Asagi Goynuk - Wikipedia
Aşağı Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazi dairəsində kənd.[2]
Aşağı Göynük | |
---|---|
41°17′09″ şm. e. 47°00′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 413 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.791 nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ5511[1] |
Tarixi
redaktəAşağı Göynük Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Çəparx çayının hər iki sahilində, Alazan-Həftəran vadisindədir. Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Göynük (indiki Baş Göynük) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. "Aşağıda olan Göynük kəndi" deməkdir[3].
Kəndin tarixi 200 il bundan əvvəldən daha qədimdir. Məlumatlara gorə kəndin əsasını Baş Göynük kəndindən gələnlər qoymuşdur. Daha sonralar buraya başqa yerlərdən əhali gəlmiş və qaynayıb qarışmışdır. Kəndə ən son gələnlər isə 100 il bundan əvvəldən başlayaraq ləzgilər olmuşdur.
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 18 km şimal-qərbdə, Şəki-Zaqatala şose yolundan 2 km aralı, Alazan-Həftəran vadisindədir. İqlimi yayı rütubətli keçən mülayim-isti iqlimdir.
Kəndin içərisindən Çəparx çayı keçir.
Əhalisi
redaktəƏhalisi əsasən azərbaycanlı və ləzgilərdən ibarətdir. Kəndin əhalisi 2791 nəfər təşkil edir ki, onun da 1405 nəfəri kişi, 1386 nəfəri isə qadındır.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Şəki rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |