Abrazion Duzenlik - Wikipedia
Abrazion_düzənlik - Haqqında Məlumat
Abrazion düzənlik — dalğaların və ləpədöyənin abrazion fəaliyyəti nəticəsində əmələ gəlmiş düzənlik. Sahillərin qalxması, çöküntü çatışmazlığı şəraitində və abraziya zamanı çoxlu miqdarda çöküntü əmələ gətirməyən ana suxurların əlverişli litoloji tərkibə (əhəngdaşı, mergel və s.) malik olduğu halda formalaşır. Eni, adətən, bir neçə kilometr, uzunluğu onlarla kilometr olur. Səthi xırda heykələbənzər relyef formaları ilə mürəkkəbləşir. Abrazion düzənliklər Şimal Buzlu okeanı sahillərində daha geniş inkişaf etmişdir.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı,2009, səh.51