Aero L 39 Albatros - Wikipedia
Aero_L-39_Albatros - Haqqında Məlumat
Aero L-39 Albatros Çexoslovakiyanın Aero Vodochody şirkəti tərəfindən istehsal olunmuş reaktiv hərbi təlim təyyarəsidir. 1960-cı illərdə dizayn olunmuş Aero L-29 Delfin təlim təyyarəsini əvəz etməsi məqsədilə hazırlanmışdır.[2] L-39 dünyada istehsal olunmuş ilk ikinci nəsil təlim təyyarəsidir. Hərbi təlim təyyarəsi kimi bir çox dövlət tərəfindən hazırda da istismar olunur. Təyyarə ilə bağlı maraqlı məqamlardan biri də təyyarənin NATO kod adının olmamasıdır. Əsasən pilotlar tərəfindən təlim məqsədilə istifadə olunsa da, yüngül hücum təyyarəsi vəzifəsini də icra edə bilər. İstifadəçi ölkələrdən bəzilərinin bu təyyarələrdən ibarət Aerobatika komandaları var.
L-39 | |
---|---|
Tipi | Hərbi təlim təyyarəsi |
İstehsalçı | Aero Vodochody |
Dizayner | Yan Vlçek |
İlk uçuş | 4 noyabr 1968 |
İstismara verilmə tarixi | 28 mart 1972[1] |
Status | İstismarı davam edir |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələri Azərbaycan Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1971–1996 |
Buraxılış sayı | 2900 |
Baza modeli | Aero L-29 Delfin |
Variantları |
Aero L-59 Super Albatros Aero L-159 Alca |
Vikianbarda əlaqəli mediafayllar |
İstifadəçiləri
redaktə- Əfqanıstan
- Əlcəzair
- Azərbaycan
- Ermənistan
- Banqladeş
- Belarus
- Bolqarıstan[3]
- Kamerun
- Kuba
- Çexiya
- ADR: 1990-cı ildə Almaniyanın birləşməsindən sonra silahlanmadan çıxarılmışdır.
- Misir
- Ekvatorial Qvineya
- Estoniya
- Efiopiya
- Gürcüstan
- Qana
- Macarıstan
- İraq
- Qazaxıstan
- Qırğızıstan
- Liviya
- Litva
- Latviya
- Mozambik
- Nigeriya
- KXDR
- Rumıniya
- Rusiya
- Slovakiya
- Cənubi Sudan
- Suriya
- Tacikistan
- Tailand
- Tunis
- Türkmənistan
- Uqanda
- Ukrayna
- ABŞ
- Özbəkistan
- Vyetnam
- Yəmən
Taktiki-texniki xüsusiyyətləri (L-39C)
redaktəÜmumi göstəriciləri
redaktə- Ekipaj: 2 nəfər
- Uzunluğu: 12.13 m
- Qanad uzunluğu: 9.12 m
- Hündürlüyü: 4.77 m
- Qanadının sahəsi: 18.8 m²
- Boş çəki: 3,395 kq
- Maksimal qalxma çəkisi: 4,700 kq
- Güc təminatçısı: 2 konturlu Aİ-25TL turbo-reaktiv mühərrik
Uçuş keyfiyyətləri
redaktə- Maksimal sürət: 985 km/s (Mach 0.80)
- Uçuş məsafəsi: 1,150 km (daxili yanacaqla)
- 1,750 km (daxili və xarici yanacaqla)
- Uçuş tavanı: 12000m(praktiki tavan-11,500 m)
- Yüksəkliyə qalxma sürəti: 180–190 m/s
- Qanad yüklənməsi: +10 ve -4
- Çəkmə gücünün çəkiyə nisbəti: 0.37
Silahlanma
redaktə- Ümumi çəkisi 300 kq-dan çox olmayan raket və ya aviabomba daşıya bilər
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ John Pike. "Aero L-39 Albatros". Globalsecurity.org. 2013-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
- ↑ Jackson, Robert. Aircraft from 1914 to the present day. 2011. səh. 174. ISBN 978-1-907446-02-3.
- ↑ "Flying Flying – Scramble". scramble.nl. 2015-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 dekabr 2017.
Xarici keçidlər
redaktəVikianbarda Aero L-39 Albatros ilə əlaqəli mediafayllar var.