Aga Resul Ettar - Wikipedia
Ağa_Rəsul_Əttar - Haqqında Məlumat
Ağa Rəsul Əttar — XIX əsrdə yaşamış şair.
Ağa Rəsul Əttar | |
---|---|
Doğum tarixi | XIX əsr |
Doğum yeri | Ordubad , Azərbaycan |
Vəfat tarixi | XIX əsr |
Vəfat yeri | Ordubad, Azərbaycan |
Fəaliyyəti | şair, mütəfəkkir |
Həyatı
redaktəXIX əsrdə Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi birliyinin üzvlərindən biri olmuşdur.[1] Fəqir Ordubadi və onun oğlu Məmməd Sədi Ordubadinin əsəsrlərində Ağa Rəsul Əttar haqqında məlumat vardır. Fars dilində də əsərlər yazmışdır.Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanan cünglərdə qəzəllərindən nümunələr mühafizə olunmuşdur.[2]
Məmməd Səid Ordubadi Ağa Rəsul Əttarı "Əncüməni-şüəra"da fəaliyyət göstərən şairlər deyil, şeir maraqlıları sırasında göstərmişdir.[3]
İstinadlar
redaktə- ↑ ""Qızıl əlli nəqqaş" şair". 2019-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-15.
- ↑ Naxçıvan Ensiklopediyası, 2 cilddə I cild, İstanbul:Bakanlar Medya, 2005, s. 15
- ↑ "Ordubadi M. MƏZHƏB VƏ TƏRİQƏT MÜBARİZƏLƏRİ". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-15.