Aise Qezzafi - Wikipedia
Aişə əl-Qəddafi (ərəb. عائشة القذافي; 25 dekabr 1976, Tərabülüs əl-Qərb) — Müəmmər əl-Qəzzafinin övladlarından biri, yeganə qızı, Liviyanın BMT İnkişaf Proqramındakı keçmiş xoşməramlı səfiri.
Aişə Qəzzafi | |
---|---|
ərəb. عائشة القذافي | |
Doğum tarixi | 25 dekabr 1976 (47 yaş) |
Doğum yeri | |
Atası | Müəmmər əl-Qəzzafi |
Anası | Safiya Qəddafi |
Təhsili | |
Fəaliyyəti | vəkil, siyasətçi, hərbi qulluqçu, hüquqşünas |
Elmi dərəcəsi |
Liviya rəhbərinin yeganə qızıdır. İraqın sabiq rəhbəri Səddam Hüseynin vəkillər qrupunun hüquqi işlər üzrə müşaviri olub. 2006-cı ildən əmisi oğlu, polkovnik Əhməd-əl-Qəzzafi-əl-Qəhsiyə ilə nikahda olan Aişə üç övlad anasıdır. Hazırda "Vəetəsəmu" xeyriyyə fondunun rəhbəridir.
2011-ci ildə Liviyada baş vermiş hadisələrlə bağlı olaraq BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilmişdir.[1][2]
Qardaşlarından fərqli olaraq, Aişə Qəzzafi çox soyuqqanlı təsir bağışlayır. Liviya vətəndaş müharibəsinin ilk günlərində o, "Son insan və son gülləmizə qədər döyüşəcəyik. Kişilər həlak olarsa, biz əlimizə silah alacağıq. Kişi olmayan yerdə kişi mənəm" deyə bildirmişdi.[3]
İstinadlar
redaktə- ↑ "Liviya liderinin qızı BMT-nin xoşməramlı səfiri statusundan məhrum edilib". 2011-02-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-24.
- ↑ "Дочь Каддафи лишили статуса посла доброй воли ООН". 2012-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-25.
- ↑ "Qəzzafinin qızı: "Kişi olmayan yerdə kişi mənəm"". 2011-04-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-04.
Xarici keçidlər
redaktə- Qəzzafilər Arxivləşdirilib 2011-03-02 at the Wayback Machine
- Qəzzafinin uşaqları – Aişə və qardaşları (az.) (qafqazinfo.az saytında)