2008 Yay Olimpiya Oyunlari - Wikipedia
XXIX Olimpiya Oyunları və ya 2008 Yay Olimpiya Oyunları (ing. 2008 Summer Olympics, fr. Jeux Olympiques d'été de 2008, çin. 2008年夏季奥林匹克运动会) — 8–24 avqust 2008-ci il tarixlərində Çinin paytaxtı Pekin şəhərində keçirilmişdir. Bu şəhərdə keçirilməsi barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin 13 iyul 2001-ci ildə Moskvada toplanan 112-ci sessiyasında verilmişdi. Keçirilmiş səsvermənin nəticəsinə əsasən Çin paytaxtı Toronto, Paris, İstanbul və Osakanı qabaqlamışdı.
XXIX Yay Olimpiya Oyunları | |
---|---|
çin. 第二十九届夏季奥林匹克运动会 | |
Şəhər | Pekin, ÇXR |
Şüar |
Bir dünya, bir arzu (同一个世界 同一个梦想) |
İştirakçı dövlətlər | 204 |
İdmançıların sayı |
10,942 4,637 qadın, 6,305 kişi)[1] |
Açılış mərasimi | 8 avqust |
Bağlanış mərasimi | 24 avqust |
Rəsmən açılışı edib | 8 avqust |
Olimpiya andı | Çjan İnin |
Andı söyləyən hakim | Xuan Lipin |
Olimpiya məşəli | Li Nin |
Stadion | Pekin Milli Stadionu |
Vikianbarda əlaqəli mediafayllar |
Pekinlə yanaşı bəzi oyun növləri üzrə yarışlar Honkonq, Tyançzin, Çzindao, Çzinhuandao, Şanxay və Şenyan şəhərlərində keçirilmişdir.
Oyunların açılış mərasimi Çin standart vaxtına görə 08.08.08-ci il tarixində saat 08:08:08-də Pekin milli stadionunda baş tutdu. 28 idman növü üzrə keçirilən 302 yarışda 204 ölkədən 11 000-dən artıq atlet iştirak edirdi. Monteneqro, Marşall adaları və Tuvalu komandaları ilk dəfə bu Olimpiya oyunlarında debüt etmişdilər.
Rəmzləri
redaktəEmblemi
redaktəOyunların Təşkilat komitəsi 2003-cü ilin martında Çin Olimpiya Komitəsinə 1985-ci ildən bəri göndərilən eskizlər arasından 30 layihəni seçərək Beynəlxalq Olimpiya Komitəsinə göndərdi. Həmin layihələr arasından seçilən emblemin tanıtımı 3 avqust 2003-cü ildə Pekindəki Səma məbədində keçirildi. Bu emblem "Rəqs edən Pekin" adını almışdır. O, 3 hissədən ibarətdir: Olimpiya həlqələri, ingilis dilində "Beijing 2008" yazısı və idmançı fiquruna bənzəyən kalliqrafik üsulla yazılmış "çzin" (京, paytaxt) heroqlifi.
Tilsimləri
redaktəOyunların tilsimləri Olimpiadanın başlamasına 1000 gün qalmış, 2005-ci il noyabrın 11-də elan edilmiş Uğur uşaqlarıdır (çin. 福娃 [fuva]). Çin fəlsəfəsinə görə onların sayı 5-ə bərabərdir: balıq, nəhəng panda, od, Tibet antilopu və qaranquş. Adları isə müvafiq olaraq Bey-bey, Çzin-çzin, Huan-huan, İn-in və Ni-nidir. Əgər bu adların birinci hissələrini ard-arda oxusaq onda "Bey-çzin huan-in ni" (北京欢迎你), yəni "Pekin sizi salamlayır" ifadəsi alınacaq.
Şüarı
redaktə26 iyun 2005-ci ildə Çin Olimpiya Komitəsi oyunların şüarının "Bir dünya, bir arzu" (ing. One World, One Dream; çin. 同一个世界同一个梦想) ifadəsi olacağını elan etdi. Bu şüar 210 000 variant arasından seçilmişdir.
Televiziya yayımı
redaktəXXIX Olimpiya Oyunları HD texnologiyası ilə yayımlanan ilk Olimpiada olmuşdur və ekran başında 4 milyard tamaşaçı topladığı hesab olunur.
Ölkələrin göstərdiyi nəticələrı
redaktəMedalların ümumi sayı | |||||
---|---|---|---|---|---|
№ | Ölkə | Qızıl | Gümüş | Bürünc | Ümumi |
1 | ÇXR | 51 | 21 | 28 | 100 |
2 | ABŞ | 36 | 38 | 36 | 110 |
3 | Rusiya | 23 | 21 | 28 | 71 |
4 | Böyük Britaniya | 19 | 13 | 15 | 47 |
5 | Almaniya | 16 | 10 | 15 | 41 |
6 | Avstraliya | 14 | 15 | 17 | 46 |
7 | Cənubi Koreya | 13 | 10 | 8 | 31 |
8 | Yaponiya | 9 | 6 | 10 | 25 |
9 | İtaliya | 8 | 10 | 10 | 28 |
10 | Fransa | 7 | 16 | 17 | 40 |
İstinadlar
redaktə- ↑ "Beijing 2008 Summer Olympics Games". Beynəlxalq Olimpiya Komitəsi. June 23, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel, 2015.