Asiq Heyder - Wikipedia
Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı[1]
Aşıq Heydər | |
---|---|
Məmmədov Heydər Kərim oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Düzkənd, Amasiya, Ağbaba mahalı |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Düzkənd, Amasiya, Ağbaba mahalı |
Uşaqları |
Kərim Rəhim Həcər Sefiyyə |
Atası | Kərim Məmməd oğlu |
Anası | Zeynəb Molla Əhməd qızı |
Milliyyəti | azərbaycanlı |
Həyatı
redaktəMəmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur[2]. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır.
Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur[3].
Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur[4].
Aşıq Heydər 1949-cu ilin mart ayının 19–u nəvəsi Yusif Rəhim oğlu Heydərova "Axtarın məni" qoşmasını deyərək, Düzkənd kəndində vəfat etmişdir[2].
Kitabları
redaktə- "Bu yan Ağbabadı, o yan Çıldır, Qars", Bakı: "Nurlan", 2007. 161 səh.
- "Aşıq Hedər-140".Bakı: 2007, 381 səh.
- "Gümrü Qızı" dastanı. Bakı: 2010, 285 səh.
- "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli və Əbülfət Heydər)
İstinadlar
redaktə- ↑ "Aşıq Heydər, (müəlliflər: T.Səmimi. X.Məmmədli. Ə.Heydər) — e-book.az saytı". 2014-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-27.
- ↑ 1 2 AMEA "Elmi axtarışlar" – XXXI cild, Bakı: 2007. səh.139-142
- ↑ Tacir Səmimi, Əbülfət Yusifoğlu, "Unutsaq unudularıq", Bakı: 2009.
- ↑ "AĞBABA FOLKLORU; Oğuz yurdunun mənəvi sərvətindən bir örnək — cetinkosucu1963.blogcu.com saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-01.
Ədəbiyyat
redaktə- Tacir Səmimi, "Tükənməz sözüm, Ağbaba", Bakı: "Ozan", 1999.
- Xurşud Məmmədli, "Ağbabalı ustad Aşıq Heydər fenomeni".
Xarici keçidlər
redaktə- Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.