Afrika Col Iti - Wikipedia
Afrika çöl iti, və ya Kaftarabənzər it (lat. Lycaon pictus) — Məməlilərin yırtıcılar dəstəsinə, İtlər fəasiləsinə daxil olan heyvan növü. Lycaon cinsinin yeganə növü. Onun elmi adının mənası: yun. Lycaon – canavar, lat. pictus – boyalı.
Afrika çöl iti | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Afrika çöl iti |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Xarici görünüşü
redaktəAfrika çöl iti qırmızı canavarın genetik baxımından ən yaxın qohumu sayılır. Xarici görünüş baxımından Kaftarları xatırladır. Bədənın çəkizi az, qıçları uyzun və güçlü, başı isə iridir. Qulaqdları iri və ovalvarı formaya malik olur. Üz hissəsi qısa və enlidir. bədəninin uzunluğu 1 m, quyruğu 40 sm, boyu isə 78 sm, çəkisi 18–36 kq olur[3]. Erkək və dişilərdə görkəm baxımından demək olar ki, fərq yoxdur. Sadəcə erkəklər dişilərdən 3–7 % iri olur. Bədən ölçüləri onun tox və ya ac olmasından sılı olaraq fərqlənir. Bir Afrika çöl iti bir günə 9 kq ət yeyə bilir.
Bu canlıların kürkü kobud, qısa və olduqca nadirdir. Bədəninin qara dərisi bəzi yerlərində görünür. Quyruğu kifayət qədər uzun və xəzlidir. Bədənində ümumi qəhvəyi fonda qırmızı, qara və ağ rəngli ləkələr olur. Bəzən bütünlüklə qara olan fərdlərə rastlamaq mümkündür. Sifət və qulaqlar adətən qara, quyruğun sonucu isə ağ rənmgdə olur. Ağ və qara rəngdə doğulan küçüklərdə sarı fon 7 həftədən sonra görünür. bu canlıların kəlləsi olduqca enlidir. Çənəsi güçlü, dişləri isə digər köpəkkimilərə daxil olan heyvanlarındakından uzundur. Bu isə onların sümükləri asanlıqla gəmirməsinə imkan verir. Dəri vəzlərinin inkişafı ilə əlaqədar çox güclü müşk qoxusu yayır.
Yayılması
redaktəBir zamanlar bu çöl canlısı bütün Afrikanın çöllərində, savannalarda və Böyük səhranın cənubuinda yuayılmışdı. Onlara cənubi Əlcəzairdən Sudanın dəniz sahillərinə qədər ərazilkərinə yayılmışdılar. Hazırda isə yayılma arelı bir mozaik formaya malikdir. Əsasən qitənin insanlar tərəfindən mənimsənilməmiş ərazilərində yayılmışlar. onlara hazırda Namibiya, Botsvana, Tanzaniya, Mozambik, Zimbabve, Esvatini və Cənubi Afrika Respublikasının Transvall vilayətində yaşayırlar.
Həyat tərzi və qidalanması
redaktəAfrika çöl itləri savanna, kolluqlu çöllərdə və dağlıq ərazilərdə yayılırlar. Onlara ekvatorial meşələrdə rast gəlinmir. Savannalarda əsasən tək və çüt dırnaqlı heyvanlarla qidalanırlar.
Bu canlılar əsasən qrup halında yaşayırlar ki, bu qruplarda canlıların sayı 7–15 baş arasında dəyişir. Qrupda dominantlıq alfa çütlüyün üzərinə düşür. Bütün dişilər alfa dişiyə, erkəklər isə alfa erkəyə tabe olur. Dominatlıq uğrunda nadir hallarda toqquşmalar baş verir. Öz aralarında sülhsevərliyi ilə seçilirlər. Ov zamanı birlik nümayiş etdirir və balaları əmizdirirlər. Dəstənin digər üzvləri dominantlıq edən cütlüyün balalarına baxır, yaralı və xəstə qrup üzvlərini ətlə bəsləyirlər. Yeməkdən ötrü demək olar ki, dalaşmırlar. qerrupoda bir qayda olaraq dişilərin sayı erkəklərdən çox olur. Bunun səbəbi 2,5 yaşına çatmış erkəklərin qrupu tərk etməsidir. Qrupda doğulan erkəklərin yarısı öz qruplarında qalır. Tərk etmişlər isə yeni qrup təşkil edirlər.
Afrika çöl itləri qrup halında iri gövşəyən heyvanları güdür və onları ovlayırlar. Onların qidasının əsasını elə də iri olmayan Antiloplar (İmpalalar, Dukerlər, Tomson ceyranı, Redunca, Meşə antilopu) və yaşlı, xəstə iri canlılar təşkil edir (Qnu, Kanna, Zebr). Qida qıtlığı yaşandıqda isə onlar qamış sıçovulu və digər kişik məməliləri ovlayırlar. Bitki mənşəlli qidaları yemirlər. Üstəlik onlarda leş yemə xüsusiyyəti yoxdur. Ev heyvanlarına nadir hallarda hücum edirlər.
Əsasən gündüz həyat tərzi keçirirlər. Əsasən günün sərin vaxtları ova çıxırlar. Sürətli şəkildə qaça bilirlər. Sürətləri 50–55 km/s çatır. Orta ölçülü Afrika çöl iti şikarın arxasınca 15 dəqiqə qaça bilir. Daha böyük heyvanlar isə aqressiv şəkildə tam tükənməyə qədər yürüşü davam edirlər. Onlar leşyeyənlərə qarşı dözüm nümayiş etdirir və hətta xallı kaftarları belə ovlanmış şikardan uzaqlaşdıra bilirlər. Ova gedərkən dəstə üzvləri "xo-xo" səsli melodiyalar çıxarırlar. Bundan əlavə, orta ulama gerçəkləşdirirlər.
Afrika çöl itləri müəyyən bir əraziyə bağlanmırlar. Qida arxasınca uzun məsafəli köçlər həyata keçirirlər. Ovaldıqları şikarı qısa müddət ərzində parcalayaraq ova çıxmayan qrup üzvlərinin yanına qayıdırlar. Şikar dalınca uzaq məsafələrə getdiklərindən onun daşınması çətinlik törətdiyindən, qidanı həzm etmədən qursaqlarında geridə qalan dəstə üzvlərinə gətirirlər. Afrikanın iri pişikkimilərindən fərqli olaraq ovladıqları heyvanı boğaz nahiyyəsindən tutaraq boğub öldürmürlər. Heyvan canlı ikən qarın nahiyyəsindən yırtaraq parçalayırlar.
Afrika çöl itlərinin əsas düşmənləri — Kaftarlar və Şirlər. İnsanlardan qorxmamaları səbəbindən ovlanmaya məruz qalırlar.
Çoxalması
redaktəÜmumiyyətlə hər bior dəstətə dominantlıq edən çütlük olur. Normalda yalnız alfa dişi bala verir. Başqa dişi bala doğarsa alfa dişi onu və balalarını qidadan məhrum edir və bəzən digərinin körpəsini parçalayır. Bu davranışın mənası, aşırı yüklənmədən qaçmağa hesablanır.
Afrika çöl itlərində balalama mövsümü göründüyünə görə yoxdur. Ancaq balaların çoxu mart-iyul ayları doğulur. Boğazlıq dövrü 63–73 gün davam edir. Bundan sonra dişi 2–21 arası bala doğur. Hər il dişi balalarını borudişlilərə aid olan oyuqlarda bəsləyir. Balalar doğularkən kor, kar və köməksiz olur. Dişi balalarını 3–4 həftə ərzində tərk etmir. Bu müddət ərzində dişiyə qrupun digər üzvləri yem gətirir. Artıq 8–10 həftəliyində balalar yuvanımn ətrafına çıxırlar. Bundan sonra isə digər üzvlərdə balaların bəslənməsinə cəlb edilirlər.
Artıq 12–18 aylığılnda küçüklər fiziki yetkinliyə çatır və valideymnlərindən asılılıqdan azad olurlar. Orta ömür düddətləri 9–10 ildir.
Yarımnövləri
redaktə- Lycaon pictus lupinus Thomas, 1902
- Lycaon pictus manguensis Matschie, 1915
- Lycaon pictus pictus (Temminck, 1820)
- Lycaon pictus sharicus Thomas and Wroughton, 1907
- Lycaon pictus somalicus Thomas, 1904
Populyasiyanın statusu
redaktəBu yaxınlara qədər çöl itləri geniş bir areala və 100 baş qədər böyük sürülərə sahib idilər. Hazırda isə 20–30 başdan ibarət olan sürüləri nadir hallarda müşahidə etmək olur. Bu heyvanların nəslinin kəsilməsinin əsas səbəbləri yaşayış yerlərinin azalması, yoluxucu xəstəliklər, eləcə də nəzarətsiz ovdur.
Afrika çöl iti Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən az saylı növ olaraq Qırmızı kitaba salınmışdır. Hazırda bu növün ümumi sayı 3000–5500 baş olaraq qiymətləndirilir. Onlar 600–1000 arası dəstədə birləşmişlər. Şimali Afrikada az saylıdırlar. Qərbi Afrikada Seneqal istisna olmaq şərti ilə demək olar ki yoxdur. Mərkəzi Afrikada da az saylıdırlar. Nisbətən Kamerunda qalmışdır. Tək-tək isə Mərkəzi Afrika Respublikası və Çadda müşahidə edilirlər. Şərqi Afrikada sayları nisbətən çoxdur. Əsasən Keniya və Uqanda bu baxımdan seçilir. İri bir populyasiya isə Tanzaniyanın cənubundadır. Bu heyvanların ümumi sayının yarıdan çoxunu Cənubi Afrikada yayılmışdır.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Afrika çöl iti