaşan, Naziksu, Qaraquşun dərəsi, Kalafalıq, Əmirin hasarı, Qarama yerləri, Dərə damı, Alonun yeri, Alo yeri.[2]
İqtisadiyyatı
redaktə- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil etmişdir.