2003 Avroviziya Mahni Musabiqesi - Wikipedia
2003 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2003; fr. Concours Eurovision de la chanson 2003) — sayca 48-ci Avroviziya Mahnı Müsabiqəsidir. Marie N-in ifa etdiyi "I Wanna" adlı mahnı ilə 2002 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2003-cü ildə Latviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Latviyanın paytaxtı Riqa şəhərində Skonto Hall arenasında keçirilmişdir. Müsabiqə 2003-cü ilin 24 may tarixində baş tutmuşdur. Latviyaya Avroviziya 2002-də qalibiyyət gətirən Marie N müsabiqəyə aparıcılıq etmişdir.
2003 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 24 may 2003 |
Aparıcı(lar) | Marie N Renars Kaupers |
Kanal | LTV |
Keçirilən yer | Skonto Hall, Riqa, Latviya |
Qalib mahnı | Türkiyə "Everyway That I Can" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 26 |
İlk dəfə iştirak edən ölkələr | Ukrayna |
Yenidən iştirak edən ölkələr | İrlandiya İslandiya Niderland Norveç Polşa Portuqaliya |
İştirakdan imtina edən ölkələr | Danimarka Finlandiya İsveçrə Litva Makedoniya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr
| |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 2002 2004 ► |
2003-cü ildə Avroviziyada son beş ildə ən aşağı nəticələr göstərmiş beş ölkə Danimarka, Finlandiya, İsveçrə, Litva və Makedoniya müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqədən kənarlaşdırılan ölkələri isə İrlandiya, İslandiya, Niderland, Norveç, Polşa və Portuqaliya əvəz etmişdir. Bu ölkələrin hər biri bir illik fasilədən sonra müsabiqəyə geri qaytarılmışdır. 2003-cü ildə eyni zamanda Ukrayna ilk dəfə Avroviziyaya qoşulmuşdur. Ümumilikdə 26 ölkənin iştirak etdiyi Avroviziya 2003-də Türkiyə təmsilçisi Sərtab Ərənər ifa etdiyi "Everyway That I Can" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İkinci yerdə qərarlaşan Belçika təmsilçilərini qalibiyyətdən cəmi iki xal ayırmışdı. Bu 1975-ci ildən etibarən Avroviziyada iştirak edən Türkiyənin müsabiqədə ilk qələbəsi idi.
Müsabiqə formatında dəyişiklik
redaktəAvroviziya Mahnı Müsabiqəsinin qaydalarına görə şounun yayım vaxtının 3 saatı keçməməsi məqsədilə hər il müsabiqədə yalnız 23–26 ölkənin iştirak etməsinə icazə var idi. Lakin son illərdə müsabiqəyə artan maraq və bir çox ölkələrin müsabiqədə iştirak etmək istəyi Avroviziyanın genişləndirilərək, iki gün keçirilməsi fikrini önə sürürdü. 29 yanvar 2003-cü il tarixində Avropa Yayımlar Birliyi növbəti 2004 Avroviziya Mahnı Müsabiqəsində şounun yeni formatda təşkil olunacağını açıqlamışdır. Belə ki, yeni qaydalara görə müsabiqənin finalında ilk onluğa girən ölkələr və eyni zamanda "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) növbəti müsabiqədə birbaşa olaraq final mərhələsinə vəsiqə qazanmış olurlar. Digər iştirakçı ölkələr isə müsabiqənin ilk günündə final uğrunda mübarizə aparmalı idilər. Yeni format ilə 2004 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanan ölkələr Türkiyə, Belçika, Rusiya, Norveç, İsveç, Avstriya, Polşa, İspaniya, İslandiya, Rumıniya, İrlandiya, Almaniya, Böyük Britaniya və Fransa idi.
Final
redaktəQalın hərflərlə yazılmış ölkələr 2004 Avroviziya Mahnı Müsabiqəsinin finalına birbaşa vəsiqə qazanmışdır.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İslandiya | İngiliscə | Birqitta | "Open Your Heart" | Ürəyini aç | 8 | 81 |
02 | Avstriya | Almanca | Alf Poyer | "Weil der Mensch zählt" | İnsan hər şeyin ölçüsüdür | 6 | 101 |
03 | İrlandiya | İngiliscə | Miki Hart | "We've Got the World" | Dünya bizimdir | 11 | 53 |
04 | Türkiyə | İngiliscə | Sərtab Ərənər | "Everyway That I Can" | Bacardığım bütün yollarla | 1 | 167 |
05 | Malta | İngiliscə | Linn Kirkop | "To Dream Again" | Yenidən arzulamaq | 25 | 4 |
06 | Bosniya və Herseqovina | Xorvatca, İngiliscə | Miya Martina | "Ne brini" | Narahat olma | 16 | 27 |
07 | Portuqaliya | Portuqalca, İngiliscə | Rita Querra | "Deixa-me sonhar" | İcazə ver xəyala dalım | 22 | 13 |
08 | Xorvatiya | Xorvatca, İngiliscə | Klaudia Beni | "Više nisam tvoja" | Mən artıq sənin deyiləm | 15 | 29 |
09 | Kipr | İngiliscə | Stelios Konstantas | "Feeling Alive" | Yaşadığını hiss etmək | 20 | 15 |
10 | Almaniya | İngiliscə | Lu | "Let's Get Happy" | Gəlin xoşbəxt olaq | 11 | 53 |
11 | Rusiya | Rusca | T.A.T.u. | "Ne ver', ne boysia" (Не верь, не бойся) |
İnanma, qorxma | 3 | 164 |
12 | İspaniya | İspanca | Bet | "Dime" | Söylə mənə | 8 | 81 |
13 | İsrail | İvritcə | Lior Narkis | "Words for Love" | Sevgi sözləri | 19 | 17 |
14 | Niderland | İngiliscə | Ester Hart | "One More Night" | Daha bir gecə | 13 | 45 |
15 | Böyük Britaniya | İngiliscə | Jemini | "Cry Baby" | Ağla körpə | 26 | 0 |
16 | Ukrayna | İngiliscə | Oleksandr | "Hasta la Vista" | Sağ ol | 14 | 30 |
17 | Yunanıstan | İngiliscə | Mando | "Never Let You Go" | Getməyinə heç vaxt imkan vermərəm | 17 | 25 |
18 | Norveç | İngiliscə | Yostein Hasselqord | "I'm Not Afraid to Move On" | İrəliləməkdən qorxmuram | 4 | 123 |
19 | Fransa | Fransızca | Luiza Beyleş | "Monts et merveilles" | Dağlar və möcüzələr | 18 | 19 |
20 | Polşa | Almanca, Polyakca, Rusca | Ich Troje | "Keine Grenzen – Żadnych granic" | Sərhədsiz | 7 | 90 |
21 | Latviya | İngiliscə | F. L. Y. | "Hello from Mars" | Marsdan salam | 24 | 5 |
22 | Belçika | Süni dildə | Urban Trad | "Sanomi" | - | 2 | 165 |
23 | Estoniya | İngiliscə | Ruffus | "Eighties Coming Back" | Səksəninci illər geri dönür | 21 | 14 |
24 | Rumıniya | İngiliscə | Nikola | "Don't Break My Heart" | Qəlbimi qırma | 10 | 73 |
25 | İsveç | İngiliscə | Fame | "Give Me Your Love" | Sevgini mənə ver | 5 | 107 |
26 | Sloveniya | İngiliscə | Karmen | "Nanana" | - | 23 | 7 |