Akira Toriyama - Wikipedia
Akira Toriyama (鳥山 明, Toriyama Akira?, 5 aprel 1955[1][2][…] – 1 mart 2024[3][4][…], Yaponiya) – Yaponiya manqakası və personaj dizayneri. "Dr. Slump" və "Dragon Ball" manqa seriyalarının müəllifi kimi tanınır. "Dragon Quest", "Chrono Tigger" və "Blue Dragon" kimi videooyunların personaj dizayneri olmuşdur.
Akira Toriyama | |
---|---|
yap. 鳥山 明 | |
Doğum tarixi | 5 aprel 1955[1][2][…] |
Vəfat tarixi | 1 mart 2024[3][4][…] (68 yaşında) |
Vəfat yeri | |
Cinsi | kişi[d][5][6][…] |
Həyat yoldaş(lar)ı | |
Komiks fəaliyyəti | |
Sahəsi | manqaka, personaj dizayneri[d], bədii rəhbər[d], ssenarist, yazıçı, illüstrasiyaçı[d], televiziya prodüseri[d], kinorejissor |
Fəaliyyət illəri | 1978–2024 |
Əsas işləri |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəAkira Toriyama 1955-ci ildə Ayçi prefekturasının Kyosu qəsəbəsində doğulmuşdur.[8] İbtidai məktəbdə oxuyanda sinif yoldaşının qardaşının manqa kolleksiyası onda böyük təsir buraxmışdır.[9] Manqaya marağının yaranmasında əsas iş kimi Osamu Tezukanın "Astro Boy" manqasını göstərmişdir.[10] İbtidai məktəbdə manqaya böyük marağı olsa da, orta məktəbdə teleserial və filmlərə yönəldiyi üçün həmin dövrdə manqadan bir az uzaqlaşmışdır.
Təhsilini bitirdikdən sonra Naqoyada bir reklam agentliyində üç il işləmişdir.[11] Toriyama işə dərhal qəbul olunsa da, tez-tez işə gecikdiyini və dress-koda əməl etmədiyi üçün danlandığını etiraf etmişdir. Bu iş mühitindən bezən Toriyama işdən çıxmışdır.[9]
Karyerası
redaktəİlk işləri və Dr. Slump
redaktəİşdən çıxdıqdan sonra pula ehtiyacı olan Toriyama manqa sənayesinə daxil olmuş və Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalı tərəfindən keçirilən həvəskar müsabiqəyə işini göndərmişdir.[9][12] Müsabiqə üçün zaman çatmasa da, digər şonen jurnalı "Weekly Shōnen Jump" onun işini qəbul etmişdir. Onun gələcək redaktoru Kazuhiko Torişima Toriyamanın manqasını bəyənsə də, "Ulduz müharibələri" parodiyası olduğu üçün müsabiqəyə qəbul etməmişdir. O, Toriyamaya teleqram göndərərək həvəsdən düşməməsi və işləməyə davam etməsi üçün cəsarətləndirmişdir.[13] 1978-ci ildə Toriyamanın ilk işi olan "Wonder Island" nəşr olunmuşdur. Torişimanın ondan qadın baş qəhrəmanı olan manqa yaratmasını xahiş etməsindən sonra 1979-cu ildə "Tomato the Cutesy Gumshoe" manqasını yaratmışdır.[9] Manqanın uğurusundan həvəslənən Toriyama qadın baş qəhrəmanı olan yeni bir manqa üzərində işləməyə qərar vermiş və "Dr. Slump" manqasını yaratmışdır.
1980–1984-cü illərdə nəşr olunmuş "Dr. Slump" Toriyamaya böyük şöhrət gətirmişdir. Manqa professor və onun super güclü kiçik robot qızı Araledən bəhs edir.[14] Toriyama bu manqaya görə 1981-ci ildə Şoqakukan Manqa Mükafatını qazanmışdır.[15] Həmin il manqanın anime adaptasiyasının yayımı başlamışdır. "Dr. Slump" populyar olsa da, Toriyama 6 ay sonra manqanı yekunlaşdırmaq istəmişdir. Lakin Shueisha yeni manqa seriyasına başlamadan bu manqanı yekunlaşdırmasına icazə verməmişdir.[16][17]
Dragon Ball və beynəlxalq uğur
redaktəToriyamanın kunqfu filmlərini sevdiyini görən Torişima ona kunqfu mövzusunda şonen manqası yaratmağı tövsiyə etmişdir.[18] Bu, 1983-cü ildə "Dragon Boy" adlı ikihissəli manqanın nəşri ilə nəticələnmişdir. Bu manqa döyüş sənətlərində usta olan bir oğlanın şahzadə ilə yaşadığı macəralardan bəhs edirdi. "Dragon Boy" yaxşı rəylər almış və 1984-cü ildə "Dragon Ball" manqa serialına çevrilmişdir.[16][19]
1984–1995-ci illərdə nəşr olunmuş "Dragon Ball" Yaponiyada 159,5 milyon tankobon nüsxə satmış,[20] ən çox satılan manqa seriyalarından biri olmuş,[21] ən populyar şonen manqalarından biri hesab olunmuşdur.[14] Toriyama 11 illik period ərzində 519 fəsil (42 cildi) hazırlamışdır. Manqanın uğuru 5 anime adaptasiyasının çəkilməsi ilə nəticələnmişdir.
Şəxsi həyatı
redaktə2 may 1982-ci ildə Naqoyadan olan manqaka Yoşimi Kato ilə evlənmişdir.[22][23] Toriyama münzəvi şəxsiyyəti ilə tanınmış və ictimaiyyət qarşısına nadir hallarda çıxmışdır.[24][25][26] Uşaqlıqdan heyvanları çox sevdiyi üçün quş, it, pişik, balıq, kərtənkələ və böcəkləri ev heyvanı kimi saxlamışdır. Plastik modellərə böyük marağı olmuşdur.[27] O, manqakaların imzalarını toplamaq hobbisi ilə məşğul olmuşdur.[28]
İstinadlar
redaktə- ↑ 1 2 Akira Toriyama // Lambiek Comiclopedia (ing.). Lambiek, 1999.
- ↑ 1 2 鳥山明 // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 Akira Toriyama Passed Away. Twitter website, 2024.
- ↑ 1 2 Information. 2024.
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ datos.bne.es (isp.): El portal de datos bibliográficos de la Biblioteca Nacional de España. 2011.
- ↑ Dr. Slump, Volume 18. Viz Media. S. 178. ISBN 978-1-4215-2000-1
- ↑ Yoon, John; Notoya, Kiuko. "Akira Toriyama, Creator of 'Dragon Ball,' Dies at 68". The New York Times (ingilis). March 8, 2024. ISSN 0362-4331. March 9, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 9, 2024.
- ↑ 1 2 3 4 Toriyama, Akira. Akira Toriyama's Manga Theater. Viz Media. 2021. 22, 38, 99, 145, 191, 228, 280, 302, 348, 374. ISBN 978-1-9747-2348-5.
- ↑ "Mangaka Who's Who - Akira Toriyama". Pafu. Zassōsha. September 1980.
- ↑ Toriyama, Akira. Dr. Slump, Volume 11. Viz Media. 2009. 48, 64, 80, 110. ISBN 978-1-4215-0635-7.
- ↑ Konno, Daiichi. "『ジャンプ』伝説の編集長は『ドラゴンボール』をいかにして生み出したのか". ITmedia (Japanese). October 21, 2018. May 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 24, 2021.
- ↑ "none". Shonen Jump. No. 1. Viz Media. November 26, 2002.
- ↑ 1 2 Thompson, Jason. "Jason Thompson's House of 1000 Manga – Dragon Ball". Anime News Network. March 10, 2011. September 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 24, 2013.
- ↑ 小学館漫画賞: 歴代受賞者 (yapon). Shogakukan. September 29, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 19, 2007.
- ↑ 1 2 "Kazuhiko Torishima On Shaping The Success Of 'Dragon Ball' And The Origins Of 'Dragon Quest'". Forbes. October 15, 2016. October 17, 2016 tarixində arxivləşdirilib.
- ↑ Dragon Ball 超全集 4: 超事典 [Chōzenshū 4: Super Encyclopedia] (yapon). Shueisha. 2013. 346–349. ISBN 978-4-08-782499-5.
- ↑ Dragon Ball 大全集 2: Story Guide [Dragon Ball Complete Works 2: Story Guide] (yapon). Shueisha. 1995. 261–265. ISBN 4-08-782752-6.
- ↑ Clements, Jonathan; McCarthy, Helen. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917 (1st). Berkeley, California: Stone Bridge Press. September 1, 2001. 101–102. ISBN 1-880656-64-7. OCLC 47255331.
- ↑ "Shueisha Media Guide 2014: Boy's & Men's Comic Magazines" (PDF) (yapon). Shueisha. səh. 2. July 21, 2015 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: April 20, 2015.
- ↑ "Top 10 Shonen Jump Manga by All-Time Volume Sales". Anime News Network. October 23, 2012. October 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 17, 2012.
- ↑ 「5億円」プラス「お嫁さん」—「アラレちゃん」鳥山明の結婚式. FOCUS (yapon). No. 19. Shinchosha. May 14, 1982. səh. 18.
- ↑ Toriyama, Akira. Dr. Slump, Volume 18. Viz Media. 2009. səh. 178. ISBN 978-1-4215-2000-1.
- ↑ Loveridge, Lynzee. "Dragonball Creator Akira Toriyama Knighted by France". Anime News Network. May 31, 2019. September 3, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2019.
- ↑ Chapman, Paul. "Akira Toriyama Dishes on Designing Characters for "Dragon Quest"". Crunchyroll. December 30, 2016. May 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 31, 2019.
- ↑ "Manga wieder ganz groß auf der Buchmesse". Mitteldeutscher Rundfunk (alman). March 28, 2004. July 1, 2004 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 31, 2019.
- ↑ Toriyama, Akira. Dr. Slump, Volume 14. Viz Media. 2008. 18, 62, 145. ISBN 978-1-4215-1058-3.
- ↑ Toriyama, Akira. Dr. Slump, Volume 2. Viz Media. 2005. səh. 133. ISBN 978-1-59116-951-2.