Ar 1a - Wikipedia
Çinin son dönəmdə bazara təqdim etdiyi RYAS-lar arasında daha çox diqqət cəlb edəni AR-1A sistemidir. A-100 RYAS–nin təkmilləşdirilmiş modeli olan AR-1A-nın seriyalı istehsalına 2009-cu ildə başlanılıb və həmin il ilk nümunələri Çin Xalq Azadlıq Ordusunun silahlanmasında qəbul edilib. Ermənistanın da adıçəkilən sistemdən açıqlanmayan sayda əldə etməsinə dair məlumatlar mövcuddur. Mütəxəssislər tərəfindən “Smerç”in “dəqiq əksi” adlandırılan AR-1A sisteminin istifadə etdiyi raketlərin işlənib hazırlanmasında Rusiyanın “Splav” Dövlət Elmi Tədqiqatlar İnstitutunun əməyi var. Sələfi A-100-lərdə olduğu kimi AR-1A kompleksi 10 buraxıcıdan ibarətdir. İstehsalçının məlumatına görə, sistemin yürüş halından döyüş halına gətirilməsi 5 dəqiqəyə mümkündür. Sistemin yaylım atəş vaxtı 60 saniyə təşkil edir. AR-1A sistemi üçün hazırlanmış kaset tipli BRE2 raketlərinin uçuş mənzili 60–130 km (döyüş başlığı –fuqas tipli, məhvedici elementlərlə) təşkil edir. Bu raketlərin döyüş başlığının çəkisi 190 kq, effektiv məhvetmə radiusu 100 metrdir. Kaset tipli BRE3 raketlərinin isə uçuş məsafəsi 20–70 km-dir. Bu raketin döyüş başlığında 623 kumulyativ –qəlpəli məhvedici elementlər var. Kumulyativ-qəlpəli məhvedici elementlər (KQME) 80–160 metr məsafəyə səpələnə, 50 mm qalınlığında zirehi deşə bilir. AR-1A üçün xüsusi hazırlanmış kaset tipli BRE4 raketlərinin isə uçuş məsafəsi 60–130 km təşkil edir. BRE4-ün döyüş başlığında 480 KQME var ki, bu da, 80–160 m məsafəyə səpələnir.
Xüsusiyyətləri
redaktəİstehsalçı ölkə: ÇXR
Tip: Reaktiv Yaylım Atəş Sistemi
İstehsal tarixi: 2009 – davam edir
Xidmətə giriş ili: 2009 – günümüzə
Lülə diametri: 300 mm
Lülə sayı: 10 ədəd
Doldurulma: 20 dəqiqə
Qalxma bucağı: 0º... +55º
Yaylım atış müddəti: 60 saniyə
Minimal atəş məsafəsi: 20 km
Maksimal atəş məsafəsi: 130 km
Şassi: WS2400
Heyət üzvü: 4 nəfər
Ağırlığı: 42.5 ton
Yükqaldırma qabilliyəti: 22 ton
Uzunluğu: 11.44 m
Eni: 3.05 m
Hündürlüyü: 2.97 m
Təkər formulası: 8x8
Mühərrik: Deutz turbo dizel
Güc: 517 at gücü
Maksimal sürət: 75 km/saat
Döyüş radiusu: 650 km