Asiq Yanvar Bedelov - Wikipedia
Aşıq Yanvar Bədəlov (Yanvar Piralı oğlu Bədəlov; 1942 - 2018) — Azərbaycan aşığı. "Əməkdar mədəniyyət işçisi" (2016).
Aşıq Yanvar Bədəlov | |
---|---|
Yanvar Piralı oğlu Bədəlov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tircan, İsmayıllı rayonu |
Vəfat tarixi | (76 yaşında) |
Fəaliyyəti | şair, aşıq |
Mükafatları |
Həyatı
redaktəAşıq Yanvar Bədəlov 1942-ci il fevralın 2-də İsmayıllı rayonunun Tircan kəndində doğulub. Bu, o Tircan kəndidir ki, böyük rus şairi Mixail Lermontov (1814-1841) Qafqaz səfərində bu kənddə qonaq olmuşdu. Bu kənd qədim tarixə malikdir.
Yanvar orta məktəbdə oxuyarkən qonşu Tağlabiyan kəndində yaşayan Aşıq Şamildən aşıq sənətinin sirlərinə yiyələnmişdir. Orta təhsili başa vurandan sonra Bakı Mədəni-Maarif Texnikumunu bitirmişdir.
1963-cü ildə respublika festivalının iştirakçısı olmuş və II dərəcəli diplomla təltif olunmuşdur.
1970-ci ildən Tircan kəndində açılmış mədəniyyət evinin müdiri təyin edilmişdir. Sonralar müxtəlif baxış və müsabiqələrdə iştirak edərək, bir sıra diplom və fəxri fərmanlara layiq görülmüşdür.
2004-cü ildə isə “Respublika aşıqları” müsabiqəsinin “Şirvan aşıq sənətkarları” nominasiyasının qızıl medalına layiq görülmüşdür.
Dörd oğul, bir qız atasıdır. Həm bir ağsaqqal, həm güclü ustad sənətkar kimi tanınan Aşıq Yanvarın 70 yaşı tamam olsa da, sənətkar zil səsi, incə saz ifaçılığı, çevik aşıq rəqsi bu gün də tamaşaçılar tərəfindən rəğbətlə dinlənilir, alqışlarla qarşılanır.
2016-ci il 19 sentyabr tarixində prezident İlham Əliyevin verdiyi sərəncamla Aşıq Yanvar Piralı oğluna Azərbaycan Respublikasının Əməkdar mədəniyyet işçisi adı verilmişdir.
2018-ci il dekabrın 27-də vəfat etmişdir.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine
- Həmid Hacıyev, "Yüz yaşayın, Aşıq!", 2012.