Aga Lacinli - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Ağa Əliqəmə oğlu Əliyev (Ağa Laçınlı; 5 may 1940, Oğuldərə, Laçın rayonu – 25 noyabr 2007, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1969), filologiya elmləri namizədi.
Ağa Laçınlı | |
---|---|
Doğum adı | Ağa Əliyev |
Doğum tarixi | 5 may 1940 |
Doğum yeri | |
Vəfat tarixi | 25 noyabr 2007 (67 yaşında) |
Vəfat yeri | |
Milliyyəti | azərbaycanlı |
Uşaqları | |
Fəaliyyəti | alim |
Həyatı
redaktəAğa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963–1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitunun poeziya fakültəsində təhsil alıb.
1966–1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. 1969–1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.
Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayonunun "Lenin yolu" qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.
Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, "Dünya ədəbiyyatı" kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi adına layiq görülüb. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırmışdı. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, vyetnam, slovak, yapon, koreya, argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.
1967–2006-cı illərdə işlədiyi filologiya fakültəsində ədəbiyyat dərnəyinə başçılıq edib. Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.
Ağa Laçınlının əsərləri Rusiyada, Fransada, Türkiyədə, ABŞ-də, Çində, Hindistanda, Polşada, Ukraynada, Belarusda, Gürcüstanda, Bolqarıstanda, İraqda və s. ölkələrdə çap edilib.
Ağa Laçınlı 2007-ci il noyabrın 25-də[1] Bakı şəhərində ölüb.
- Yazıçı Fəxri Uğurlunun atasıdır.[2]
- Jurnalist Oqtay Qorçunun atasıdır.[3]
- Jurnalist Azər Qaraçənlinin atasıdır.[4]
Kitabları
redaktə- Ümid. Bakı: Azərnəşr, 1966, 30 səh.
- Sakitlik. Bakı: Azərnəşr, 1970, 60 səh.
- Sirli-soraqlı dağlar. Bakı: Gənclik, 1971, 60 səh.
- Torpağın gücü. Bakı: Gənclik, 1973, 101 səh.
- Ana duyğusu. Bakı: Gənclik, 1976, 134 səh.
- Aşırımlar qarşısında. Bakı: Yazıçı, 1978, 132 səh.
- Vaxt yetişəndə. Bakı: Gənclik, 1980, 112 səh.
- Sevgimizlə sevindirək. Bakı: Yazıçı, 1981, 152 səh.
- Meşə nəğməsi. Bakı: Gənclik, 1985, 142 səh.
- Gecə yuxusu. Bakı: Yazıçı, 1986, 150 səh.
- Homer. Bakı: ADU-nəşr, 1989, 45 səh.
- Alın yazımız. Bakı: Yazıçı, 1992, 120 səh.
Elmi əsərləri
redaktə- "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri"
- "Homer dastanlarında türkçülük"
Mənbə
redaktə- "Laçın yurdu" jurnalı, № 1(1), 2011, Bakı, "Elm və təhsil", 2011.
İstinadlar
redaktə- ↑ "Ağa Laçınlının 70 illik yubileyi qeyd olunub". 9 fevral 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "ŞAİR AĞA LAÇINLININ ANIM GECƏSİ KEÇİRİLMİŞDİR". 30 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "AĞA LAÇINLININ OĞLU "VARİS"də". 7 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.
- ↑ "Azər Qaraçənlinin kitabını nədən bəyəndim". 6 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 may 2024.