9 Cu Ordu Osmanli Imperiyasi - Wikipedia
9-cu Ordu Osmanlı Ordusunun tabeçiliyində olmuş ordulardan biridir. Birinci dünya müharibəsi ərzində Qafqaz cəbhəsində rus və erməni birləşmələrinə qarşı mübarizə aparmışdır. 7 iyun 1918-ci ildə əsası qoyulmuş, 3 aprel 1919-cu ildə ləğv olunmuşdur.
9-cu Ordu | |
---|---|
Növü | Quru Qoşunları |
Yaranma tarixi | 7 iyun 1918 - 3 aprel 1919 |
Ölkə | Osmanlı İmperiyası |
Tabedir | Osmanlı ordusu |
Daxildir | Şərq Orduları qrupu |
Qərargah | Qars, Ərzurum |
Müharibələr | Birinci dünya müharibəsi |
Döyüşlər | Qafqaz cəbhəsi |
Komandanlıq | |
Məşhur komandirləri | Yaqub Şevki Subaşı (8 iyun 1918 - 3 aprel 1919) |
Birinci dünya müharibəsi
redaktəiyun 1918-ci il Döyüş Nizamı
redaktə1918-ci ilin iyun ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:[1]
- 9-cu Ordu (Mirliva Yaqub Şevki Paşa)
- 1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa)
- 9-cu Qafqaz Piyada diviziyası, 10-cu Qafqaz Piyada diviziyası, 15-ci diviziya
- 4-cü Ordu Korpusu (Mirliva Əli İhsan Paşa)
- 5-ci diviziya, 11-ci diviziya, 12-ci diviziya
- Müstəqil Süvari briqadası
- 1-ci Qafqaz Ordu Korpusu (Mirliva Kazım Qarabəkir Paşa)
sentyabr 1918-ci il Döyüş Nizamı
redaktə1918-ci ilin sentyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:[2]
- 9-cu Ordu
- 9-cu Qafqaz diviziyası, 11-ci Qafqaz diviziyası, 12-ci diviziya, Müstəqil Süvari briqadası
Mudros müqaviləsindən sonra
redaktənoyabr 1918-ci il Döyüş Nizamı
redaktə1918-ci ilin noyabr ayına olan məlumata əsasən, ordu aşağıdakı şəkildə formalaşmışdır:[3]
- 9-cu Ordu
- 3-cü Qafqaz diviziyası (Axıska)
- 9-cu Qafqaz diviziyası (Ərzincan)
- 10-cu Qafqaz diviziyası (Batumidən İstanbula keçmişdir)
- 11-ci Qafqaz diviziyası (Xoy)
- 36-cı Qafqaz diviziyası (Gümrü)
- 12-ci Qafqaz diviziyası (Sərdarabad)
- Müstəqil Süvari briqadası
9-cu Ordu Müfəttişliyi, may 1919-cu il
redaktə1919-cu ilin aprelində Şevkət Turqut Paşa, Cavad Paşa və Fevzi Çaxmaq Paşa İstanbulda gizli yığıncaq təşkil edirlər. Bu yığıncaqda "Üçlü And" adlanan hesabat hazırlanır və Vətənin müdafiəsi üçün ordu müfəttişliyinin qurulmasına icazə verilir. 30 aprel 1919-cu ildə Sultan VI Mehmed Baş Qərargah rəisi tərəfindən təklif olunan ordu müfəttişliklərinin qurulması barəsində olan qərarı təsdiqləmişdir. Müfəttişliklər təşkil olundu və rəhbərliyə aşağıdakı komandanlar gətirildi:[4]
- 1-ci Ordu Hərbi Müfəttişliyi (İstanbul, Fevzi Çaxmaq Paşa);
- İldırım Ordusu Hərbi Müfəttişliyi (Konya, Camal Mərsinli, sonradan 2-ci Ordu Hərbi Müfəttişliyi)
- 9-cu Ordu Hərbi Müfəttişliyi (Ərzurum, Mustafa Kamal Paşa, sonradan 3-cü Ordu Hərbi Müfəttişliyi)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 188.
- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 197.
- ↑ Edward J. Erickson, Order to Die: A History of the Ottoman Army in the First World War, Greenwood Press, 2001, ISBN 0-313-31516-7, p. 202.
- ↑ Zekeriya Türkmen, Mütareke Döneminde Ordunun Durumu ve Yeniden Yapılanması (1918–1920), Türk Tarih Kurumu Basımevi, 2001, ISBN 975-16-1372-8, p. 105.