25 Ci Kadr - Wikipedia
25-ci kadr — videoya əlavə kadrların qoyulması vasitəsi ilə insanın altşüuruna təsir etməyin metodikasıdır. Bu ifadənin müəllifi, Ceyms Vikeri bu cür təsirin mövcudluğu sübut edən eksperementlərinin nəticələrini özü saxtalaşdırdığını etiraf edib.[1][2] 1958-ci ildə Amerikan Psixoloqlar Birliyi rəsmi olaraq 25-ci kadrın psixoloji effekti olduğunu inkar edib.[3]
İddia insan gözünün saniyədə 24 kadrdan çox görə bilmədiyində əsaslanır. Əslində isə, 25-ci kadr insan tərəfindən görünə bilər və beləliklə gizli deyil.[4]
Daha geniş mənada hiss olunmaz ismarış (ing. subliminal message) və ya stimul (ing. subliminal stimuli) şəxsin şüurlu qavrayış həddinin altına təsir edən hər hansı həssas stimuludur. 2012-ci ildə aparılan funksiyanal maqnit rezonans tomoqrafiya (fMRT) araşdırması göstərib ki, hiss olunmaz stimullar, ondan xəbərsiz olan iştrakçıların müəyyən beyin hissələrini aktivləşdirir.[5]
61 iştrakçı ilə aparılan eksperement göstərib ki, hədəfli prayminq iştədən, içki brendin adını hiss olunmaz ismarışlar iştrakçıların həmin praym edilən mallarnan bağlı davranışa təsir edə bilər. Eyni zamanda, həmin eksperimenti izah edən akademik məqalə Vikarinin iddialarını "fantaziya" adlandırır.[6]
Qanunilik
redaktəABŞ
redaktə1957-ci ildə ABŞ Federal Rabitə Komissiyası (FCC) bəyan edib ki, onun Rabitə Aktının 303 bölməyə əsasən müəyyən hiss olunmaz ismarışları kontrol etməyə haqqı var. Halbuki, bu haqq ancaq yayımçılara qarşı həyata keçirilə bilər.[7]
Rusiya
redaktəRusiyada reklamda 25-ci kadr və hiss olunmaz ismarışların başqa növləri qanuna ziddir.[8]
Ukrayna
redaktəUkraynanın Televiziya və radio yayımı haqqında qanunu televiziya və radio proqramlarında və yayımlarında insanın altşüüruna təsir edən və/və ya onların sağlamlıq durumuna zərərli təsir edən gizlədilmiş salmaları qadağan edir.[9]
İstinadlar
redaktə- ↑ Boese, Alex (2002). The Museum of Hoaxes: A Collection of Pranks, Stunts, Deceptions, and Other Wonderful Stories Contrived for the Public from the Middle Ages to the New Millennium, E. P. Dutton, ISBN 0-525-94678-0. pages. 137-38.
- ↑ Anthony R. Pratkanis. The Cargo-Cult Science of Subliminal Persuasion. Arxivləşdirilib 2010-03-18 at the Wayback Machine The Committee for Skeptical Inquiry. Vol. 16.3, Spring 1992
- ↑ Репьев А. П. Миф о 25-м кадре. Российская глава Arxivləşdirilib 2010-12-23 at the Wayback Machine
- ↑ Евгений Вотяков. Некоторые результаты исследования вопроса об эффекте «25-го кадра». Arxivləşdirilib 2019-11-02 at the Wayback Machine // Вестник КрасГАСА, вып. 7, 2004
- ↑ Loftus, Elizabeth F.; Klinger, Mark R. "Is the unconscious smart or dumb?". American Psychologist. 47 (6). June 1992: 761–765. doi:10.1037/0003-066X.47.6.761. PMID 1616173.
- ↑ "Arxivlənmiş surət". 2022-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-03.
- ↑ "p. 1267" (PDF). 2020-02-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-01-04.
- ↑ "Arxivlənmiş surət". 2023-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-05.
- ↑ Закон України «Про телебачення і радіомовлення», ст. 6 п. 3