Asiq Agalar Mikayilov - Wikipedia
Aşıq Ağalar Mikayılov (24 may 1913, Kürdəmir, Göyçay qəzası – 1988, Bakı) — Azərbaycan aşığı.[1]
Aşıq Ağalar Mikayılov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Ağalar Bilal oğlu Mikayılov |
Doğum tarixi | |
Doğum yeri | Qəşəd, Şamaxı qəzası, Rusiya imperiyası |
Vəfat tarixi | (75 yaşında) (75 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıqlıq |
Fəaliyyət illəri | 1943-? |
Musiqi aləti | Saz |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAğalar Bilal oğlu Mikayılov 1913-cü il may ayının 24-də Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşdur.
A. Mikayılov İkinci Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibədən ikinci dərəcəli əlil kimi qayıtmışdır. Müharibədə iştirakına görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.[2]
Aşıq Ağalar ilk sənət dərsini atası Aşıq Mirzə Bilaldan almışdır. O, 25 ilə yaxın aşıq sənəti ilə məşğul olmuşdur. Aşıq Ağalar təkcə ifaçı aşıq deyildir. Hələ gənc yaşlarından klassik şair və aşıqlarımızın yaradıcılıq təsirilə şeirlər yazmağa başlayan bu istedadlı aşıq, üç yüzdən artıq qoşma, gözəlləmə və iki dastanın müəllifi olmuşdur.
O, "Canan və Hicran", "Sofi və Gülşən", "Bağı və Qəmər", "Qatillər" adlı dastanların müəllifidir. Aşıq Ağaların bir neçə dəyərli və oxunaqlı qəzəlləri də vardır. Onun şeirləri "Aşıqlar", "Xalqın səsi", "Aşığın sözü" kitablarında işıq üzü görmüşdür.[3]
1956-cı ildə Azərbaycan hökuməti tərəfindən Aşıq Ağalara "Azərbaycanın el aşığı" fəxri adı verilmişdir. O, Azərbaycan Aşıqlar Qurultayının nümayəndəsi olmuşdur. Respublika Radiosunun "Qızıl Fondu"nda Aşıq Ağaların 29, Respublika Səsyazma Arxivində isə 3–4 saatlıq lent yazısı saxlanılır.
Aşıq Ağalar 1988-ci ilin oktyabr ayında vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ Abdullayev, T. Sənətə və sənətkara ehtiram ifadəsi: Kürdəmirdə aşıq Ağalar Mikayılovun 100 illiyi qeyd olunub //Mədəniyyət.- 2014.- 30 may.- S.8.; Ədalət.- 2014.- 27 may.- S.6.; 525-ci qəzet.- 2014.- 27 may.- S.8.
- ↑ Qəniyev, S. Şirvanlı Aşıq Ağalar /S. H. Qəniyev; red. Q. Namazov; AMEA, Folklor İn-tu.- Bakı: Elm və təhsil, 2011.- 174, [2] s.
- ↑ Söz mənimkidir: şeirlər /Ağalar Mikayılov; red. və ön söz müəl. Y. Bahadurqızı.- Bakı: Çaşıoğlu, 2014.- 92, [2] s