26 Baki Komissari - Wikipedia
26_Bakı_komissarı - Haqqında Məlumat
Bakı komissarları yaxud 26 Bakı komissarı — Bakı Xalq Komissarları Sovetinin (Bakı Kommunasının icra orqanı) əsasən tarixşünaslığa həlak olmaları ilə daxil olmuş rəhbərləri. 1918-ci il sentyabrın 20-nə keçən gecə onlar Bakını Türk-Azərbaycan-Dağıstan qoşunlarına təslim etdiyi üçün Türküstan hökumətinin əmri ilə Krasnovodsk yaxınlığında edam edilmişdir.
Komissarların siyahısı
redaktə- Baqdasar Avakyan — Bakı şəhərinin komendantı.
- Məşədi Əzizbəyov — Bakı quberniyasının komissarı.
- Tatevos Əmirov — kovaler dəstəsinin komandiri.
- Arsen Əmiryan — "Bakı fəhləsi" qəzetinin redaktoru.
- Meer Basin — hərbi-inqilab komitəsinin üzvü.
- Eyjen Berq — matros.
- Anatoli Boqdanov — xidmətçi.
- Solomon Boqdanov — hərbi-inqilab komitəsinin üzvü.
- Armenak Boryan — jurnalist.
- Mir Həsən Vəzirov — torpaqbölmə üzrə xalq komissarı.
- İvan Qabışev — briqada komissarı.
- Prokofi Caparidze — Bakı Sovetinin İcraiyyə Komitəsinin sədri,
- Yakov Zevin — əmək üzrə xalq komissarı.
- Mark Koqanov — hərbi-inqilab komitəsinin üzvü.
- Qriqori Korqanov — Bakı xalq komitəsinin hərbi-dəniz işləri üzrə komissarı.
- Aram Kostandyan — ərzaq üzrə xalq komissarının müavini.
- İvan Malıqin — Qafqaz ordusunun hərbi-inqilab komitəsinin sədri.
- İrakli Metaksa — Şaumyanın şəxsi cangüdəni.
- İsay Mişne — hərbi-inqilab komitəsinin işçisi.
- İvan Nokolayşvili — Caparidzenin şəxsi cangüdəni.
- Suren Osepyan — "Bakı Sovetinin Xəbərləri" qəzetinin redaktoru.
- Qriqori Petrov — Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri.
- Vladimir Poluxin — hərbi-dəniz işləri üzrə komissar.
- Fyodr Solntsev — hərbi işçi.
- İvan Fioletov — xalq təsərrüfatı şurasının sədri.
- Stepan Şaumyan — Qafqaz üzrə fövqəladə komissar, Bakı xalq komissarları şurasının sədri.