Agcaqala Uckilse - Wikipedia
Ağcaqala, Tsaxqalanc — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim.
Ağcaqala | |
---|---|
40°12′00″ şm. e. 44°13′39″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 885 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Haqqında
redaktəAğcaqala kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda Alagöz dağının cənub-qərbində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828–1830-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 38 nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin qəbul etmiş qədim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib "kiçik, alçaq qala yanında olan kənd" mənasında ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulmuşdur.
Toponimikası
redaktəAğcaqala — İrəvan quberniyasının Eçmiadzin qəzasında (sonra Talin r-nunda) kənd adı. Mənbədə kəndin həm də Uruş adlandığı qeyd olunur. 1828–1832-ci illərdə kənddə xaricdən gəlmə ermənilər də məskunlaşmışlar. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. 1946-cı ildə kənd ermənicə Bazmaberd, 1978-ci ildə Tsaxqalanq adlandırılmışdır. Yaxınlığındakı "Ağcaqala" xarabalığının adındandır. Xarabalıq isə qədim Yervandaşat şəhərinin qalıqlarıdır. XVII əsr erməni müəllifi yazır ki, qədim Yervandaşat indiki Ağcaqaladır. Ağcaqala "ağımtıl rəngli daşdan tikilmiş qala" mənasındadır. XIX əsrdə Azərbaycanda və Ermənistanda mövcud olmuş 9 Ağcaqala toponimindən biridir. Ağcaqala toponiminin adı "Ağcaqala Sürməli" formasında ilk dəfə "Kitabi-Dədə Qorqud" eposunda çəkilir . Şərqi Türkiyədə, Qars çayı üstündə yerləşən həmin Ağcaqalanı XVII əsrin əvvəllərində bir erməni müəllifi də qeyd etmişdir . Həmin Ağcaqala orta əsrlərdə Sancaqlığın mərkəzi idi.[2]
Mənbə
redaktə- İbrahim Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı,2002
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996, 184 səh.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913,530 с.
- Əhmədov T. M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh.
İstinadlar
redaktə- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ B. Budaqov. Q. Qeybullayev Ermənistanda Azərbaycan Mənşəli Toponimlərin İzahlı Lüğəti Bakı,1998