Agahemzeli - Wikipedia
Ağhəmzəli — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd.[3][4]
kənd | |
Ağhəmzəli | |
---|---|
40°03′27″ şm. e. 44°28′16″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Zəngibasar mahalı |
Rayon | Zəngibasar rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1897[1] |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 855 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1937-ci ilə kimi Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Rayon mərkəzində 6 km məsafədə, Qırxbulaq çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Toponimi
redaktəYerli tələffüz forması — Aqamzalı. Toponim Azərbaycan dilində "zadəgan", "seyid", "ruhani" mənasında işlənən ağa sözü ilə qızılbaşların həmzəli etnonimi[6] əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Marmaraşen qoyulmuşdur. Kəndin adı Əxi və qızılbaşların Həmzəli tayfasının[7] adından ibarətdir. "Əxiyə məxsus Həmzəli kəndi" mə'nasındadır.[8]
Əhalisi
redaktəErmənilər bu kəndə 1828-ci ildən sonra Qacarlar dövlətindən indiki İrandan köçürülmüşdür[9]. 1828-ci və 1878-ci illərdə kənddə ermənilər də yerləşdirilmişdir. 1886-cı ildə kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət idi. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur[10][11]. 1922-ci ildən sonra bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1948-ci ildə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 301 nəfər, 1886-cı ildə 273 nəfər, 1897-ci ildə 376 nəfər, 1904-cü ildə 843 nəfər, 1914-cü ildə 927 nəfər, 1916-cı ildə 516 nəfər azərbaycanlı yaşamışdır[12]. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 98 nəfər, 1931-ci ildə 207 nəfər azərbaycanlı yaşamışdır[13]. 1948–49-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. İndi ermənilər yaşayır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ https://www.cadastre.am/storage/files/pages/pg_8945895618_pg_907871769_HH_bnak._bar..pdf.
- ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- ↑ Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб.,. 1852.
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.3
- ↑ Əfəndiyev O. Azərbaycan səfəvilər dövləti, Bakı, Azərnəşr, 1993. s.193
- ↑ 24. Əfəndiyеv O. Azərbaycan Səfəvilər dövləti. Bakı. 1993.
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ағһәмзәли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 233.
- ↑ Шопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, СПб, Типография императорский Академии Наук, 1852. s.547–549
- ↑ B.Ə.Budaqov. Türk uluslarının yеr yaddaşı. Bakı: “Еlm”. 1994.
- ↑ Hubschmann H. Die Altarmenische grammatik, I. Jaepzig,. 1985.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.46–47, 126–127
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.47, 127