Abuzer Bagirov - Wikipedia
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Abuzər Bağırov | |
---|---|
Abuzər Musa oğlu Bağırov | |
Doğum tarixi | |
Doğum yeri | Rüstəm Əliyev, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | tərcüməçi |
Həyatı
redaktəAbuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən). Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlamışdır. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir.
Əsərləri
redaktə- Moskvalı azərbaycanlılar. Bakı: Yazıçı, 1989.
Tərcümələri
redaktə(rus dilindən):
- T.AIeksandrova, V.Berestov. Katya oyuncaqlar şəhərində. Bakı: Gənclik, 1987.
- İ.Fesenko. Peyğəmbər iz qoyur. Bakı: Azərnəşr, 1987.