Admiralti Adasi - Wikipedia
Admiralti adası (ing. Admiralty Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.
Admiralti adası | |
---|---|
ing. Admiralty Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 4264 km² |
Uzunluğu |
|
Eni | 56.327,04 m |
Hündür nöqtəsi | 1417[1] |
Əhalisi | 650 nəfər (2000-ci il) |
Yerləşməsi | |
57°40′ şm. e. 134°20′ q. u.HGYO | |
Ölkələr | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəAdanın uzunluğu 154 km, eni 56 km və 4264 km² ərazisi vardır. Ərzisinə görə ABŞ-nin 7-ci və dünyanın 132-ci ən böyük adasıdır. Stivens boğazının ən dar hissəsində materikə olan məsafə 5 kilometrdən azdır. Alyaskanın paytaxtı olan Cuno adanın şimal ucundan 12 kilometr aralıda yerləşir. Adanın Qlass yarımadasını adanın əsas hissəsindən ayıran Seymur-Kanal körfəzi onu ikiyə bölünür.
Fauna
redaktəAdanın 3860 km² hissəsi, Admiralti Təbiət Qoruğudur. Burada 1700-ə qədər qonur ayının yaşadığı məlumdur (yəni adanın hər sakininə demək olar ki, üç ayı düşür). Adada qaraquyruqlu marallara da rast gəlinir, 5000-dən çox ağbaş qartal yaşayır. Suitilər, dəniz donuzları və dəniz şirləri sahil sularında yaşayır, donqar balinalar tez-tez adanın ən böyük körfəzi olan Simor-Kanalına girir. Burada çoxlu qızılbalıq vardır[2].
Ayı və qar keçiləri üçün mütəşəkkil ov aparılır[3].
Tarix
redaktəAda səyyah Corc Vankuver tərəfindən xidmət etdiyi Britaniya Admirallığının şərəfinə adlandırılmışdır. İlk dəfə "Discovei" gəmisinin kapitanı Cozef Uidbi tərəfindən 1794-cü ilin iyul-avqust aylarında Vankuver Ekspedisiyası zamanı kəşf edilmişdir.
Əhali
redaktəƏhalisi adada min ildən artıq yaşamış tlinqitlər. Ən böyük yaşayış məntəqəsi Anqundur.
İqtisadiyyat
redaktə1989-cu ildən adada böyük bir gümüş mədəni fəaliyyət göstərir, qızıl, sink və qurğuşun da kiçik həcm də olsa belə hasil edilir.
Point Retreat mayakı adanın şimal hissəsində 1904-cü ildən fəaliyyət göstərir[4].
Ədəbiyyat
redaktə- Corc və Con Vankuverlər. "«A voyage of discovery to the North Pacific ocean, and round the world»". books.google.ru (rus). 1801. İstifadə tarixi: 2021-02-11.
- Artur Spenser, "The Juneau Gold Belt, Alaska: A Reconnaissance of Admiralty Island, Alalska", 2011, ISBN 978-5-8781-1165-2
İstinadlar
redaktə- ↑ "Introducing Admiralty Island". 2018-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ "Admiralty Island National Monument". 2012-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.
- ↑ "Охота на Адмиралтейском острове". 2012-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
- ↑ "Маяки Аляски". 2012-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.
Mənbə
redaktə- Друзья Адмиралтейского острова (ing.)
- "Admiralty Island National Monument (Kootznoowoo) Wilderness". 2013-01-03 tarixində arxivləşdirilib.
- Адмиралтейский остров