Agac Torna Dezgahi - Wikipedia
Ağac_torna_dəzgahı - Haqqında Məlumat
Ağac torna dəzgahı — fırlanma səthinə malik ağac hissələrinin istehsalına xidmət edən dəzgah. Bu dəzgahın funksiyası öz oxu ətrafında fırlanan pəstah və onun oxuna paralel və perpendikulyar olaraq verişalabilən alətlə müəyyən olunur. Emal üçün frezləmədən fərqli olaraq fırlanmayan kəski və fasonlu alətlər tətbiq olunur. Bu məqsədlə tətbiq olunan bütün dəzgah konstruksiyaları oxşardırlar: kobud yonulmuş və çoxlu tillərə malik oduncaq yonularaq hazır məhsul alınır. Prinsipindən asılı olaraq aşağıdakı yonma dəzgahları fərqlənirlər:
- Adi ağac torna dəzgahı. Kəski aləti əl ilə dayağa söykəndirilərək pəstaha doğru veriş verilir.
- Şablon ağac torna dəzgahı. Bu dəzgahlarda dəzgahın supportunda bərkidilmiş diyircək gövdədə oturdulmuş ağacdan və ya metaldan hazırlanmış şablon boyu hərəkət edir. Şablon alətin uzununa hərəkəti zamanı onun eninə verişini idarə edir. Beləliklə, şablonun profili ağacın üzərinə köçürülür.
- Köçürmə dəzgahı. Şablonla işləyən dəzgahdan fərli olaraq köçürmə dəzgahında hidravlik ucluq 1:1 miqyasında hazırlanmış şablon modelin profilinə kiçik addımlarla toxunaraq onun həndəsi modelini ağac pəstaha dəqiq ötürür.
- Tilləri yonma dəzgahı. Ağac pəstah iki mərkəz arasında yox, bir ucu sərbəst bərkidilir. Bu ucda lazım olan hissə hazır yonulur və kəsilir.
- Boşqab, kasa, lövhə və üzük yonma dəzgahı. İlkin material kimi bu dəzgahlarda patron və mərkəz arasında bərkidilən ağac lövhələrindən istifadə olunur. Bu lövhələr boyunca kəskinin müəyyən trayektoriya üzrə verilməsi nəticəsində lazım olan həndəsi profili hazırlamaq olur. CNC idarə olunan ağac torna dəzgahlarının alət maqazini ilə təchiz olunması prosesin avtomatlaşdırılmış şəkildə aparılmasını təmin edir.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.