Asiq Huseyn Demirci - Wikipedia
Dəmirçi aşıq Hüseyn (1885, Bozalqanlı – 1964) — Azərbaycanlı ustad aşıq.
Dəmirçi Aşıq Hüseyn | |
---|---|
Digər adı | Aşıq Hüseyn Dəmirçi |
Doğum tarixi | 1885 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Tovuz,Bozalganli |
Həyatı
redaktəDəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu kənddə şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. kimi şəxslər də buradandır
Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib.
Dəmirçi aşıq Hüseyn Bozalqanlı şair aşıq Hüseynə 7 il şagirdlik edib. Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov vaxtilə onun səsini dağlardan tökülən gur şəlaləyə bənzədib. Oxuduğu Koroğlu havalarına dönə-dönə qulaq asıb. "Səhnədə Qıratı əsl bu aşıq minməlidi", deyib. Onu da deyib ki, Bozalqanlı kəndi özü boyda aşıqlar filarmoniyasıdı. Oraya həmişə diqqət, qayğı göstərmək lazımdı.
- El şairi Şəmşad Rzanın atasıdır.
Şəcərəsi
redaktə- Səfiqulu
- Şahqulu
- Rzaqulu
- Rza
- Dəmirçi Aşıq Hüseyn
- Şəmşad Rza
- Dəmirçi Aşıq Hüseyn
- Rza
- Rzaqulu
- Şahqulu
Mənbə
redaktə- Maşallah Xudubəyli. "Mənim sazlı-sözlü dünyam". Bakı, "Elm və təhsil"-2010. səh.79-91