Agalar Atamoglanov - Wikipedia
Ağalar Rahim oğlu Atamoğlanov (15 aprel 1971) — Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri.
Ağalar Atamoğlanov | |
---|---|
Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1971 (53 yaş) |
Təhsili | |
Fəaliyyəti | səfir, siyasətçi, hüquqşünas |
|
|
Təltifləri |
Həyatı
redaktəAğalar Atamoğlanov 15 aprel 1971-ci ildə anadan olub.
Təhsili
redaktə1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1998-ci ildə Cenevrə şəhərində BMT-nin Beynəlxalq Hüquq Komissiyasında beynəlxalq hüquq üzrə, 1994-cü ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə müxtəlif kurslarda, o cümlədən 1994-cü ildə İran İslam Respublikası Diplomatik Akademiyasının, 1995-ci ildə isə Pakistan İslam Respublikası Ədliyyə Nazirliyinin kurslarında iştirak etmişdir.[1]
Fəaliyyəti
redaktə1993–1994-cü illər-Referent, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
1994–2000-ci illər-Attaşe, birinci katib Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2000–2005-ci illər-Birinci katib, Azərbaycan Respubikasının Türkiyə Respublikasındakı Səfirliyi
2005–2007-ci illər-Şöbə müdiri, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2007–2011-ci illər-Müşavir, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi
2011–2013-cü illər-Rəis müavini, Beynəlxalq hüquq və müqavilələr İdarəsi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
2013–2017-ci illər-Müşavir-elçi, Azərbaycan Respubikasının Rusiya Federasiyasındakı Səfirliyi
2018–2021-ci illər- Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Beynəlxalq hüquq və müqavilələr İdarəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası ilə ikitərəfli və çoxtərəfli formatlarda keçirilən bir çox danışıqlarda və qonşu dövlətlərlə delimitasiya üzrə keçirilmiş komissiyalarda ekspert qismində iştirak etmişdir.
16 iyul 2021-ci ildən Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışır.[2]
Təltifləri
redaktə24 iyul 2009-cu ildə Diplomatik Xidmət Orqanlarının 90 illiyi Medalı ilə təltif edilmişdir.
9 iyul 2019-cu ildə Diplomatik Xidmət Orqanlarının 100 illiyi Medalı ilə təltif edilmişdir.
2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.
2023-cü ildə "TÜRKSOY-un 30 illiyi" yubiley medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilmişdir.[3]
Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilmişdir.[4]
Evlidir, üç övladı var.
İstinadlar
redaktə- ↑ "Səfirin tərcümeyi - halı". 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-15.
- ↑ "A. R. Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-24.
- ↑ Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- ↑ "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-21.