Adel Huqo - Wikipedia
Adel Hüqo (24 avqust 1830[1][2][…], Paris[4] – 21 aprel 1915[2][3], Süren[4]) — fransız yazıçısı Viktor Hüqonun 5 övladından ən kiçiyi. Gənc qadın olarkən şizofreniyaya düçar olur, Britaniya ordusunda xidmət edən zabitin onun sevgisini rədd etməsi onda bu zabitə qarşı romantik asılılıq yaradır. "Sevgi fobiası" adlandırılan Adel sindromu onun adı ilə bağlıdır. 1975-ci ildə fransız rejissor François Truffaut tərəfindən çəkilən "Adel H.-nin hekayəsi" adlı film Adel Hüqonun gündəliklərində yazdıqlarına əsaslanır.
Adel Hüqo | |
---|---|
fr. Adèle Hugo | |
Doğum tarixi | 24 avqust 1830[1][2][…] |
Doğum yeri | Paris |
Vəfat tarixi | 21 aprel 1915[2][3] (84 yaşında) |
Vəfat yeri | Süren |
Vətəndaşlığı | Fransız |
Atası | Viktor Hüqo |
Anası | Adel Fuşe |
Fəaliyyəti | gündəlik yazıçısı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı
redaktəAdel Fuşe və Viktor Hüqonun son övladı olan Adel Hüqo maddi vəziyyəti yaxşı olan bir ailədə və mədəni mühitdə böyüyür. Piano çalmağı çox sevən Adel gözəlliyi və uzun qara saçları ilə məşhur idi. Bir sıra məşhur Parisli rəssamlar onun portretini çəkmişdi. Viktor Hüqonun siyasi səbəblərə görə sürgün edilməsindən sonra ailə 1851-ci ildə Cörsi adasına köçdü və 1870-ci ilə qədər orada qaldı. Adel sevgi asılılığının səbəbi olan Albert Pinsonla da məhz burada tanış oldu.
Xəstəliyi və Pinsonu təqib etməsi
redaktə1856-cı ildə Adelin ruhi xəstəliyinin əlamətləri açıq-aydın sezilməyə başladı. O, Britaniya ordusunda xidmət edən Albert Pinson adlı zabitlə sevgi münasibətində idi. 1855-ci ildə o, Adelə evlənmə təklif etdi, lakin Adel onun təklifinə rədd cavabı verdi.[5] Sonradan fikrini dəyişən Adel Pinsonla barışmaq istədi, amma bu dəfə də Pinson onu rədd etdi. Hərbi karyerasına davam edən Pinson 1856-cı ildə İngiltərinin şərqinə, Bedfordşirə göndərildi. O, burada Adeli nadir hallarda görürdü. Pinson 1858-ci ildə leytenant rütbəsi alaraq İrlandiyaya getdi və 1861-ci ilə qədər burada vəzifədə qaldı.[6]
Pinsonun onu rədd etməsinə baxmayaraq, Adel onu təqib etməyə davam etdi. Pinson bir çoxları tərəfindən qadın düşkünü kimi tanınırdı.[5] O, 1863-cü ildə Halifaksda xidmət göstərəndə Adel də onun arxasınca getdi. Onun haqda narahat olan ailəsi məktublar vasitəsilə onun harada olduğundan xəbərdar olmağa çalışırdı:
Adelin vəkilləri cənab Motton və cənab Lenor, qonşuları, yerli şerif və yazmaq üçün lazım olan ləvazimatları aldığı kitab evinin sahibi Adel ilə əlaqə quran və ya onu şəxsən tanıyan insanların verdiyi məlumatlara əsasən müasir hesabatlar çıxardı. Onları bu məlumatlarla Adelin birlikdə yaşadığı Saunders və Motton ailəsi təmin etdi. Bu üç illik periodda biz onun həyatının hər bir anını bilirdik. Xanım Saundersin xüsusilə François Viktorla olan səmimi danışığı Hüqo ailəsinin Adelin sağlığı, fəaliyyəti və ziyarətçiləri haqda məlumatlı olmasına imkan yaradırdı. Onların yazışmaları təkcə Adelin Saunderslərin evində qonaq olduğu vaxtı yox, eyni zamanda, onun 1866-cı ilin dekabrında Halifaksdan gedib şəhərdən iki mil uzaqlıqda Motton ailəsinin yanında məskunlaşmasına qədər olan vaxtı da əhatə edirdi.[7]
|
Pinson 1866-cı ildə Barbadosda vəzifəyə təyin olundu. 1869-cu ildə Barbadosdan çıxıb gedəndə o, Adeli tamamilə tərk etdi. Adel 1872-ci ilə qədər Fransaya qayıtmadı, bu müddət ərzində ailəsi onun nə etdiyindən xəbər tuta bilmədi.
Nyu York Tribun qəzetinin redaktoruna gələn məktubda Adelin Barbadosdakı sirli həyatı haqda bəzi məlumatlar üzə çıxdı. Məktubda imza kimi sadəcə "P" hərfi göstərilirdi və həmin məktub 1885-ci il 27 mayda dərc olundu.[6] Trinidaddakı katolik missioner qrupunun başçısı da 1885-ci il 8 sentyabr tarixli məktubunda Adelin acınacaqlı vəziyyəti haqqında demək olar eyni şeyləri yazır. O, Viktor Hüqonun ölüm xəbərindən sonra onun üçün dini ayinin yerinə yetirilməsini xahiş edən Selin Alvarez Baa adlı, Afrika əsilli Barbadoslu bir qadınla olan görüşünü nəql edir. O, madam Baanın Viktor Hüqoya olan marağının səbəbini öyrənmək istədiyindən ona bəzi suallar verir və öyrənir ki, o, Barbadosda tərk edilən, "Madam Pinson" kimi tanınan Adelə sığınacaq verib. Madam Baa küçələr boyunca gəzib dolanan, öz-özünə danışan, ətrafdakı insanlardan uzaq düşən Adeli Parisə, ailəsinin yanına aparmağı boynuna götürür. Daha sonra ona tibbi kömək göstərilir. Ona minnətdar olan Viktor Hüqo onun çəkdiyi bütün xərcləri geri qaytarır.[5][8]
Erotomaniya
redaktəAdelin asılılığı erotomaniyanın təzahürü idi. Hallusinasiyalar daxil olmaqla, ruhi xəstəliyin digər əlamətləri də Adelin şizofreniyadan əziyyət çəkdiyini göstərirdi. Bu xəstəlik Hüqo ailəsinin digər üzvlərində özünü göstərmişdi; Viktor Hüqonun qardaşı Eugen də şizofrenik idi.[9] Adel sonda Parisdən kənarda varlılar üçün olan ruhi xəstəxanaya göndərildi, orada da vəfat etdi. Viktor Hüqonun beş övladından yalnız Adel ondan daha çox yaşadı.
Adelin həyatı və Pinsonu izləməsi ilə bağlı məlumatların böyük əksəriyəti onun gündəliklərindən və məktublarından əldə olunub. Cörsi və Quernseydə olarkən gündəlik tuturdu və onu "Sürgün gündəliyi" adlandırmışdı.[9] Barbadosda qaldığı zaman isə psixi vəziyyətinin pisləşməsi səbəbilə gündəlik tutmağı sonlandırdı.
Adelin hekayəsi
redaktə1975-ci ildə François Truffault Adelin Pinsona olan asılılığı haqqında bioqrafik film çəkdi. "Adel H.-nin hekayəsi" adlı filmin baş rolunda İzabel Adcani çəkildi.[10] Bir sıra bioqraflar onun haqqında yazılar çap etdi, Lesli Smit Dou "Adel Hüqo: Səfil" adlı kitabında Adelin həyatından və onun Pinsona olan asılılığından bəhs etdi.[11]
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Adèle Hugo // Babelio (fr.). 2007.
- ↑ 1 2 Adèle Hugo // GeneaStar.
- ↑ 1 2 Catalog of the German National Library (alm.).
- ↑ 1 2 3 Cudjoe, Selwyn Reginald (2003). Beyond Boundaries: The Intellectual Tradition of Trinidad and Tobago in the Nineteenth Century. University of Massachusetts Press. səh. 312–14. ISBN 9781558493919.
- ↑ 1 2 Carl Sandburg Collections (University of Illinois at Urbana-Champaign Library) (1977). Horizon: 38, 40.
- ↑ Eldrige, Alana (2003). "Adèle Hugo: A Bibliographical Note". Nineteenth-Century French Studies. 32: 138–143. doi:10.1353/ncf.2003.0045. Arxivləşdirilib 2018-06-03 at the Wayback Machine
- ↑ "Arxivlənmiş surət". 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.
- ↑ 1 2 Frey, John Andrew (1999). A Victor Hugo Encyclopedia. Greenwood Publishing Group. pp. 129–30. ISBN 9780313298967.
- ↑ https://en.wikipedia.org/wiki/?axtar=The_Story_of_Adele_H Arxivləşdirilib 2021-02-23 at the Wayback Machine.
- ↑ "Leslie Smith Dow, Adèle Hugo: La Misérable. Goose Lane Editions, 1993". 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.