Adeleinler - Wikipedia
Adeleinlər (lat. Adeleina) — Sporlular və ya Apikompleksa lat. Apicomplexa tipinə aid olan yarımdəstəsidir. 3 fəsiləsi, 8 cinsi məlumdur. Onlardan Azərbaycanda Haemogregarinidae fəsiləsinin Haemogregarina, Hepatozoon, Karyolysus cinslərinin nümayəndələri tapılmışdır.
Adeleinlər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarakterik əlamətləri
redaktəBalıqların və sürünənlərin qan parazitləridir. Adeleid koksidiləri üçün belə bir xüsusiyyət xarakterikdir ki, makro və mikroqamontların inkişafı bilavasitə bir-biri ilə əlaqədə baş verir. Mikroqametosit 1–4 mikroqamet formalaşdırır. Qametlərin kopulyasiyası siziqiyanın ümumi qabığı altında baş verir. Əmələ gələn ziqota böyüyür, qabıqla örtülür və oosistaya çevrilir. Sporoqoniya prosesi oosistanın içərisində ya sporozoitlərlə sporosistaların, ya da sporosistalara daxil olmayan sərbəst sporozoitlərin əmələ gəlməsinə gətirib çıxarır. Bu koksidilərin transmissiyası onurğasız daşıyıcının udulması nəticəsində baş verir. Sporozoitlər daxili orqanların hüceyrələrində məskunlaşırlar, ancaq son nəticədə onlar qan hüceyrələrinə keçir və sahibin periferik qan dövranına düşürlər. Əksər hallarda periferik qan eritrositlərində aşkar edilən mərhələlər qamont olur.[1]
Yayılması
redaktəAzərbaycanda balıqların və sürünənlərin qanında məhz bu mərhələlər tapılmışdır. Parazitlərin növ tərkibi müəyyən edilməmiş, daşıyıcıları tapılmamışdır. Haemogregarina, Hepatozoon cinslərindən olan parazitlər Kür xramulasında, adi koramalda, tısbağada, gürzədə, Qafqaz aqamasında; Karyolysus udavcıqda, sarı koramalda aşkar edilmişdir[2].
Ədəbiyyat
redaktə- Azərbaycanın heyvanlar aləmi. I cild, Elm nəşriyyatı, 2002, 266 səh.