Ainur Orta Dunya - Wikipedia
Ainur (kvenya: Ainur, yəni "müqəddəslər"; tək halda Ainu) - C. R. R. Tolkinin legendariumunda, Eä və Ardanın yaradılmasından əvvəl Eru İlúvatarın yaratdığı ilk varlıqlar[1].
Onlar fiziki forma almağa qadir olan cisimsiz ruhlar idi. Qüvvət baxımından, Ainular İlúvatardan sonra ikincidirlər. Onların hər birinə İlúvatarın planının yalnız bir hissəsi məlumdur amma hər şey heç birinə məlum deyil. Ainular əbədi olaraq Eru ilə birlikdə Eädan kənar Zamansızlığ Qəsrində olurlar. Əvvəlcə onunla tək danışırdılar və ifa edirdilər. Sonra Erunun istəyi ilə onların səsi birləşərək Ainur Musiqisində səsləndi, bu Musiqidən kainatın boşluğunda böyük bir xəyal əmələ gəldi, parlayan kürə. İlúvatar Aynur Musiqisini görünən etdi, bu xəyala həyat verdi və beləliklə Eä əmələ gəldi - Varlıq Dünyası.
Ainuların bir hissəsi Eäya daxil olmağı arzuladı və İluvatarın gələcək övladları üçün Ardanın formalaşdırmasını öz öhdəliklərinə götürdülər[2]. Bu Ainuları elflər Valar və ya Ünsürlər adlandırırdı, insanlar isə onları tanrılar hesab edirdilər. Ainurun çoxu İluvatarla qaldı.
Və İlúvatar ya belə qərar verdi, ya bu qaçılmaz idi, amma o vaxtdan bəri onların qüdrəti dünyada qalmalı idi və onun hüdudları ilə məhdudlaşmalı idi, dünyanın ömrü bitənə qədər orada əbədi qalmağa təyin edilmişdirlər. Bu Ainular Dünyanın canı oldu, o da onların həyatı oldu. Buna görə də onları Valar yəni Dünyanın Gücləri adlandırırdılar.
Qüdrəti və biliyi az olan Ainular Maiar adlanırlar. Valar və Maiar Ardada çoxlu gözəllik yaratdılar. Amma ən güclü Ainulardan biri olan Melkor, Valar və İluvatara qarşı üsyan etdi və bu, müharibəyə səbəb oldu. Dünyanın sonunda Valar Ainurun qalan hissəsi ilə Zamansızlıq Qəsrində qovuşacaq və İlúvatar övladları ilə birlikdə ikinci Ainur Musiqisini ifa edəcəklər.
Ədəbiyyat
redaktəTolkin, C. R. R. "Silmarillion". Allen & Unwin. 1977. ISBN 0-04-823139-8.