Abutalib Celilov - Wikipedia
Abutalıb Cəlilov (17 iyul 1950, Bakı) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın müdiri, dosent,[1][2] Əməkdar müəllim (2019).[3]
Abutalıb Cəlilov | |
---|---|
Abutalıb Hümbət oğlu Cəlilov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elmi dərəcəsi | tarix üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsi |
Mükafatları |
|
Həyatı
redaktə17 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Təhsili
redaktə1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1981-ci ildə Moskva Dövlət Tarix-Arxiv institutunda "1920–1932-ci illərdə Azərbaycan neft sənayesinin idarəçiliyinin təşkili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktə1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Tarix fakültəsində baş laborant, müəllim, baş müəllim işləmiş və hal-hazırda dosent vəzifəsində çalışır. 1979-cu ildən Tarix fakültəsinin "Slavyan ölkələri tarixi" kafedrasında çalışır. "Slavyan ölkələri tarixi" fənnini tədris edir. Tədris etdiyi fənn slavyan xalqlarının qədim, orta əsrlər və yeni dövrünü əhatə edir. 30-dan artıq məqalənin müəllifidir.
Tədris etdiyi fənlər
redaktə- Slavyan ölkələri tarixi qədim və yeni dövrləri əhatə edir.
- Magistraturada tədris etdiyi fənlər Slavyan ölkələrində mərkəzləşdirilmiş dövlətlərin yaranması.
Tədqiqat sahəsi
redaktəTədqiqat sahəsi Azərbaycan tarixinin XIX əsrin sonu – XX əsrin əvvəllərini əhatə edən dövrüdür. Tədqiqat mövzusu Bakı sənaye rayonunun Cənubi Qafqazın iqtisadi inkişafına təsiri məsələsinə həsr olunub. Bundan əlavə slavyan ölkələri tarixinin müxtəlif məsələlərinə həsr olunmuş ayrı-ayrı problemləri tədqiqat obyektidir.
Seçilmiş əsərləri
redaktə- Son beş ildə "Qusçular müharibələri və onların Çexiya tarixində yeri",
- "XVII əsrin ortaları və ikinci yarısında Rus-Polşa münasibətləri tarixindən",
- "Bakı sənaye rayonunun XIX əsrin sonu — XX əsrin əvvəllərində Cənubi Qafqazın nəqliyyat kommunikasiyalarının inkişafına təsiri haqqında" adlı məqalələri çapdan çıxıb. 2004-cü ildə çapdan çıxmış
- "Slavyan ölkələri tarixi" ümumi kursunun proqramının, 2008-ci ildə çapdan çıxmış
- "Slavyan ölkələri tarixi" mağistr kursunun proqramının müəlliflərindən biridir.
- Об уровне развития промышленности Южного Кавказа в начале ХХ века (Сравнительный анализ на основе материалов фабричной инспекции) Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) № 3, 2015
- XIX əsrin sonu-ХХ əsrin əvvələrində Bakı sənayə rayonunun Yelizavetpol guberniyasının iqtisadiyatında təsirinin bəzi məsələləri. Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal Heneral Səməd bəy Mehmandarovunun 160 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının № 4 2015
- Табачная промышленность Южного Кавказа и Азербайджан (конец XIX- нач. XX века) Tarix və Onun problemləri N 3, 2016 səh 109–113
- İrəvan Quberniyasının iqtisadiyyatının bəzi məsələləri. Tarix və Onun problemləri N4, 2016. s.51–55
- "Slavyan Ölkələri Tarixi" fənni üzrə bakalavr pilləsi üçün proqram Bakı. 2017 həmmüəllif
- "Нефтеная промышленность-как источник увеличения численности рабочих в Северном Азербайджане в конце Х1Х-начале ХХ века",Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) 2017, № 2 sayında
- "Поляки в нефтяной промышленности Азербайджана" Tarix və onun problemləri (nəzəri, elmi, metodik jurnal) № 4 sayında 2017
- "Женский труд в промышленности Северного Азербайджана в конце Х1Х-начале ХХ века" adlı məqaləsi 25 noyabr 2017-ci ildə Azərbaycan Universitetində "Gender problemi və müasir Azərbaycan" mövzusuna həsr olunmuş elmi-praktik konfransın materialları toplusunda
- Сборник тестов. Всемирная история. 9-й класс. Баку, 2017, (27,5 ç.v.); test toplusunun həmmüəllifidir.
- Программа "История славянских стран" для степени бакалавра, Баку, 2017, AMEA-nın mətbəsində, 4,25 ç.v.
- A.Cəlilovun S.Mustafayevanın "Cənubi Qafqazda ərazi və sərhəd dəyişiklikləri (1917–1922-ci illər)". Bakı: "Avropa" nəşriyyatı 2017, 19,5 ç.v. monoqrafiya redaktor
- Нефтяная Политика Правительства Азербаджанской Демократической Республики. Tarix və Onun Problemləri N2. 2018. s. 39–44
- Бакинская Нефть в Промышленности Южного Азербайджана в конце XIX- начале XX вв. Tarix və Onun Problemləri, N2, 2019.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Abutalıb Cəlilov". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- ↑ "SLAVYAN ÖLKƏLƏRİ". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-04.
- ↑ "Prezident BDU-nun əməkdaşlarını təltif etdi". 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-26.