Agcaqislaq Gernibasar - Wikipedia
Ağcaqışlaq — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qəmərli rayonu (Artaşat rayonu) ərazisində kənd.
kənd | |
Ağcaqışlaq | |
---|---|
Getazat (25.V.1967-ci ildən) | |
40°02′17″ şm. e. 44°33′50″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Gərnibasar mahalı |
Rayon | Qəmərli rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1831[1] |
Mərkəzin hündürlüyü | 930 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 2.115 nəfər (2008) |
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəAğcaqışlaq - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimalda, Zəngi çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2], Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim «ağımtıl, bozumtul düzən, çöl» mənasında işlənən ağca sözü ilə[4] qışlaq sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 21.VI.1948-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Getazat qoyulmuşdur.
Əhalisi
redaktəXVIII əsr mənbəyində[5] göstərilir ki, kənddə türk mənşəli qəmərli tayfası yaşayır[2].
Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 184 nəfər, 1886-cı ildə 138 nəfər, 1897-ci ildə 200 nəfər, 1904 - cü ildə 186 nəfər, 1914 - cü ildə 220 nəfər, 1916-cı ildə 197 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 54 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 102 nəfər azərbaycanlı yaşamışdır[7].
SSRİ Nazirlər Sovetinin xüsusi qərarları ilə 1948-1949-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.
Ədəbiyyat
redaktə- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri", Bakı, "Elm", 2002. 696 səh. 500 tiraj.
- Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
- Həbib Rəhimoğlu. "Silinməz adlar, sağalmaz yaralar", Bakı, "Azərnəşr", 1997.
- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. "Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti". Bakı, "Oğuz eli", 1998.
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995.
İstinadlar
redaktə- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945925618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ 1 2 İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.49
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.4
- ↑ Əhmədov T.M. El-obamızın adları, Bakı, "Gənclik", 1984. s.23
- ↑ «İrəvan əyalətinin icmal dəftəri»
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.46-47, 126-127
- ↑ Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s. 46-47, 126-127