Ageli Dadasov - Wikipedia
Ağəli Dadaşov (20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959).
Ağaəli Dadaşov | |
---|---|
Ağəli Abbasəli oğlu Dadaşov | |
Digər adları |
Ağəli Dadaşov Ağa Əli Dadaşov |
Doğum tarixi | 20 mart 1906 |
Doğum yeri | |
Vəfat tarixi | 7 dekabr 1973 (67 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | kinorejissor, pedaqoq |
Mükafatları |
Həyatı
redaktəAğa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir.
Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib. O, həmçinin Opera və Balet Teatrında rejissor, Ağdam Dövlət Dram Teatrında rejissor və bədii rəhbər, Pionerlər Evində bədii rəhbər, İncəsənət İşləri İdarəsində teatr şöbəsinin rəisi vəzifələrində çalışıb. Bir müddət Bakı kinostudiyasında rejissor assistenti və rejissor işləyib.
Ağəli Dadaşov 7 dekabr 1973-cü ildə Bakıda vəfat edib.
Hazırladığı və quruluş verdiyi tamaşalar
redaktəGəncə Dövlət Dram Teatrında hazırladığı əsas tamaşalar
Tamaşanın adı | Müəllif | Tarix |
---|---|---|
Vətən Namusu | Georgi Mdivani | 1938 |
Qohumlar | Hacıağa Quliyev | 1939 |
Toy | Sabit Rəhman | 1939 |
Köhnə dostlar | Leonid Malyugin | 1947 |
Praqanın şabalıd ağacları altında | Konstantin Simonov | 1947 |
Pəri cadu | Əbdürrəhim bəy Haqverdiyev | 1947 |
Fərhad və Şirin | Səməd Vurğun | 1947 |
Sevil | Cəfər Cabbarlı | 1948 |
İşıqlı yollar | İlyas Əfəndiyev | 1948 |
İki ağanın bir nökəri | Karlo Qoldoni | 1948 |
Bəxtsiz cavan | Əbdürrəhim bəy Haqverdiyev | |
Ölülər | Cəlil Məmmədquluzadə | |
1905-ci ildə | Cəfər Cabbarlı |
Gənc Tamaşaçılar teatrında quruluş verdiyi tamaşalar
Tamaşanın adı | Müəllif | Tarix |
---|---|---|
Qayğı | Səttar Axundov | 1945 |
Bir gəncin manifesti | Mir Cəlal | 1952 |
Əbədi gecənin sirləri | İqor Lukovski | 1952 |
Gülşən | Əli Vəliyev | 1953 |
Molla İbrahimxəlil kimyagər | Mirzə Fətəli Axundzadə | 1953 |
Gənc ustalar | Zeynal Xəlil | 1953 |
Komissar | Mehdi Hüseyn | 1954 |
Çiçəkli dağ | Məmmədhüseyn Təhmasib | 1956 |
Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalar
Tamaşanın adı | Müəllif | Tarix |
---|---|---|
Almaz | Cəfər Cabbarlı | 1936 |
Vətən namusu | Georgi Mdivani | 1938 |
Naxçıvan Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar
Tamaşanın adı | Müəllif | Tarix |
---|---|---|
Solğun çiçəklər | Cəfər Cabbarlı | 1948 |
Filmoqrafiya
redaktə- Qardaşlıq köməyi (1944, qısametrajlı sənədli film) – rejissor
- Dağılan tifaq (1959, tammetrajlı film-tamaşa) – rejissor
- Firuzə (1959, tammetrajlı film-tamaşa) – rejissor
- Molla İbrahimxəlil Kimyagər (1960, tammetrajlı film-tamaşa) – rejissor
- Müsyo Jordan və Dərviş Məstəli Şah (1962, tammetrajlı film-tamaşa) – rejissor
- Xəyyam (1963, tammetrajlı film-tamaşa) – rejissor
- Muğan (1964, tammetrajlı film-tamaşa) – rejissor
- Qurbanəli bəy (1965, tammetrajlı film-tamaşa) – rejissor
- Sən gözəlsən (1965, tammetrajlı film-tamaşa) – rejissor
- Mehman (1967, tammetrajlı film-tamaşa) – rejissor
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 95.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I cild. Azərnəşr. Bakı, 2016. səh. 31–32