2005 Avroviziya Mahni Musabiqesi - Wikipedia
2005 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2005; fr. Concours Eurovision de la chanson 2005) — sayca 50-ci Avroviziya Mahnı Müsabiqəsidir. Ruslananın ifa etdiyi "Wild Dances" adlı mahnı ilə 2004 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2005-ci ildə Ukrayna ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Ukraynanın paytaxtı Kiyev şəhərində Kiyev İdman saraında keçirilmişdir. Müsabiqənin yarımfinalı 2005-ci ilin 19 may, final isə 21 may tarixində baş tutmuşdur.
2005 Avroviziya Mahnı Müsabiqəsi "Awakening" "Oyanış" | |
---|---|
I yarımfinal | 19 may 2005 |
Final | 21 may 2005 |
Aparıcı(lar) | Mariya Efrosinina Pavlo Şılko |
Direktor | Svante Stokselius |
Kanal | NTU |
Keçirilən yer | Kiyev İdman sarayı Kiyev, Ukrayna |
Qalib mahnı | Yunanıstan "My Number One" |
Seçki sistemi | Hər bir ölkə ən çox səs toplayan on iştirakçıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 39 |
İlk dəfə iştirak edən ölkələr | Bolqarıstan Moldova |
Yenidən iştirak edən ölkələr | Macarıstan |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
Finalda iştirak etmiş ölkələr İştirakdan imtina etmiş ölkələr Finala keçə bilməmiş ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2004 2006 ► |
2005-ci ildə Bolqarıstan və Moldova ilk dəfə Avroviziyaya qoşulmuşdurlar. Livanın da müsabiqədə debüt edəcəyi gözlənilsə də, ölkə Avropa Yayım Birliyi ilə İsrailin Avroviziya çıxışının Livan telekanalında yayımlanmaması ilə bağlı razılığa gələ bilmədiyi üçün Livanın müsabiqədə iştirakı baş tutmamışdır. 2005-ci ildə eyni zamanda Macarıstan beş illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. Müsabiqədə ümumilikdə 39 ölkə iştirak etmişdir və bu Avroviziya tarixindəki ən yüksək göstərici idi.
Avroviziya 2005-in qalibi "My Number One" mahnısı ilə Yunanıstan təmsilçisi Elena Paparizu seçilmişdir. Bu 1974-cü ildən bəri Avroviziyada iştirak edən Yunanıstanın müsabiqədə ilk qalibiyyəti olmuşdur.
İştirakçı ölkələr
redaktə39 ölkənin iştirak etdiyi Avroviziya 2005 iyirmi beş ölkənin final uğrunda mübarizə apardığı yarımfinal mərhələsindən və iyirmi dörd ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. 2003-cü ildə müsabiqədə ilk onluğa daxil olan ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Ukrayna, Serbiya və Monteneqro, Yunanıstan, Türkiyə, Kipr, İsveç, Albaniya, Almaniya, Bosniya və Herseqovina, İspaniya, Rusiya, Malta, Böyük Britaniya və Fransa) müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdılar.
Yarımfinal
redaktə19 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir
Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Avstriya | İngiliscə, İspanca | Global.Kryner | "Y así" | Belə | 21 | 30 |
02 | Litva | İngiliscə | Laura & The Lovers | "Little by Little" | Az-az | 25 | 17 |
03 | Portuqaliya | Portuqalca, İngiliscə | 2B | "Amar" | Sevmək | 17 | 51 |
04 | Moldova | İngiliscə, Rumınca | Zdob și Zdub | "Boonika bate doba" | Nənəm nağara çalır | 2 | 207 |
05 | Latviya | İngiliscə | Volters və Kaja | "The War Is Not Over" | Müharibə bitməyib | 10 | 85 |
06 | Monako | Fransızca | Lize Darli | "Tout de moi" | Hamısı mənimdir | 24 | 22 |
07 | İsrail | İvritcə, İngiliscə | Şiri Maimon | "Hasheket Shenish'ar" (השקט שנשאר) | Davam edən səssizlik | 7 | 158 |
08 | Belarus | İngiliscə | Anjelika Aqurbaş | "Love Me Tonight" | Bu gecə sev məni | 13 | 67 |
09 | Niderland | İngiliscə | Qlennis Qreys | "My Impossible Dream" | Mümkün olmayan xəyalım | 14 | 53 |
10 | İslandiya | İngiliscə | Selma | "If I Had Your Love" | Əgər sevgin mənim olsaydı | 16 | 52 |
11 | Belçika | Fransızca | Nuno Rezendı | "Le grand soir" | Böyük gecə | 22 | 29 |
12 | Estoniya | İngiliscə | Suntribe | "Let's Get Loud" | Gəlin səs-küy salaq | 20 | 31 |
13 | Norveç | İngiliscə | Wig Wam | "In My Dreams" | Röyalarımda | 6 | 164 |
14 | Rumıniya | İngiliscə | Luminitsa Anqel və Sistem | "Let Me Try" | İcazə ver cəhd edim | 1 | 235 |
15 | Macarıstan | Macarca | NOX | "Forogj, világ!" | Dön, dünya! | 5 | 167 |
16 | Finlandiya | İngiliscə | Qeir Rönninq | "Why?" | Niyə? | 18 | 50 |
17 | Makedoniya | İngiliscə | Martin Vuçiç | "Make My Day" | Günümü gün et | 9 | 97 |
18 | Andorra | Katalanca | Marian van de Val | "La mirada interior" | Daxildən baxış | 23 | 27 |
19 | İsveçrə | İngiliscə | Vanilla Ninja | "Cool Vibes" | Pis hisslər | 8 | 114 |
20 | Xorvatiya | Xorvatca | Boris Novkoviç və Lado qrupu | "Vukovi umiru sami" | Canavarlar təklikdə ölür | 4 | 169 |
21 | Bolqarıstan | İngiliscə | Kaffe | "Lorraine" | Lorreyn | 19 | 49 |
22 | İrlandiya | İngiliscə | Donna və Coe | "Love?" | Sevgi? | 14 | 53 |
23 | Sloveniya | Slovencə | Omar Naber | "Stop" | Dayan | 12 | 69 |
24 | Danimarka | İngiliscə | Yakob Sveistrup | "Talking to You" | Səninlə danışıram | 3 | 185 |
25 | Polşa | Polyakca, Rusca | İvan & Delfin | "Czarna dziewczyna" | Qara saçlı qız | 11 | 81 |
Final
redaktəFinalçılar:
- "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya);
- Avroviziya 2004-də ilk onluğa daxil olan ölkələr;
- Avroviziya 2005-in yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.
21 may tarixində baş tutan yarımfinal mərhələsində 24 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Yunanıstan təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.
Qalın hərflərlə yazılmış ölkələr 2006 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | Macarıstan | Macarca | NOX | "Forogj, világ!" | Dön, dünya! | 12 | 97 |
02 | Böyük Britaniya | İngiliscə | Cavin | "Touch My Fire" | Atəşimə toxun | 22 | 18 |
03 | Malta | İngiliscə | Kyara | "Angel" | Mələk | 2 | 192 |
04 | Rumıniya | İngiliscə | Luminitsa Anqel və Sistem | "Let Me Try" | İcazə ver cəhd edim | 3 | 158 |
05 | Norveç | İngiliscə | Wig Wam | "In My Dreams" | Röyalarımda | 9 | 125 |
06 | Türkiyə | Türkcə | Gülseren | "Rimi Rimi Ley" | - | 13 | 92 |
07 | Moldova | İngiliscə, Rumınca | Zdob și Zdub | "Boonika bate doba" | Nənəm nağara çalır | 6 | 148 |
08 | Albaniya | İngiliscə | Ledina Çelo | "Tomorrow I Go" | Sabah gedirəm | 16 | 53 |
09 | Kipr | İngiliscə | Konstantinos Kristoforu | "Ela Ela" | Gəl | 18 | 46 |
10 | İspaniya | İspanca | Son de Sol | "Brujería" | Cadu | 21 | 28 |
11 | İsrail | İvritcə, İngiliscə | Şiri Maimon | "Hasheket Shenish'ar" (השקט שנשאר) | Davam edən səssizlik | 4 | 154 |
12 | Serbiya və Monteneqro* | Monteneqrcə | No Name | "Zauvijek moja" (Заувијек моја) | Əbədi olaraq mənimsən | 7 | 137 |
13 | Danimarka | İngiliscə | Yakob Sveistrup | "Talking to You" | Səninlə danışıram | 9 | 125 |
14 | İsveç | İngiliscə | Martin Stenmark | "Las Vegas" | Las Veqas | 19 | 30 |
15 | Makedoniya | İngiliscə | Martin Vuçiç | "Make My Day" | Günümü gün et | 17 | 52 |
16 | Ukrayna | Ukraynca, İngiliscə | GreenJolly | "Razom nas bahato" (Разом нас багато) | Birlikdə çoxuq | 19 | 30 |
17 | Almaniya | İngiliscə | Qrasiya | "Run and Hide" | Qaç və gizlən | 24 | 4 |
18 | Xorvatiya | Xorvatca | Boris Novkoviç və Lado qrupu | "Vukovi umiru sami" | Canavarlar təklikdə ölür | 11 | 115 |
19 | Yunanıstan | İngiliscə | Elena Paparizu | "My Number One" | Mənim nömrə birim | 1 | 230 |
20 | Rusiya | İngiliscə | Natalya Podolskaya | "Nobody Hurt No One" | Heç kəs heç kəsi incitməsin | 15 | 57 |
21 | Bosniya və Herseqovina | İngiliscə | Feminnem | "Call Me" | Səslə məni | 14 | 79 |
22 | İsveçrə | İngiliscə | Vanilla Ninja | "Cool Vibes" | Pis hisslər | 8 | 128 |
23 | Latviya | İngiliscə | Volters və Kaja | "The War Is Not Over" | Müharibə bitməyib | 5 | 153 |
24 | Fransa | Fransızca | Ortal | "Chacun pense à soi" | Hər kəs özünü düşünür | 23 | 11 |
*Serbiya və Monteneqronun 7-ci yeri tutmasına baxmayaraq ölkə 2006-cı ildə müsabiqədə iştirak etməmiş və beləliklə birbaşa finalda iştirak hüququ 11-ci yerdə qərarlaşan Xorvatiyaya keçmişdir.