Akonityarpaqli Ampelopsis - Wikipedia
Akonityarpaqlı_ampelopsis - Haqqında Məlumat
Ampelopsis aconitifolia (lat. Ampelopsis aconitifolia) — Şimali Çində yabanı halda bitən bitki.
Akonityarpaqlı ampelopsis | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Akonityarpaqlı ampelopsis |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Botaniki təsviri
redaktəHündürlüyü 3 m olan lianadır. Yarpaqları əlvari, növbəli, uzun saplaqlı, sadə və ya mürəkkəbdir, 3–5 hissəyə bölünmüşdür. Çiçəkləri düz, beş, bəzən dörd hissəli, xırda, yaşılımtıldır, uzun saplaqlı salxımlara yığılmışdır. Giləmeyvələri xırda, ağ, açıq- bənövşəyi, narıncı və ya qırmızıdır. Mayda çiçəkləyir, meyvələri sentyabr-oktyabr aylarında yetişir. 2–3-cü il yavaş, sonralar isə tez böyüyür. Saçaqlı kök sistemi vardır. Dirəklərə bığcıqların köməkliyi ilə qalxır.
Ekologiyası
redaktəSoyuğa və quraqlığa davamlıdır. Suvarıldıqda yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
redaktəRespublikanın bəzi bölgələrində mədəni şəraitdə rast gəlinir.
İstifadəsi
redaktəŞaquli yaşıllaşdırmada geniş istifadə edilir.
İstinadlar
redaktə- Tofiq Məmmədov, "Azərbaycan dendroflorasi" V cild, Baki, "Elm", 2019, 370 səh.