Adi Eynekli Ayi - Wikipedia
Adi eynəkli ayı (lat. Tremarctos ornatus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Gözlərinin ətrafında olan ağ sarı halqalara görə belə adlandırırlar.
Adi eynəkli ayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Adi eynəkli ayı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Təsviri
redaktəBu yırtıcı orta ölçülərə sahib bir ayı növüdür: bədəninin uzunluğu 150—180 sm, quyruğu 7—10 sm, çəkisi 70 (dişilər) — 140 (erkəklər) kq. Xəzi kömür-qara və ya boz-qara olur. Göz ətrafında ağ və sarı halqa olur. Bu halqalar boğazdakı digər halqa ilə birləşir. Bəzi fərdlərdə isə ümumiyyətlə ləkələr yoxdur. Sifətləri digər ayılara nisbətdə olduqca qısadır
Orta ömür müddəti 21 ildir.
Yayılma ərazisi
redaktəBu canlılar Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə daxil olan yaşayan yenganə növdür.
Onlar əsasən And dağlarının 3000 metrdən yüksək olan ərazilərində yayılmışlar. Bununla belə onlara dağ arası düzənliklərdə, hətta savannalarda belə rastlamaq olur. Onların yayılma arealı Venesuelanın qərbi, Ekvador, Kolumbiya, Peru, Qərbi Boliviya, və Panama ərazisidir.
Qidalanması
redaktəEynəkli ayıların biologiyası zəif araşdırılmışdır. Onlar həm gecə həm də gündüz həyat tərzi keçirə bilirlər. Qış yuxusuna getməsələrdə özlərinə kaha qura bilirlər.
Belə düşünülür ki, ayıkimilərə daxil növlər arasında Böyük pandalardan sonra ən çox ot yeyən növ Eynəkli ayılardır. Onlar bəzən pündür ağaclara çıxaraq meyvələri dərir və yerdə onları yeyirlər. Bəzi ərazilərdə qarğıdalı zəmilərinə zərər vururlar. Onlar qısa burunları ilə qarışqa və termit yuvalarını dağıdaraq orada olan həşəratları yeyirlər. Eynəkli ayıların Quanako və Vikunyalara hücümü belə olur. Leş yeməkdən iyrənmirlər.
Eynəkli ayılar tənha yaşasalarda, müəyyən əraziyə sahib olurlar.
Populyasiyanın statusu
redaktəEynəkli ayıların sayı elə də çox deyildir. Onlar Beynəlxalq Təbiəti mühafizə birliyinin Qırmızı kitabına daxil edilmişdir.
Təsnifat
redaktəEynəkli aylkar Tremarctos cinsinə daxil olan yeganə müasir növdür. Şimali Amerikada bu cinsə daxil olan Florida mağara ayısının (Tremarctos floridanus) qalıqları aşkar edilmişdir.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0