Adalbert Stifter - Wikipedia
Adalbert Ştifter (23 oktyabr 1805[1][2][…], Qorni-Plana[d][4][5][…] – 28 yanvar 1868[1][2][…], Lins, Sisleytaniya[6][4]) — avstriyalı yazıçı, şair, rəssam və pedaqoq idi. O, yazılarında təsvir olunan canlı təbiət mənzərələri ilə tanınırdı.
Adalbert Ştifter | |
---|---|
alm. Adalbert Stifter | |
Doğum tarixi | 23 oktyabr 1805[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1868[1][2][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanitirmə[d] |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, rəssam, şair, müəllim |
Fəaliyyət illəri | 1830–1868 |
Əsərlərinin dili | alman dili |
İstiqamət | Bidermayer |
Adalbert Ştifter Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞifter Bohemiyanın Oberplan şəhərində (müasir Çexiyanın Qorni-Plana şəhərində) anadan olub. O, varlı kətan toxucusu İohann Stifter və həyat yoldaşı Maqdalenanın böyük oğlu idi. İohann 1817-ci ildə aşmış vaqon altında qalaraq əzilib ölmüşdü. Stifter Kremsmünsterdəki Benediktin Gimnaziyasında təhsil alıb və 1826-cı ildə hüquq öyrənmək üçün Vyana Universitetinə getdi. 1828-ci ildə o, Fenni Qraypl-a aşiq oldu, lakin beş il davam edən münasibətdən sonra valideynləri onun sonrakı yazışmalarını qadağan etdi və onun bu itkisi heç vaxt sağalmadı. Şifter 1835-ci ildə Amaliya Muhaupt ilə nişanlanıb, 1837-ci ildə evlənsə də, onlar xoşbəxt ola bilmədilər. Hamilə qala bilməyən həyat yoldaşı və Şifter müxtəlif vaxtlarda Amaliyanın üç qardaşı qızını övladlığa götürməyə çalışıblar. Onlardan biri, Kuliana bir neçə dəfə qaçdı və nəhayət yoxa çıxdı, ancaq dörd həftə sonra Dunayda boğularaq tapıldı.
Ştifter 1848-ci il inqilablarını alqışlayan və adının Frankfurt parlamentində namizəd kimi irəli sürülməsinə icazə verən güclü liberal əqidəyə malik idi. O, dövlət məmuru olmaq əvəzinə, Vyana aristokratlarının tyutoru oldu və ona görə də yüksək qiymətləndirildi. Onun tələbələri arasında şahzadə Mariya Anna fon Şvartsenberq və Klemens Venzel fon Metternixin oğlu Riçard Metternix də var idi. O, rəsm satışından da bir qədər pul qazandı və 1840-cı ildə "Der Condor" adlı ilk hekayəsini nəşr etdi. Dərhal uğur qazanan Ştifter sabit bir yazıçılıq karyerasına başladı.
Stifter 1848-ci ildə Linsdə oldu və bir il sonra daimi olaraq oraya köçərək burada redaktor olaraq işləməyə başladı.
Onun fiziki və mental sağlamlığı 1863-cü ildə pisləşməyə başladı və 1867-ci ildə Ştifter qaraciyər sirrozuna tutuldu. Dərin depressiyada olan Ştifter 1868-ci il yanvarın 25-nə keçən gecə boynunu ülgüc ilə kəsmiş[7] və üç gün sonra ölmüşdür.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Adalbert Stifter (nid.).
- ↑ RKDartists (nid.).
- ↑ 1 2 3 4 Krackowizer F., Berger F. Stifter, Adalbert // Biographisches Lexikon des Landes Österreich ob der Enns (alm.): Gelehrte, Schriftsteller und Künstler Oberösterreichs seit 1800. Pas, Linz: Verein und Institut für Ostbairische Heimatforschung, 1931. S. 325–328. 411 s.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Штифтер Адальберт // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ "Suicides are Spiteful". Der Spiegel. 5 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 May 2009.