30 St Mary Axe - Wikipedia
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St. Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib.
Gherkin binası | |
---|---|
ing. 30 St Mary Axe | |
51°30′52″ şm. e. 0°04′49″ q. u.HGYO | |
Ölkə | İngiltərə |
Şəhər | London |
Yerləşir | London |
Tikilmə tarixi | 2004 |
Mərtəbə sayı | 40 |
Mərtəbə sahəsi | ? m² |
Memar | Norman Foster |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəGöydələn 2001–2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib.[1]
Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir.[1]
Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır.[1]
"Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır.[1]
"Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi.[1]
Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Londonun məşhur göydələnini satdılar" (az.). news.bakuinfo.az. 2014-11-11. 2016-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-14.