Abba - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
ABBA —1970–1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvarteti. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir.
ABBA | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
pop-rok avropop disko avrodisko rəqs musiqisi qlem-rok |
Fəaliyyət illəri | 1972—1982 |
Ölkə | İsveç |
Şəhər | Stokholm |
Dil |
ingiliscə isveçcə almanca fransızca ispanca |
Leybl |
Polar Music (İsveç) Polydor Records (Almaniya) Atlantic Records (ABŞ, Kanada) Universal Music Group (ABŞ) Epic Records (Böyük Britaniya) Disques Vogue (Fransa) Discomate (Yaponiya) RCA Records (Avstraliya/Cənubi Amerika) və s. |
Heyət |
Byorn Ulveus Benni Andersson Aqneta Feltskoq Anni-Frid Linqstad |
www.abbasite.com | |
Vikianbarda əlaqəli mediafayllar |
İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb. 2008-ci ildə isə "The Albums" komplekti buraxılıb. Bu buraxılışa ABBA-nın 8 studiya albomu və 1 hədiyyə diski daxildir. ABBA 1972–1982-ci ilərdə fəaliiyət göstərmiş və ifaçılarının adlarının ilk hərflərinə görə adlandırılmış İsveç musiqi kvartetidi. ABBA dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biridir. Qrupun musiqi yazıları bütün dünya üzrə 350 milyon nüsxədən çox satılmışdı. Kvartetin sinqlları 1970–80-ci illərdə dünya çarxlarında ilk yerləri tuturdu. Onların albomları isə dünya xitparadlarına başçılıq edirdi. Onlar radioların pleylistlərində indiyə qədər qalmaqdadılar.
Onlar Avropada ingilisdilli ölkələr arasında ilk yerləri tutan ilk qrup oldu. Grupun təsisçiləri musiqiçilər Byorn Ulveus və Benni Anderson idi. Onlar ilk dəfə 1966-cı ildə bir qonaqlıqda görüşüb birlikdə mahni bəstələmək qərarına gəlirlər. Benni o vaxtlar məşhur İsveç qrupu Hep Starsın solisti Byorn isə Hootenanny Singers ansamblında ifaçı və gitaraçı idi. Malmödəki konsertde Benni müğənni Anni-Frid Linqstad ilə tanış olur. Anni 13 yaşınnan müxtəlif qruplarla birlikdə Yaponiyada, Venesuelada çıxış etmişdi. 1969-cu ildə Anni milli konkursda qalib olur və daha da məşhurlaşır. Həmin vaxt Byorn bir televiziya şousunda Aqneta Feltskoqun necə ifa etdiyini görüb onunla tanış olmaq qərarına gəlir. Benni və Byorn məşhur xitlərin rimeyklərini ifa edirdilər. Qrupun güclü tərəfi onların birlikdə canlı ifa etmələri idi. Onların pərəstişkarları, əsasən, cavan qızlar idi. Onları İsveçdə "İsveç Bitlzı" adlandırırdılar. Aqneta qrupun ən cavan iştirakçısı idi. Onun 17 yaşı olanda onu artıq İsveçdə № 1 adlandırırdılar. O həm də öz mahnılarının bəstəkarı idi. Sonucda o o vaxtların ən məşhur pop ifaçısı oldu.
İlk dəfə bütün dördlük Stokholmda bir televiziya proqramının çəkilişlərində iştirak etmək üçün bir araya gəldilər oxumaga isə onlar birlikdə 1970-ci ildən başladılar. Kvartetin debyutu ilə eyni vaxtda 1970-ci il 1 noyabr tarixində Byornla Benninin ilk albomuda işıq üzü görür. Albomun adı Lika idi və ordakı mahnıların çoxu isveç dilində idi. Aqnet və Frida orda bekvokalçı kimi iştirak edirdilər.
1973-cü ildə Eurovision'un komissiyası tərəfindən rədd edilmiş kvartetin Ring Ring mahnısı isveç, alman və ingilis dillərində yazıldı və həmin ölkələrin musiqi çarxlarında ilk yerləri tuttu. 1973-cü ilin martında kvartetin ilk Ring Ring adlı albomu işıq üzü gördü. 1974-cü ilin 6 aprelində ABBA qrupunun Vaterlo mahnısı İngiltərənin Brayton şəhərində keçirilən Evrovison müsabiqəsində ilk yeri tuttu. Britaniyanın musiqi çartlarında qrupun 8 albomu ilk yerləri tuturdu. Bunların arasında Greatest Hits albomunu xüsusi qeyd eləmək lazımdı. Bu albom 1975-ci ildə İsveçdə çıxdı. Okeanın o tərəfindədə qrup müəyyən uğurlar əldə etdi. Qrupun 3 albomu ABŞ'da "qızıl" adlandırılmışdı.
1976-cı ildə ABBA kral toyunnan əvvəl İsveç kralının qarşısında çıxış etdi və kütləyə yeni mahnısı olan "Dancing Queen"-i təqdim etdi. 1977-ci ildə onlar ilk Böyük Britaniya turnesinə çıxdılar və Albert-holl konsert zalında 11 min tamaşaçı qarşısında çıxış etdilər. Turnenin son mərhələsi Avstraliyada oldu və elə ordaca "ABBA" filmi üçün çoxlu material çəkildi. 15 dekabrda Avstraliyada filmin premyerası oldu.
1981–82-ci illərdən qrupun aktivliyi düşməyə başladı. 1982-ci ildə onların son sinqli olan "Under Attack" mahnisi çıxdı. Amma onların son hiti "Thank You For the Music" oldu. Abbanın yeni dirçəliş vaxtı 1992-ci ildə başladı. Polydor kompaniyası qrupun bütün xitlərini 2 diskdə yenidən buraxdı.
Massmedianın məlumatlarına görə 2000-ci ildə ABBA dəyəri 1 milyard dollar olan dünya turnesi kontraktınnan imtina etdilər.
ABBA heç vaxt öz fəaliyyətlərini dayandırdıqlarını rəsmən bəyan etməmişdilər. Amma qrup artıq uzun müddətdi ki dağılmış hesab edilir. Onların qrup halında son çıxışları 11 dekabr 1982-ci ildə Britaniya telekanalının efirində olub. 1983-cü ildə Aqneta öz solo albomunu yazmağa başlayarkən Frida artıq şəxsi albomu olan "Something Is Going On"-u buraxmışdı. Albom çox uğurlu alındı. Byorn bə Benni intervyularında qrupun dağılmaqını kəskin şəkildə rədd edirdilər. Frida və Aqnet bir neçə dəfə ABBA qrupunun yenə bir araya gələcəyini deyirdilər. Amma artıq qrup nümayəndələri arasında əvvəlki münasibətlər artıq yox idi. Həmin andan etibarən qrup daha kütlə qarşısında çıxış etmədi. Amma 2008-ci ildə "Mamma Mia" müziklinin premyerasında tamaşaçılar onları yenə tam heyətlə gördü.
Diskoqrafiya
redaktə- 1973 — Ring Ring
- 1974 — Waterloo
- 1975 — ABBA
- 1975 — Greatest Hits
- 1976 — Arrival
- 1977 — The Album
- 1979 — Greatest Hits Vol. 2
- 1979 — Voulez-vous
- 1980 — Gracias Por La Musica (ispan dilində)
- 1980 — Super Trouper
- 1981 — The Visitors (Bu dünyada satışa çıxarılan ilk Audio CD idi)
- 1982 — The Singles — The First Ten Years
- 1986 — Live (konsert albomu)
- 1992 — Gold Greatest Hits
- 1992 — Oro — Grandes Exitos (ispan dilində)
- 1993 — More ABBA Gold/More ABBA Hits
- 1993 — Mas Oro — Mas Exitos (ispan dilində)
- 1994 — Thank You For The Music
- 1999 — Singles Collection 1972–1982
- 1999 — Oro/Grandes Exitos (ispan dilində)
- 2001 — The Definitive Collection
- 2005 — ABBA The Complete Studio Recordings (9 studiya albomu + 2 video disk)
- 2008 — The Albums (8 studiya albomu + 1 hədiyyə diski)
- 2021 — Voyage
Musiqi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |