Abutalib Qasimov - Wikipedia
Qasımov Abutalıb Ağa oğlu (25 may 1956, Culfa rayonu – 11 dekabr 2018) — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994–1995), Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini (1995–2000)
Abutalıb Qasımov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 may 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 2018 (62 yaşında) |
Partiya |
Həyatı
redaktəAbutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində anadan olub.
1963–1973-cü illərdə orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirib.
1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedoqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdur. 1975-ci ilin avqust ayından 1979-cu ilin dekabr ayınadək Naxçıvan Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir.
1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsilini başa vurmuş, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
Abutalıb Qasımov 11 dekabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir.
Fəaliyyəti
redaktə1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonunun C. Cabbarlı adına kolxozunda fəhlə işləyib.
1979-cu ilin avqust ayından 1984-cü ilin avqust ayınadək Culfa rayonunun Saltaq kənd orta məktəbinin tarix müəllimi, 1984-cü ilin sentyabr ayından 1990-cı ilin iyul ayınadək həmin məktəbin direktoru işləmişdir.
1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Unversitetində elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir.
Siyasi fəaliyyət
redaktə1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi olaraq çalışmışdır.
1994-cü ilin oktyabr ayından 1995-ci ilin dekabr ayınadək Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri, 1995-ci ilin dekabr ayının 23-dən səlahiyyət müddəti qurtarana qədər — 2000-ci il dekabr ayının 7-dək Naxçıvan Muxtar Respublikasın Ali Məclisi Sədrinin birinci müavini vəzifəsində işləmişdir. 1995–2005-ci illərdə Naxçıvan MR Ali Məclisinin II çağırışının deputatı olmuşdur.
Ailəsi
redaktəA. Qasımov ailəli olmuşdur.2 oğlu, 2 qızı, 9 nəvəsi vardır.
Abutalıb Qasımov Kəngərli tayfasındandır. Ata-babaları XX əsrin 30-cu illərində repressiya dövrünün təzyiqləri nəticəsində Kəngərli soyadından zorla uzaqlaşdırılmış, babası Qasım xanın adı ilə Qasımovlar soyadını qəbul etmişlər.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2005-ci ildə buraxılan "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşrində, ikinci cilddə səhifə 87-də Abutalıb Qasımov da daxil olmaqla, Kəngərlilərin Vəkil-Sultan qolunun 500 illik cədvəli verilmişdir.