26 Komissar Film 1932 - Wikipedia
26 komissar filmi rejissor Nikolay Şengelaya tərəfindən 1932-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilm kinostudiyasında istehsal edilmişdir. Tarixi-inqilabi film Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır.[1] Filmdə əsas rolları Kazım Həsənov, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, İvan Klyukvin, Vasili Kovrigin, N. Kulikov, Allahverdi Məlikov və Veriko Ancaparidze ifa edirlər.
26 komissar | |
---|---|
Janr |
tarixi dram |
Rejissor | Nikolay Şengelaya |
Ssenari müəllifləri |
Aleksandr Rjeşevski Nikolay Şengelaya A. Amiraqov |
Baş rollarda |
Kazım Həsənov Xeyri Əmirzadə Əlisəttar Məlikov İvan Klyukvin Vasili Kovrigin N. Kulikov Allahverdi Məlikov Veriko Ancaparidze Pyotr Morskoy |
Operator | Yevgeni Şneyder |
Rəssam | Viktor Aden |
İstehsalçı | Azərfilm |
İlk baxış tarixi |
19 fevral 1933, SSRİ 30 iyun 1933, Amerika Birləşmiş Ştatları 16 aprel 1981, Niderland |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 78 dəq. |
Ölkə | Azərbaycan SSR |
Dil | səssiz (titrlər ruscadır) |
İl | 1932 |
Texniki məlumatlar |
8 hissə 2170 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID0023971 |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəFilm Bakı komissarlarının həyat və inqilabi fəaliyyətindən, onların Azərbaycanda kommuna yaratmaq səylərindən və kommunanın süqutundan danışır.[1]
Film haqqında
redaktəBu film montaj kinosu tarixinə yeni səhifə yazmışdır.[1]
Mükafat
redaktəRejissor Nikolay Şengelaya filmə görə Az.MİK-in fəxri fərmanı və üstündə ad yazılmış qızıl saatla təltif olunmuşdur (1933).[1]
Filmin üzərində işləyənlər
redaktəSsenari müəllifi: Aleksandr Rjeşevski, Nikolay Şengelaya, A. Amiraqov
Rejissor: Nikolay Şengelaya
Operator: Yevgeni Şneyder
Rəssam: Viktor Aden
Rollarda
redaktəKazım Həsənov — Stepan Şaumyan
Xeyri Əmirzadə — komissar[1]
Əlisəttar Məlikov — bolşevik
İvan Klyukvin — Petka
Vasili Kovrigin — matros Vaska
N. Kulikov — rus fəhləsi
Allahverdi Məlikov — türk fəhləsi
Veriko Ancaparidze — fəhlə arvadı
Pyotr Morskoy — cəbhədən gələn bolşevik[2]
İqor Savçenko — eser lideri
Kote Andronnikov — daşnakların lideri[2]
Mixail Abesadze — "mauzerçi"
P. Ryazanov — general Denvil
X. Venarikov — kapitan Conson
Mustafa Mərdanov — menşevik
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.29.
- ↑ 1 2 "ДВАДЦАТЬ ШЕСТЬ КОМИССАРОВ (1932)". 2017-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-05.
Mənbə
redaktə- Газ. "Правда". 6 декабря 1932 года.
- Газ. "Кино". 16 января 1933 года.
- "26 комиссаров". Москва: Гизлегпром, 1933.- стр. 3-4.
- "Слова оператора". "26 комиссаров". Москва: Гизлегпром, 1933.- стр. 11.
- Nəcəfov, M. “26-ların güllələnməsi” //İnqilab və mədəniyyət.- 1952.- № 9.- səh. 126.
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Эдхем Кулибеков. Киноискусство Азербайджана. Баку: Азернешр, 1960.- стр. 20.
- "Очерки истории КП Азербайджана". Баку, 1963.- стр. 284.
- Н. Лебедев. "Очерк истории кино СССР". Москва, 1965.- стр. 534.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. *Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 31-37.
Həmçinin bax
redaktəAzərbaycan filmlərinin siyahısı
1932-ci ilin Azərbaycan filmləri
1930-cu illər Azərbaycan filmlərinin siyahısı