Aksaycin - Wikipedia
Aksayçin (çin. 阿克賽欽, uyğ. ак сай, hind. अकसाई चिन, urdu اکسائی چن) — Hindistan, Pakistan və Çin arasında yerləşən sərhəd regionu. Region 42 685 km² əraziyə sahibdir (Cammu və Kəşmir ştatının 20 % ərazisi)[1]. De-fakto ərazini Çin idarə edir. Ancaq Hindistan əraziyə iddia edir. Bu ərazi Çin və Hindistan arasında iki əsas ərazi problemindən biridir. İkinci ərazi məsələsi isə Aruanaçal-Pradeş ştatının ərazisidir.
Aksayçin öz növbəsində bir yüksək dağlıq ərazidir. Burada hündürlük 5 min metri keçir. Ərazi səhralıqdan ibarətdir. Coğrafi baxımından Tibet platosunun bir hissəsini təşkil edir. Ərazidə yerli əhali ilə yanaşı heç daimi yaşayışı olan məntəqə belə yoxdur. Yağıntının miqdarı olduqca azdır. Buna səbən əraziyə hava kütlələərinin daxil ola bilməməsidir.
Tarix
redaktəTarixən Aksayçin Himalay krallığı olan Ladakxın ərazisinə daxil idi. Onlar buranı XIX əsrə qədər bölgəni idarə etmişlər. 24 mart 1914-cü ildə Dehli ilə tibet arasında anlaşma ilə ərazi Britaniyanın tabeliyinə keçir. Çin Tibetin müstəqilliyini qəbul etmirdi. Bu da öz növbəsindsə 1903—1904-cü illər Britaniya-Çin müharibəsinə səbəb olur. Nəticədə Lxasa ingilislər tərəfindən işğal olunur. XIII Dalay-lama isə Monqolustana qaçmalı olur. Çin siyası dəstək üçün Rusiya imperiyasına müraciət edir. 1911-ci il inqilabından sonra isə onlar müqaviləni tanımaqdan imtina edirlər.
1962-ci il Çin-Hindistan sərdəd müharibəsinə səbəb Çinin Makmaqon xəttinə əsasən mübahisəli olan ərazilərdən yol çəkməsi olur. Hindistan bu ərazini Çinin ərazi bütövlüyü olaraq qəbul etmirdi. Tibetdən Sınsızyan-Uyğurustan ərazisinə gedən yol Aksayçindən keçirdi. Yolun böyük qismi 4000 metr yüksəklikdən keçir.
Google Earth görə lanşaft modeli
redaktə2006-cı ilin iyununda Google Earth xəritəsində Aksayçin vilayətinin modelini aşkarlayırlar[2]. Modelin koordinatı: 38°16′ şm. e. 105°57′ ş. u.HGYOAksayçinin landşaftı ilə mənzərənin müqayisəsi əla bir bənzərliyi ortaya qoyur[3]. Model 900 m × 700 m ölçüsündə olub tikililərə, iri yük maşınları olan anqarlara və postlara sahib bir ərazi idi. Bu ərtazinin hərbi məqsədlər üçün istifadəsi ehtimalı yüksəkdir. Bu hərbi obyektin mövcud potensialı:
- Pilotsuz uçan aparatların təlim poliqonu;
- Kimyəvi və biloji silahların dispersiya sxemlərinin öyrənilməsi;
- Tank poliqonu;
- Klimatoloji tədqiqatlar üçün inşa edilən su toplama hövzəsi.
Yerli rəhbərliyin sözlərinə görə ərazi 1998-1999-ci illərdə inşa edilən tank poliqonudur.[4].
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Aksai Chin: China's disputed slice of Kashmir". CNN.com. 2012-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-08-06.
- ↑ Google Earth Community posting Arxivləşdirilib 2008-12-31 at the Wayback Machine, 29 June, 2006
- ↑ Google Earth Community posting Arxivləşdirilib 2008-12-08 at the Wayback Machine, 10 April 2007
- ↑ "Chinese X-file not so mysterious after all". 2009-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-02.