Asiq Mayis Genceli - Wikipedia
Aşıq Mayis Gəncəli (1947 – 2020) — Azərbaycanlı ustad aşıq, Əməkdar mədəniyyət işçisi
Aşıq Mayis Gəncəli | |
---|---|
Mayis İsrail oğlu Sadıqov | |
Ümumi məlumatlar | |
Doğum adı | Mayis Sadıqov |
Ləqəbi | Gəncəli |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıqlıq |
Musiqi aləti | Saz |
Mükafatları | Əməkdar mədəniyyət işçisi |
Həyat və yaradıcılığı
redaktəAşıq Mayis Gəncəli (Mayis İsrail oğlu Sadıqov) 1947-ci ildə Gəncə şəhərində anadan olmuş, uşaqlıq çağlarından saza-sözə böyük maraq göstərmişdir. O, 1962-ci ildən etibarən ustadların yanında aşıqlığın sirlərini öyrənməyə başlamışdır. Aşıq Qədirdən, Aşıq Hümbətdən, Aşıq İslam Yusibovdan, Aşıq Zeynal Məmmədovdan (Qaraçıoğlu İbrahimin şagirdi), Aşıq Cuma Aslanovdan, Aşıq Hüseyn Cavandan dastanları mükəmməlliklə mənimsəmişdir. Mayıs Gəncəli aşıq yaradıcılığı ilə yanaşı divan ədəbiyyatının da bilicisi sayılırdı. O, ərəb və fars dillərini sərbəst bilirdi. Quran hafizi kimi də məşhur idi. Sovet dönəmində ittifaq miqyasında kecirilən festivallarda dəfələrlə birinci yerə layiq görülmüş, diplom və mükafatlar almışdır (1974,1979,1983). Dastancı aşıq kimi böyük hörmətə malik idi. Zəngin söz və musiqi repertuarı ilə seçilirdi. Repertuarında "Xəstə Qasım", "Qurbani", "Abbas və Gülgəz","Tahir və Zöhrə","Valeh və Zərnigar", "Koroğlu" dastanları mühüm yer tuturdu. Xəstə Qasım, Aşıq Ələsgər, Molla Cuma və Növrəs İmanın müəmma dolu şeirlərinin dərin bilicisi idi. Şaqraq və zil oxu manerası ilə secilirdi. Koroğlu havalarının dərin bilicisi və ustad ifaçısı idi. Müasir aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Mayis Gəncəli Azərbaycan Aşıqlar Birliyinin həyatında yaxından iştirak edirdi. Sənət həyatı boyunca on beşə yaxın gənc aşığa ustad xeyir-duası vermişdir. IV, V və VI Aşıq qurultaylarının iştirakçısı olmuşdur. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. 2008-ci ildən Azərbaycan Aşıqlar Birliyininnin idarə heyətinin üzvü və Gəncəbasar aşıqlar bölməsinin rəhbəri olmuşdur. 2020-ci ilin iyun ayında 73 yaşında vəfat etmişdir.[1]
Xarici keçidlər
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "www.medeniyyet.az — rəsmi sayt". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-06.