Asiq Musa - Wikipedia
Aşıq Musa (1795–1840[1]. 1830–1912) — XIX əsr Azərbaycan aşıqlarındandır.[2]
AŞIQ MUSA | |
---|---|
Mustafayev Musa Səfər oğlu | |
Doğum tarixi | 1830 |
Doğum yeri | |
Vəfat tarixi | 1912 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Janr | aşıq |
Aşıq Musa Vikimənbədə |
Həyatı
redaktəAşıq Musa Səfər oğlu XIX əsr Azərbaycan aşıqlarındandır. Bəzi mənbələrdə Göyçənin Ağkilsə, bəzi mənbələrdə isə Qaraqoyunlu kəndində dünyaya gəldiyi güman olunur. Həyat və fəaliyyəti haqqında məlumat azdır. Saf məhəbbətin tərənnümünə aid şeirləri ilə yanaşı fırıldaqçı və yalançı din xadimlərini ifşa edən əsərlər də yazmışdır[1]. Şeirlərindən məlum olur ki, Aşıq Musa yaxşı təhsil görmüş, xüsusilə də divan şeriylə yaxından maraqlanmışdır. Əlimizə gəlib çatan az saylı şeirləri qoşma, gəraylı, müxəmməs və divan janrındadır. XIX əsrin digər aşıqları kimi Aşıq Musa da öz şeirlərində əsasən sosial məsələlərə, xalqın problemlərinə, insanların qarşılaşdıqları çətinliklərə, saz və sözün önəmi kimi məsələlərə toxunmuşdur. Şeirlərindən bəlli olur ki, o, sazlı-sözlü məclislərdə iştirak etmişdir. Onun Dağıstana, Rusiyaya, Gürcüstana, Orta Asiyaya və Türkiyəyə səfərlərə çıxdığı da güman olunur.
Yaradıcılığı
redaktəAşıq Musanın hələlik məlum olan tam yaradıcılığı Hüseyn İsmayılovun "Göyçə aşıqları və el şairləri" (I cild, Səda-2006, səh.442–468.) kitabında bütünlüklə çap olunmuşdur. Belə ki, kitabda Aşıq Musanın 2 gəraylısı, 10 qoşması, 2 təcnisi, 2 divanisi, 2 müxəmməsi və 6 deyişməsi olmaqla cəmi 24 şeiri çap olunub.
Aşıq Musanın 2013-cü ildə ayrıca olaraq "Elm və təhsil" nəşriyyatında Folklor İnstitutu tərəfindən 148 səhifədən ibarət "Əsərləri" adlı kitabı (tərtib edəni:İslam Ələsgər) çap olunmuşdur. Kitabda aşığın 50-dən artıq şeiri vardır. Bunların əksəri qoşma, 8-i gəraylı, 5-i divani, 4-ü təcnis və 4-ü müxəmməsdir.[3]
Şəcərəsi
redaktə- Mustafa
- Səfər
- Musa
- Səfər
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni A. M. Babayev. Bakı: "Maarif", 1993, səh. 19–20.
- ↑ İslam Ələsgər. "Göyçə soraqlı aşıq". anl.az. 7 may 2014. 7 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2016.
- ↑ Ələsgərov, İ. Göyçə soraqlı aşıq: [Aşıq Musanın yaradıcılığı haqqında] //Xalq cəbhəsi.- 2014.- 7 may.- S.14.
Mənbə
redaktə- "Aşıqlar" (hazırlayan Hümmət Əlizadə), 2 cilddə, I c., Bakı, 1937. səh.194.
- İslam Ələsgər, "Sazlı-sözlü Göyçə" Bakı, "Azərnəşr", 1999. səh. 14–15.
- Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild, Səda-2006, səh.442–468.
- Tərlan Göyçəli. "Göyçə aşıq məktəbi". Bakı-1998. səh.59–62.
- "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". (Tərtib edəni A. M. Babayev). Bakı: "Maarif", 1993, səh. 19–20.
Xarici keçidlər
redaktə- Müzakirə:Aşıq Musa
- "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
- Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.