Abdullah Ibn Salam - Wikipedia
Abdullah ibn Salam (550-ci illər və ya 550, Mədinə[1] – 643[1] və ya 663, Mədinə) — Məhəmməd peyğəmbərin səhabələrindən biri olmuşdur[2]. O, Mədinədə doğulmuşdur[2]. İslamı qəbul etməzdən əvvəl o, Yəhudi kahini olmuşdur. O dövrdə onun adı Hüseyn ibn Salam olmuşdur[2]. O, sonuncu peyğəmbərin gələcəyinə inanmışdır[2]. Məhəmməd peyğəmbər haqqında insanlardan eşitsə də, onunla tanış olmamışdır[2]. Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra, Hüseyn onun yanına gəlmiş və onun simasında əski yəhudi mənbələrində gəlişi gözlənilən sonuncu Tanrı elçisini tanımışdır[2]. Bundan sonra o, İslamı qəbul etmiş və Məhəmməd peyğəmbər də onu Abdullah ibn Salam adlandırmışdır[2].
Abdullah ibn Salam | |
---|---|
ərəb. صحابي رسول الله عبد الله بن سلام | |
Doğum tarixi | 550-ci illər və ya 550 |
Doğum yeri | |
Vəfat tarixi | 643[1] və ya 663 |
Vəfat yeri | |
Fəaliyyəti | keşiş, ilahiyyatçı, müfəssir, Səhabə |
Abdullah ibn Salam yazıb-oxumağı bacarmış, həyatı boyu dini elmlərlə məşğul olmuşdur. Ondan bir neçə hədis də rəvayət edilmişdir. Xəlifə Əbu Bəkrin xəlifəliyi dövründə, İslamdan çıxan ərəb qəbilələrinə qarşı aparılan savaşlarda (riddət II) iştirak etmişdir[2].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Али-заде А. Абдуллах ибн Салам (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ 1 2 3 4 5 6 7 8 Aydın Əlizadə, Elsevər Səmədov. İslam: Tarix, Fəlsəfə və Hüquq. Ensiklopedik Lüğət. Bakı: "3 saylı Bakı Mətbəəsi" ASC, 2016, səh. 9. (az.)