Adeleyd Yarimadasi - Wikipedia
Adeleyd_yarımadası - Haqqında Məlumat
Adeleyd yarımadası (ing. Adelaide Peninsula) - Kanadanın şimal-qərbində yerləşən iri yarımada. Bəzən onu Аdelaidа adlandırırlar. Yarımada Nunavut vilayətinin materik hissəsində yerləşir. Ondan qərbdə Kuin-Mod körfəzi yerləşir. Yarımadanı Kinq-Vilyam adasından Simpson boğazı (eni 3,5 km) ayırır. Şərq sahillərini isə Çanti körfəzi yuyur[1]. Cənub hisəsində Şerman körfəzi yerləşir (Sherman Basin[2]). Onun böyük hissəsi su ilə əhatələnmişdir. Dar bərzəx vastəsi ilə materikə birləşir. Yarımada ərazisində çoxlu sayda kiçik adsız göllər vardır.
Adeleyd | |
---|---|
Yerləşməsi | |
68°06′ şm. e. 97°48′ q. u.HGYO | |
Ölkə | Kanada |
|
1848-ci ildə yarımada ərazisində Con Franklin təşkil etdiyi Britaniya arktik ekspedisiyasının sonuncu nümayəndələri həlak olmuşdur.