Agaxan Salmanov - Wikipedia
Ağaxan Salmanlı (29 oktyabr 1941, Orconikidze rayonu – 29 fevral 2020, Bakı) — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, Azərbaycanın xalq artisti (2005), "Qızıl dərviş" mükafatı laureatı.
Ağaxan Salmanlı | |
---|---|
Ağaxan Əli oğlu Salmanlı | |
Digər adı | Ağaxan Salmanov |
Doğum tarixi | 29 oktyabr 1941 |
Doğum yeri | |
Vəfat tarixi | 29 fevral 2020 (78 yaşında) |
Vəfat yeri | |
Atası | Əli Salmanov |
Fəaliyyəti | aktyor, rejissor |
Fəaliyyət illəri | 1959–2020 |
Təhsili | |
Mükafatları | |
IMDb | ID3429378 |
Həyatı
redaktəAğaxan Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. 1949–1959-cu illərdə orta məktəbdə təhsil alıb.[1] İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb (1960–1964).[2] Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının "Bahar oğlu" əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[3][4] 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı ilə təltif edilmişdir.[5] 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]
29 fevral 2020-ci ildə səhər saatlarında qəflətən vəfat etmişdir. Suraxanı qəbiristanlığında dəfn olunub.
Teatr sahəsindəki rolları
redaktə- Cəfər Cabbarlı — ("Aydınlığa doğru" Seyfəddin Dağlı)
- Romeo — ("Romeo və Cülyetta" Vilyam Şekspir)
- Dinar — ("Yadındamı" Altay Məmmədov)
- Səməd — ("Sən nə üçün yaşayırsan?" İmran Qasımov, Həsən Seyidbəyli)
- Doktor — ("Yuxulama" Kamal Aslanov)
- Kazım — ("Məhəbbət bir bəladır" Əhməd Orucoğlu)
- Qulam — ("Pul dəlisi" Əhməd Orucoğlu)
- Artur — ("Ovod" Eteri Voyniç)
- Hacı Murad — ("Tamahkar" Süleyman Sani Axundov)
- Kərbəlayi Mirzalı — ("Danabaş kəndinin məktəbi" Cəlil Məmmədquluzadə)
- Flibert — ("Məzəli Hadisə" Karlo Qoldoni)
- Molla Nəsrəddin — ("Molla Nəsrəddin və Əmir Teymurun filləri"Əjdər Ol)
- Bəylər — ("Nənənin kələyi" Əhməd Orucoğlu)
- Məcid — ("Dələduz" N. B. Vəzirov)
- Fecin — ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
- Milisoner Səfər — ("Buzovna kəndinin əhvalatları" Elçin)
- Dədə Qorqud — ("Şahzadə Xəzərin nağılı" K. Ağabalayev, N. Kazımov)
- Həzrəti Übeydulla — ("Əlincə qalası" Dilsuz)
Quruluş verdiyi tamaşalar: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
- "Dovşanın ad günü" — Xanımana Əlibəyli
- "Qarışqa şıllaq atdı" — Qılman İlkin
- "Pul dəlisi" — Əhməd Orucoğlu
- "O da mənəm, bu da" — Dadaş Mehdi
- "Bala bəla sözündəndir" — Əli Əmirli
- "Arvad olmaq istəmirəm" — Əli Əmirli /Rus bölməsi/
- "Məhəbbət bir bəladır" — Əhməd Orucoğlu
- "Məzəli hadisə" — Karlo Qoldoni
- "Nənənin kələyi" — Əhməd Orucoğlu
- "Güc birlikdədir" — Rəvan Tohidoğlu
- "Tıq-tıq xanım" — Abdulla Şaiq
N. B. Vəzirov adına Lənkəran Dövlət Musiqili Dram teatrında:
- "Çal oyna" — İskəndər Coşğun
"Zaman" teatrında:
- "Cəhənnəmin yuxusu" — Xalq rəvayəti
Dərbənd Azərbaycan Dövlət Dram teatrında:
- "Dovşanın ad günü" — Xanımana Əlibəyli
- "Xatirə" — Yusif Əzimzadə
- "Nənənin kələyi" — Əhməd Orucoğlu
- "Solğun çiçəklər" — Cəfər Cabbarlı
- "Mənim ağ göyərçinim" — Tamara Vəliyeva
- "Tıq-tıq xanım" — Abdulla Şaiq
- " Bankir adaxlı" — Tamara Vəliyeva
- "Bir də etmərəm" — Rəvan Tohidoğlu
- "Taleyin oyunu" — Rəvan Tohidoğlu
Filmoqrafiya
redaktə- İstintaq davam edir (film, 1966)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)
- Tülkü həccə gedir (film, 1971)
- Maqarıç (film, 1973)
- 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
- Pıspısa xanım və Siçan bəy (film, 1974)
- Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film)-səsləndirən: Haşım (Əhməd Əhmədov)
- Putyovka (film, 1975)
- Arxadan vurulan zərbə (film, 1977)
- İşgüzar adamlar (film, 1977)
- Müqavilə (film, 1978)
- Ordan-burdan (film, 1987)
- Ötən ilin son gecəsi (film, 1983)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-rol: ?
- Nigarançılıq (film, 1998)
- Güllələnmə təxirə salınır!... (film, 2002) – filmi səsləndirən: Yetim Paşa (Ayşad Məmmədov)
- Ərazi (film, 2005)
- Dağlı çörəyi (film, 2007)
- Vəkil hanı? (film, 2011)
- Mürafiə vəkillərinin hekayəti (film, 2011)
- Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
- Naxox (film, 2016)
- Qaragöz (film, 2018)
İstinadlar
redaktə- ↑ "İnce saat Ağaxan Salmanlı Xalq artisti 23 11 15". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.
- ↑ "Dünənin kasıb sənətkarları, yoxsa, bu günün varlı şou əhli? - MÜZAKİRƏ". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
- ↑ "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
- ↑ "Teatr günü aktyorlar müküfatlandırılıb". 2016-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-03-10.
- ↑ President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.