50 Manatliq Esginas - Wikipedia
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
50 manatlıq əsginas — Azərbaycanda işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (1993 və 2005-ci illərdə) buraxılmışdır.
50 manat | |
---|---|
Ölkə | Azərbaycan |
Dəyər | 50 manat |
Eni | 148 mm |
Uzunluğu | 70 mm |
Təhlükəsizlik ünsürləri | gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər |
Nəşr illəri | 1993, 2005 |
Ön tərəf | |
Dizayn | gənclər, pilləkən, Günəş, fizika və kimya işarələri |
Arxa tərəf | |
Dizayn | Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; Azərbaycan xalçasının tipik naxışları |
Tarixi
redaktə50 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1]. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. 50 manatlıq əsginasın ilk eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].
-
1993-cü ildə buraxılmış 50 manatlıq əsginasların ön tərəfi
-
1993-cü ildə buraxılmış 50 manatlıq əsginasların arxa tərəfi
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1993-cü ildə dövriyyəyə buraxılmış 50 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmış[6], 2005-ci ildə yeni 50 manatlıq əsginaslar çap olunmuşdur. 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunmuş yeni nəsil pul nişanları, həmçinin yeni 50 manatlıq əsginaslar 2006-cı il yanvarın 1-dən etibarən dövriyyəyə buraxılmışdır.
-
2005-ci ildə buraxılmış 50 manatlıq əsginasların ön tərəfi
-
2005-ci ildə buraxılmış 50 manatlıq əsginasların arxa tərəfi
Mövzusu
redaktəHazırda dövriyyədə olan 50 manatlıq əsginaslar 2005-ci ildə Azərbaycan Milli Bankı tərəfindən buraxılmışdır. Bu əsginaslar təhsil və gələcək mövzusuna həsr olunmuşdur[7].
Təsviri
redaktəİlk 50 manatlıq əsginasın ön tərəfinə Qız qalasının təsviri ilə yanaşı arxa fon təsvirləri də verilmişdir[1]. Əsginasın arxa tərəfi isə milli ornamentlərlə haşiyələnmiş və üst tərəfində "Azərbaycan Milli Bankı" sözləri çap olunmuş, nominalın adı ortada sözlə verilmişdir[1].
Ağ kağızda, əsas rəngi sarı olmaqla 2005-ci ildə çap olunmuş əsginasların ön tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur[7]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.
Bu əsginasların arxa fonunda isə Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur[7].
Ölçüləri
redaktəİlk 50 manatlıq əsginasın ölçüləri 125×63 mm idi[8].
2005-ci ildə dövriyyəyə buraxılmış 50 manatlıq əsginasların ölçüləri isə 148×70 mm-dir[7].
Mühafizə elementləri
redaktəSaxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 50 manatlıq əsginasda su nişanı — üç alov təsvir olunmuşdu[9]. 2005-ci ildə çap olunmuş əsginasların üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[7].
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Müstəqillik dövrü pulları Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. azerbaijans.com (az.)
- ↑ Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011 (az.)
- ↑ Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016 (az.)
- ↑ Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika. Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine (az.)
- ↑ 1 2 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012 (az.)
- ↑ "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az (az.)
- ↑ 1 2 3 4 5 Dövriyyədə olan əskinaslar — AZN Arxivləşdirilib 2021-04-24 at the Wayback Machine. cbar.az (az.)
- ↑ Dövriyyədən çıxarılmış əskinaslar — AZM Arxivləşdirilib 2018-02-24 at the Wayback Machine. cbar.az (az.)
- ↑ Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az (az.)