Afr Milli Futbol Komandasi - Wikipedia
Almaniya milli futbol komandası (alm. Die deutsche Fußballnationalmannschaft) — 1908-ci ildən bəri Almaniyanı beynəlxalq turnirlərdə təmsil edən kişi futbol komandası. 1900-ci ildə qurulan Almaniya Futbol Federasiyası tərəfindən idarə olunmaqdadır. Dörd dəfə dünya çempionu (1954, 1974, 1990, 2014) və üç dəfə Avropa çempionu (1972, 1980, 1996) olan komanda FİFA Dünya Reytinqinə görə 1-ci yerdədir (12 aprel 2018)[1].
Ləqəbi | Nationalelf (Milli on bir), Mannschaft (Komanda), Adler (Qartal) | ||
---|---|---|---|
Assosiasiya | Almaniya Futbol Birliyi | ||
Konfederasiya | UEFA | ||
Baş məşqçi | Hansi Flik | ||
Kapitan | Manuel Noyer | ||
Ən çox oyun keçirən | Lotar Matteus (150) | ||
Ən çox qol vuran | Miroslav Kloze (71) | ||
Stadion | Allianz Arena | ||
FİFA kodu | GER | ||
FİFA reytinqi | 1 (7 iyun 2018) | ||
Ən yüksək FİFA reytinqi | 1 (sentyabr 2017-iyun 2018) | ||
Ən aşağı FİFA reytinqi | 22 (mart 2006) | ||
| |||
İlk beynəlxalq oyunu | |||
İsveçrə 5 — 3 Almaniya (Bazel, İsveçrə, 5 aprel 1908) | |||
Ən böyükhesablı qələbəsi | |||
Almaniya 16 — 0 Rusiya İmperiyası (Stokholm, İsveç, 1 iyul 1912) | |||
Ən böyükhesablı məğlubiyyəti | |||
İngiltərə 9 — 0 Almaniya (Oksford, İngiltərə, 13 mart 1909) | |||
Ən yaxşı nəticə | Dünya çempionu (1954, 1974, 1990, 2014) | ||
Ən yaxşı nəticə | Avropa Çempionu (1972, 1980, 1996) |
Tarixi
redaktəII Dünya Müharibəsi əsnasında, çox oyunçusu silahlı qüvvələrə qatılmaq məcburiyyətində qalan Almaniya Milli Futbol Komandasının matçları təxirə alındı. 1939-cu ilin sentyabrından və 1942-ci ilin noyabrınadək 30 beynəlxalq matç oynamışdır. Milli komanda oyunçuları çoxu ən təhlükəli döyüş xidmətindən ötəri futbolçu qorumağa çalışan hava qüvvələri səlahiyyətlisinin səyləriylə Rote Jäger olaraq texniki direktor Herberger'in altında toplandılar.
1954-ci ildə İsveçrədə təşkil edilən Dünya Çempionatı finalında Macarıstanı 3-2 məğlub edərək tarixində ilk dəfə Dünyanın Ən Böyüyü olan Almaniya, 1972 Avropa Çempionatı və 1974 Dünya çempionatında da xoşbəxt sona çatan komanda oldu. 1980 Avropa Çempionatını da muzeyinə aparan Panzerler, 1990-ci ildə İtaliyada Dünya Kubokunda Argentinanı məğlub edərək 3-cü dəfə Dünya Çempionu oldular. 1996-ci ildə İngiltərədə təşkil edilən Avropa Çempionatında yarım finalda İngiltərəni, finalda qızıl qolla Çex Respublikasını məğlub edən almanlar son kubokunu orada aldı. 2002 FIFA Dünya Çempionatında finala qədər yüksələn Panzerler finalda Braziliyaya məğlub olmaqdan xilas ola bilmədi. Evsahibliyini etdiyi 2006 FİFA Dünya Çempionatında yarım finala qədər çıxan almanlar, yarım finalda İtaliyaya 2-0 məğlub olaraq mübarizəni dayandırdı. Portuqaliyanı 3-1 hesablı ilə məğlub edərək Dünya Üçüncüsü oldu.
Cənubi Afrikada təşkil edilən 2010 FIFA Dünya Çempionatında yenə yarım finala qədər fırtınalı bir şəkildə çıxan komanda yarım finalda İspaniyaya 1-0 məğlub olmuş və üçüncülük matçında Uruqvayı 3-2 hesabı ilə məğlub edərək üçüncü olmuşdur
Braziliyada təşkil edilən 2014 FIFA Dünya Çempionatının final matçında Argentinanı əlavə vaxtda 1-0 məğlub edərək 4-cü dəfə Dünya Çempionu oldu. Almaniya, eyni zamanda, Amerika qitələrində Dünya Çempionatını qazanan ilk Avropa ölkəsi oldu. Yarım finalda ev sahibi Braziliyaya qarşı keçirdikləri 7-1-lik hesab kubokun unudulmaz matçlarından biri olmuşdur.
Stadion
redaktəAlmaniyanın milli bir stadionu yoxdur. Milli komanda matçları ölkədəki müxtəlif stadionlarda oynanır.
Milli komanda oyunların əksəriyyətini Berlin Olimpiya Stadionunda keçirir. Stadionun tutumu 74.500 nəfərdir.
Oyunların yayımı
redaktəAlmaniyanın seçmə və hazırlıq oyunlarını ARD və ZDF televiziyaları yayımlayır.
Ən çox qol vuranlar
redaktəSıra | Oyunçu | İllər | Qol | Oyun | % |
---|---|---|---|---|---|
1 | Miroslav Kloze | 2001–2014 | 72 | 137 | 0.53 |
2 | Gerd Müller | 1966–1974 | 68 | 62 | 1.1 |
3 | Lukas Podolski | 2004–2024 | 48 | 126 | 0.38 |
4 | Rudi Völler | 1982–1994 | 47 | 90 | 0.52 |
Yurgen Klinsman | 1987–1998 | 47 | 108 | 0.44 | |
6 | Karl-Heinz Rummenigge | 1976–1986 | 45 | 95 | 0.47 |
7 | Uwe Seeler | 1954–1970 | 43 | 72 | 0.6 |
8 | Mixael Ballak | 1999–2010 | 42 | 98 | 0.43 |
9 | Oliver Bierhoff | 1996–2002 | 37 | 70 | 0.53 |
10 | Fritz Walter | 1940–1958 | 33 | 61 | 0.54 |
# | Tomas Müller | 2010-2024 | 31 | 67 | 0.46 |
# | Mario Qomez | 2007-2024 | 27 | 63 | 0.43 |
# | Andre Şürrle | 2010-2024 | 20 | 49 | 0.41 |
# | Məsut Özil | 2009-2024 | 18 | 70 | 0.26 |
Formalar
redaktə|
1934
| |
1938 [2]
|
1954
|
1970
|
1974
|
1978
|
Euro
1984 |
World Cup
1986 |
Euro 1988 and World Cup 1990
|
Euro
1992 |
World Cup
1994 |
Euro
1996 |
World Cup
1998 |
Euro
2000 |
World Cup
2002 |
Euro
2004 |
World Cup
2006 |
Euro
2008 |
World Cup
2010 |
Euro
2012 |
World Cup
2014 |
Deplasman
World Cup
1954 – 1958 |
World Cup
1966 – 1970 |
World Cup
1974 – 1978 |
Euro 1980 – World Cup 1982
|
Euro 1984 – World Cup 1986
|
Euro 1988 – World Cup 1990
|
Euro
1992 |
World Cup
1994 |
Euro
1996 |
World Cup
1998 |
Euro
2000 |
World Cup
2002 |
Euro
2004 |
ConFed Cup
2005 |
World Cup
2006 |
Euro
2008 |
World Cup
2010 |
Euro
2012 |
World Cup
2014 Uğurlarıredaktə
İstinadlarredaktə |
- ↑ "The FIFA/Coca-Cola World Ranking - Ranking Table". FIFA. 26 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 March 2018.
- ↑ "Arxivlənmiş surət". 2017-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-06-24.